- 101 -
РЕЗЮМЕ
. Aсеф Оруджев
ПЧЕЛОВОДСТВЕННАЯ ХОЗЯЙСТВА: TРАДИЦИИ И BЕРОВАНИЕ
В статье рассматриваются формирование с древних времён в Нахчыванской
Автономной Республике хозяйства пчеловодства и связанные с ним календарные обычаи,
традиции и ритуалы. Здесь освещаются вопросы разведения рой, страза сотов и т.д. Даются
всестороние сведения о переселении пчёл по местным особенностям. В связи с этим были
проведены сравнительные анализы с другими регионами Азербайджана.
Bu iş Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə
yardımı ilə yerinə yetirilmişdir. Qrand № EİF – KETL – 2 - 2 – 2015 - 1(25) – 56/47/5
- 102 -
ELŞAD ƏLİYEV
Naxçıvan MR Kənd Təsərrüfatı Naziri
ktn@nakhchivan.az
ARIÇILIĞIN YEM BAZASININ YAXŞILAŞDIRILMA YOLLARI
Açar sözləri: Kənd Təsərrüfatı, Arıçılıq, damazlıq işi, ekologiya, məhsullar
Key word: Aqriculture, Apiculture, prebred work, ekology harvest (produkt)
Ключевые слова: Селско хозяйство, пчеловодство, продукции, екология
Hörmətli konfrans iştirakçıları:
Muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən
dövlət qayğısı nəticəsində bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoymuş, arıçılıqla məşğul
olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artmışdır. Son 7 ildə Banklar tərəfindən
arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinə 3 milyon 350 min manat həcmində kreditlər
verilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılmışdır.
Respublikada arıçılığın inkişafı sahəsində görülmüş tədbirlər nəticəsində, arı ailələrinin sayı 2000-ci
ildə 12 min 407 olduğu halda, 01 yanvar 2017-ci ilə 71 min 537 arı ailəsinədək artmışdır. Bu gün
muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla (onlardan 577 sahibkarın 20-350 arı ailəsi
var) məşğul olur. Hesablamalar göstərir ki, Muxtar Respublikamızda arı ailəsinin sayını 100 min
ailəyə çatdırmaq və məhsuldarlığını artırmaq mümkündür.
2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsal edilmiş, “Arıçılıq məhsulları - bal
festivalı” keçirilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı
üzrə qəbul edilən Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən
yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət
maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına, yeni
arıxanaların yaranmasına, arıçıların sayının artmasına, həm də balın satışına böyük təkan verəcək.
Dağlıq və torpağı az olan ərazilərdə arıçılığın inkişafı əhalinin məşğulluğunun təminatına, eyni
zamanda əlavə gəlir mənbəyinə şərait yaradacaqdır.
.
Naxçıvan Biznes Mərkəzində 11 fevral 2017- ci ildə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü
olmuşdur.
Ali Məclisin Sədri muxtar respublikada arıçılıq üçün hərtərəfli şəraitin olduğunu nəzərə
çatdıraraq arıçılığın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsi, bu sahədə
mütərəqqi üsulların tətbiqi, maarifləndirmə işinin aparılması, arıçıların xarici ölkələrdə keçirilən
konfranslarda iştirakının təmin olunması ilə bağlı tapşırıqlar vermişdir.
Verilən tapşırığın icrası ilə bağlı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində tərtib
olunmuş tədbirlər planına əsasən 07 fevral 2017-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində, 28
fevral 2017-ci il tarixdə Ordubad rayonunun Sabirkənd kəndində, 28 mart 2017-ci il tarixdə Şərur
rayonunun Oğlanqala kəndində və 18 aprel 2017-ci il tarixdə Babək rayonunun Babək qəsəbəsində
Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Standartlaşdırma,
Metrologiya və patent üzrə Dövlət Komitəsinin, Dövlət Baytarlıq Xidmətinin, AMEA Naxçıvan
Bölməsinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin nümayəndələrinin
iştirakları ilə maarifləndirici müşavirə keçirilməklə, Kənd Təsərrüfatı Nazirli əməkdaşları tərəfindən
hazırlanmış yaddaş kitabçaları sahibkarlara paylanmışdır.
