15
Naxçıvan şəhərinin “İslam mədəniyyətinin
paytaxtı” elan edilməsi ilə əlaqədar
kitabxanalarda keçiriləcək tədbirlər
Gündən-günə gözəlləşən Naxçıvan şəhərinin 2018-ci ildə
İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın,
ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında
yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyə-
də böyük irəliləyişlərin müjdəçisidir.
Naxçıvanın tarixi, mədəniyyəti, elmi, təhsili, iqtisadiyyatı və
İslam dininin, tarixi-mədəni ənənələrin formalaşması haqda
məlumatların geniş ictimaiyyətə çatdırılmasında bir sıra sahələrin
mütəxəssisləri kimi kitabxanaçıların da qarşısında mühüm
vəzifələr durur. Kitabxanalarda əvvəlcədən hazırlanmış tədbirlər
planı əsasında il ərzində elektron resurslar, ənənəvi və virtual
sərgilər, kitab sərgiləri, yeni kitabların təqdimatı, elmi-praktik
konfranslar, mühazirə, maarifləndirici layihə və tədbirlərin keçi-
ril
məsi, Naxçıvanda olan tarixi və dini abidələri ziyarət, Naxçıvan
haqqında çəkilmiş filmlərə baxış, silsilə məqalələrin dövri nəşr-
lərdə dərc edilməsi, internet saytlarında yerləşdirilməsi, faktların,
sənədlərin video görüntülər vasitəsi ilə nümayiş etdirilməsi,
virtual ekskursiyaların təşkili, məlumatlandırma və təbliğat
xarak
terli çap məhsullarının (buklet, flayer, təqvim və s.) nəşri
məqsədəuyğun olardı. Bir sözlə çap əsərlərindən və digər infor-
ma
siya daşıyıcılarından səmərəli istifadə edərək kompleks kitab-
xana-
informasiya, biblioqrafiya xidmətləri göstərmək, ənənəvi və
elektron xidmət növlərindən istifаdə еtməklə Naxçıvanın tarixi,
mədəniyyəti, elmi, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı”
olması və bu sahədə görülən işlər həm yerli, həm də beynəlxalq
səviyyədə təbliğ olunmalıdır.
İlk növbədə kitabxananın saytında Naxçıvan haqqında kitab-
xa
nanın fondunda olan materiallar əsasında elektron məlumat
16
bazasını hazırlamaqla daha çox əhalini, bütün dünyanı məlumat-
lan
dırmaq mümkündür. Elektron məlumat bazasında Naxçıvanın
İslam mədəniyyətinin paytaxtı” elan edilməsi və Naxçıvan haq-
qında mühüm tarixi hadisələri, faktları, rəsmi sənədləri müfəssəl
şəkildə əks etdirmək faydalı olardı.
Nümunə: 2018 – Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtıdır
Ümumi məlumat
•
Naxçıvanın tarixi
•
Rəsmi sənədlər
•
Naxçıvan və İslam Əməkdaşlıq Təşkilatı
•
Görkəmli naxçıvanlılar
Naxçıvanın mədəniyyəti
•
Tarixi abidələr
•
Mədəniyyət sərvətləri
•
Turizm
•
Milli mətbəx
Naxçıvan haqqında nəşrlər
•
kitablar
•
məqalələr
Fotoqalereya
Videoqalereya
Əhalinin daha çox hissəsinin sosial şəbəkələrdən fəal istifadə
etdiyini nəzərə alsaq, kitabxanaçı da sosial şəbəkələrdə fəal olma-
lı, Naxçıvanın tarixi, mədəniyyəti, tarixi-memarlıq abidələri,
Nax
çıvanın və İslami dəyərlərin təbliği üçün keçirilən tədbirlərin
foto şəkillərini, video çarxlarını yerləşdirməklə kitabxanaya daxil
olmuş yeni kitablardan informasiyalar verməli və daha çox
insanları İslam mədəniyyətinin paytaxtı ilə tanış etməlidir.
Bu gün kitabxanalarda
istənilən mövzu üzrə virtual kitab
sərgilərinin hazırlanması çox aktualdır.
Virtual kitab sərgiləri canlı, dinamik və rəngarəng olduğu
üçün özünə daha çox oxucu cəlb edə bilir. Virtual kitab sərgiləri-
17
ni bir neçə tərtibatda təşkil etmək mümkündür. Buraya yalnız bir
kitabın sərgisi, toplu halında olan kitabların sərgisi, səsli mətnlə-
rin və ya musiqinin müşayiəti ilə kitablar haqqında qısa annotasi-
ya
ların səsləndirilməsi və s. daxildir.
Virtual kitab sərgiləri üçün ilk növbədə slaydlar hazırlanma-
lıdır.
•
Titul slayd: sərginin başlığı;
Nümunə: “İslam dünyasının qədim şəhəri – Naxçıvan”
virtual kitab sərgisi
•
Slayd 2: K
itabxananın adı;
•
Slayd 3: K
itabların şəkilləri, biblioqrafik təsviri və qısa
annotasiyaları ilə birgə nümayişi.
Bu slaydda həmçinin dövri mətbuat bölməsi yaradıb qəzet və
jurnallarda
Naxçıvan və İslam mədəniyyəti ilə bağlı məqalələri də
yerləşdirmək olar.
Baxşəliyev, V. Naxçıvanın tarixi abidələri /Vəli Baxşəliyev,
F.Quliyeva; elmi red. A.
Seyidov; AMEA Naxçıvan bölməsi,
Naxçıvan Dövlət Un-ti, Naxçıvan Un-ti.- Bakı: Nurlan, 2017.-
212 s.: fotoşək., şək., 30 sm.
Vəliyev, S.İ. Naxçıvanın ziyalıları, elm-sənət fədailəri
/S.İ.Vəliyev, A.S.Axundov; elmi red. İ.Ə.Həbibbəyli.- Naxçıvan:
Ləman Nəşriyyat Poliqrafiya MMC, 2017.- 456 s.
Cabbarlı, Ə. Heydər Əliyev və Naxçıvan tarixi məsələləri
/Ələkbər Cabbarlı.- Naxçıvan, 2015.- 232 s.
Naxçıvan folkloru /Baş məsləhətçi V.Talıbov; red. və tərt. ed.
M.Cəfərli, R.Babayev.- C.3: Naxçıvan folkloru antologiyası.-
Naxçıvan: [Əcəmi], 2012.- 549, [11] s.: fotoşək., xəritə, 25 sm.
Hacıyev, İ. Naxçıvan qədim Şərq sivilizasiyaları ilə sıx bağlı
olan diyar = Нахчыван пространство слияния древних Вос-
точных цивилизаций = Nakhchivan a Land Closely Connected