Arıçılarla müşavirələrin keçirilməsində məqsəd həm də onların bilgilərini bir-biriləri ilə
paylaşmaları, xarici təcrübələri ölkəyə gətirməklə arıçılıqda yeni innovativ metodlarların tətbiqi,
həvəskar arıçılıqdan peşəkar arıçılığa keçidi təmin etməkdir.
Məlum olduğu kimi arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi
baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem
ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi
üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması,
- 103 -
arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və
bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır.
Arıçılığın ətraf mühiti yaxşılaşdırma və qiymətli qida məhsulu mənbəyi kimi geniş
imkanları dünya ölkələri tərəfindən qəbul edilmişdir.
Son onilliklərdə Muxtar Respublikanın əksər alp və subalp çəmənlikləri ərazilərində otarma
normalarına əməl olunması ilə əlaqədar əhəmiyyətli dərəcədə
münbit torpaq qatı və bitki örtüyü sahələrinin yaxşılaşması, eroziya proseslərinin qarşısının alınması
dağ balı istehsalının artmasına səbəb olmuşdur.
Meşələrdə
və kənd ərazilərində bol nektar- çiçək tozu verən ağacların və kolların (yemişan,
böyürtkən, akasiya, söyüd və s.) qırılmasının qarşısının alınması meşələrdən götürülən arıçılıq
məhsullarının ildən-ilə artması ilə nəticələnmişdir.
Meşə ərazilərində bitən ağac və kolların nektar verimi aşağıdakı kimidir.
Yemişan- Meyvəsi yeyilir. Çiçəkləmə müddəti 15-18 gündür, çiçəklərin ömrü isə 2-3
gündür. Yemişan ən yaxşı bal verən bitkidir. Bir hektar yemişan sahəsindən arılar 58 kq-a qədər
nektar toplayırlar. Nektarın tərkibində 77,4% şəkər var, Şəkərin tərkibinin 63.3% saxaroza, 0,76%-i
isə qlikoza və fruktozadır.
Böyürtkən- Muxtar Respublika ərazisində əsasən dağ ətəklərində geniş yayılıb. Meyvəsi
yeyilir, vitaminlərlə zəngin, yağlı olmasına, daha çox bal verməsinə görə xüsusi əhəmiyyətə
malikdir. Çiçəkləmə müddəti 25-35 gündür, çiçəklərin ömrü isə 2-3 gündür. Böyürtkən kol bitkiləri
içərisində birinci dərəcəli balverən və çiçək tozu verən bitkilərdəndir. Bir hektar böyürtkən
sahəsindən arılar 100 kq-a qədər nektar toplayırlar.
Akasiya- Çiçəkləmə müddəti 2-3 həftədir, çiçəklərin ömrü isə 3-4 gündür, arılar bir ağacdan
8 kq bal toplayır.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, Akademik Taryel Talıbovun
araşdırmalarının nəticəsinə görə Muxtar Respublikada 118 fəsiləyə daxil olan 880 cinsdə cəmləşən
2963 növə qədər ali bitki vardır. Bu bitkilər içərisində 400 növdən çox balverən bitkilər mövcuddur.
Hesablamalara görə yonca bitkisinin 1 hektarından 270-300 kq, xaşa bitkisinin 1 hektarından 120
kq bal götürmək mümkündür. Arıçılıqla məşğul olan sahibkarlar yonca və xaşa bitkisinin əkinini
genişləndirməklə, bitkilərin çiçəkləmə fazasında, sahibkarlar arı ailələrini çiçək bol olan ərazilərə
köçürməklə, hər arı ailəsindən, daha çox bal götürmüş olarlar.
Təcrübə göstərir ki, Muxtar Respublikanın arıçılıq üzrə mövcud yem ehtiyatlarının artması
bu şəkildə davam edərsə, arıçılıqda yüksək məhsuldarlıq, stabil
arıçılıq məhsulları istehsalı artacaq və bu da sonda arıçılıq sahəsinə olan marağın artmasına səbəb
olacaq.
Yuxarıda göstərilən proseslərin dinamikası onu göstərir ki, arıçılıqla bərabər, həm də ekoloji
tarazlığın qorunması istiqamətində də mühüm nailiyyətlər əldə olmuşdur. Muxtar respublikada
ekologiyanın mühafizəsi sahəsində görülən tədbirlərin davamı olaraq ilin yaz və payız aylarında
keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində meşəsalma və meşəbərpa işləri görülmüş, xeyli
ağac və gül kolları əkilmişdir.
Bildiyimiz kimi, arıçılıq yeganə təsərrüfatdır ki, artırılmasında və genişləndirilməsində ətraf
mühitə mənfi təsir göstərmir, normadan artıq yüklənmə baxımından isə heç bir məhdudiyyətə
ehtiyac yoxdur və bu sahə nə qədər genişlənərsə ətraf mühitin sağlamlaşması üçün daha xeyirli
olur.
Arıçılığın inkişafı sahəsində, bölgədə arıçılıq məhsulları istehsalının bolluğuna, ticarətin
genişlənməsinə və ekoloji sağlamlıq cəhətdən əlverişli alternativ iş yerlərinin yaradılmasına şərait
yaranar.
Kənd ərazisində və turist marşurutları üzərində qədimdə istifadə olunan arı səbətlərində arı
saxlanmasını turistlərə və istirahətə gəlmiş vətəndaşlara nümayiş etdirmək və istehsal olunan
ekoloji təmiz arıçılıq məhsullarının ticarətini təşkili arıçılığın rentabelliliyini artırmış olar.
Arı ailələrinin sayının artırılması entomofil bitkilərin yüksək səviyyədə tozlandırılmasına,
bitkiçiliyin, toxumçuluğun, meyvəçiliyin, ərazinin təbii özünübərpa imkanlarının artmasına və
biomüxtəlifliyin qorunmasına səbəb olar.
- 104 -
Arıçılarımız nektar və çiçək tozu verən bitkilərin əkinlərinə maksimum səy göstərməli, bu
istiqamətdə olan layihələrin həyata keçirilməsində yaxından iştirak etməlidirlər.
Arıçılığın yem bazasını yaxşılaşdırmaq üçün elə bitkilər əkilməlidir ki, ondan heyvanlar
üçün yem, quşlar üçün dən, sənaye üçün xammal almaq mümkün olsun.
Bu tələblərə günəbaxan, yonca və xaşa bitkisi daha çox cavab verir.
Günəbaxan- çiçəkləmə dövrü 20-30 gündür, arılar bu bitkinin hər hektarından 40 kq bal
toplayır. Günəbaxan bitkisinin cecəsindən heyvan yemi, yarpaq və gövdəsindən silos kimi istifadə
olunur. Toxumunun tərkibində 55% yağ vardır.
Xaşa- balverən yaxşı yem bitkisidir. Çiçəkləmə dövrü 25-30 gündür, bu bitkinin hər
hektarından arılar 120 kq bal toplayır. Xaşa sahəsini arılarla tozlandırdıqda məhsuldarlıq hər
hektardan 7-8 sentner çox toxum verir. Bu bitkinin 1 hektar sahəsinin tozlandırılması üçün 1-2 arı
ailəsi tələbatı ödəyir.
Yonca - çiçək tozu və bal verən yaxşı yem bitkisidir. Çiçəkləmə dövrü 60 gündür, çiçəyin
ömrü 2-3 gündür, bu bitkinin hər hektarından arılar 270-300 kq bal toplayır. Bu bitkinin 1 hektar
sahəsinin tozlandırılması üçün 1-2 arı ailəsi bəs edir.
Muxtar Respublikamızda əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və
qiymətli cinslərə malik arı genofondu, bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Son onilliklərdə arıçılıqda müasir texnologiyaların tətbiqi ilə arıçılığın əsas istiqamətləri:
arı ailələrinin sayının artırılması, arıçılıqda maddi-texniki bazanın təkmilləşdirilməsi, damazlıq və
ana arı yetişdirilməsinin təşkili, köçəri arıçılığın inkişafı, xəstəliklərlə mübarizə, arıçılıq
məhsullarının istehsalı, tədarükü, emalı, qablaşdırılması, marketinqi və bitkilərin tozlanması üzrə
ciddi uğurlar qazanmış və nəticədə arıçılıq kənd təsərrüfatınını gəlirli və daha perspektivli sahəsinə
çevrilmişdir.
Arıların entomofil bitkilərin çarpaz tozlanmasında rolu olduqca böyükdür. Məhşur alim
Albert Eynşteyn arıların bu fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Əgər arılar tamam məhv
olarsa 4 ildən sonra insanları yer üzündə dəhşətli aclıq bürüyər”. Alimlərin hesablamalarına görə
arılar bitkiləri tozlandırmaqla verdiyi xeyir onun öz məhsullarının dəyərindən 20 dəfədən çoxdur.
Ona görə də hər il dəyəri milyon manatlarla ölçülən və heç bir xərc çəkilmədən Muxtar
Respublikamızın zəngin florası tərəfindən yaradılan min tonlarla nektar və çiçək tozunun əhalimizin
rifahı naminə tədarük edilməsinə nail olmaq üçün arı ailələrinin çiçək bol olan ərazilərə
köçürülməsinin böyük əhəmiyyəti vardır.
Köçürmələrlə Muxtar Respublikamızda ciçək-nektar etiyatlarından səmərəli istifadəyə nail
olunur, əmtəəlik bal istehsalının artırılması təmin edilir, arı ailələrinin kimyəvi zəhərlənmə
təhlükələri azalır, ekoloji təmiz arıçılıq məhsullarının istehsalına nail olunur və ən başlıcası
arıxanalar sağlamlaşır.
Arıxanalarda cavan arı analarının olması məhsuldarlığı artıran faktorlardan biridir.
Arıçılıqda, məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri də damazlıq işinin düzgün
təşkilidir. Sarı Qafqaz arı cinsinin Naxçıvan populyasiyasının cins qarışığı olmadan
yetişdirilməsinə ciddi fikir verilməlidir.
Bu sahədə irəlləyişə nail olmaq üçün beş prioritet istiqamət üzrə tədbirlər həyata keçirilir.
Birinci - həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli arıçılıq məhsulları üzrə
istehsal potensialının gücləndirilməsinə nail olmaq.
Ikinci - idxalı əvəz etmək potensialı olan arıçılıq məhsulları istehsalının artırılması
istiqamətində təbirlər həyata keçirmək, təşviqat işlərini gücləndirmək.
Üçüncü - arıçılıqda fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyaların yaradılması
istiqamətində davamlı tədbirlər həyata keçirmək.
Dördüncü - kompleks layihələrin həyata keçirilməsi üçün dövlət–özəl tərəfdaşlığının
inkişafını dəyərləndirmək və bu sahədə tədbirlər həyata keçirmək .
Beşinci - qarşıdakı illərdə arıçılığın inkişafı üçün əlverişli, iqtisadi və informasiya mühitinin
yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək.
Bu da sonda Muxtar respublikada arı ailələrinin sayının və arıçılıq məhsullarının artmasına,
bazarlarda ekoloji baxımdan təmiz və ucuz məhsulların bolluğuna səbəb olacaqdır.
- 105 -
Arıçı sahibkarlar bilməlidir ki, arıçılıq yeganə təsərrüfat sahəsidir ki, artırılmasında və
genışləndirilməsində ətraf mühitə mənfi təsir göstərmir, normadan artıq yüklənmə baxımından isə
heç bir məhdudiyyət yoxdur və bu sahə nə qədər genişlənərsə ətraf mühitin sağlamlaşması üçün
daha xeyirli olar.
Bu sahəyə Muxtar Respublika rəhbərliyi daim qayğı göstərərək diqqətdə saxlayır. Dövlət
tərəfindən arıçı sahibkarlara verilən kreditlər, pulsuz dərman vasitələri və yaradılan şərait sahənin
inkişafına müsbət təsir göstərmişdir.
Sonda arıçılığın inkişafına qayğı göstərdiyinə görə Muxtar Respublika Ali Məclisinin Sədri
Vasif Talıbova minnətdarlığımızı bildirir və konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun!
- 106 -
MÜNDƏRİCAT
I BÖLMƏ. BAŞLICA ARI XƏSTƏLİKLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ
TƏDBİRLƏRİ
1.
Saleh Məhərrəmov. Arı xəstəlikləri və parazitləri, onlarla mübarizə formaları......................3
2.
Mükremin Özkan Arslan. Qars bölgəsinin başlıca arı xəstəlikləri və onlara qarşı
mübarizə tədbirləri....................................................................................................................5
3.
Duygu Sönmez, Ahmet Dodoloğlu, Berna Steinman Emsen. Thymol ve thymol aktif
maddeli ürünlerin arı akarına (Varroa Destructor Anderson&Trueman) karşı etkisi................7
4. Həbib Hüseynov, Yunis Rüstəmli. Naxçıvan Muxtar Respublikası şəraitində bal arısının nozema
paraziti ilə (Nosema apis Z.) yoluxlamasının ailənin gücü və ilin fəsildən asılılığı..........................12
5. Mahir Məhərrəmov, Akif Bayramov. Naxçıvan Muxtar Respublikasında bal arılarının
düşmənləri və onlara qarşı mübarizə tədbirləri.........................................................................17
6. Vəli Novruzov. Bal arısının kolibakteriozu və ona qarşı mübarizə tədbirləri..........................23
7. Afət Süleymanova, Qulamhüseyn Sultanlı. Arıların akarapidozuna qarşı müalicə-
profilaktika tədbirlərinin işlənilməsi..........................................................................................27
8. Firuzə Gülalıyeva, AvtandilYusifov. Bal arılarının salmonellyoz xəstəliyinin laborator
heyvanlarında patogenliyinin öyrənilməsi və müalicə-profilaktikasının
təkmilləşdirilməsi.....................................................................................................................................32
9. Amaliya Həsənova, Yavər Məmmədov, Aliyə Rüstəmova. Arıların parazitar və infeksion
xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri.............................................................................35
10. Ağanisə Səfərova, Avtandil Yusifov. Azərbaycanda arıların septisemiya xəstəliyinin
epizootoloji vəziyyəti və mübarizə tədbirlərinin təkmilləşdirilməsi........................................39
11. Saleh Məhərrəmov, Sevilə Rüstəmova, İlham Əzimov. Bal arılarının aspergillyozu.........42
12. Mətanət Məmmədova. Qoyunların trixosefalyozunda natrium hipoxloritin sınaqdan
keçirilməsi.................................................................................................................................45
II BÖLMƏ. ARI YETİŞDİRMƏ VƏ DAMAZLIQ PROBLEMLƏRİ
13. Əli Tahirov. Naxçıvan Muxtar Respublikasında paket arıçılığının tətbiqinin əsasları...........49
14. İsa İsrafilov. Azərbaycan Dövlət Aqrar Universitetində arıçılığın inkişafı.............................55
15. Mahir Murat Cengiz, Kadir Önk, Ferat Genç, Mehmet Sarı. Bal arısı (Apis Mellifera L.)
kolonilerinde populasyon kontrolü ile verimliliği artırmaya yönelik uygulamalar................58
16. Allahverdi Seyidov, Əli Allahverdiyev. Arçılığın inkişafına dair ...........................................65
17. Elnur Əhmədov, Firuzə Salmanov, Bahar Şükürova. Azərbaycanda ana arıların süni
mayalandırılması perspektivlərinə dair.....................................................................................67
18.
Natiq Məmmədov
.
Əsas gəlir dövründə ana arinin yumurta qoymasinin məhdudlaşdirilmasi..71
19.
İsa Yılmaz
.
Bal arısı yetiştiriciliğinde verimi etkileyen faktörler...............................................74
III BÖLMƏ. MÜASİR METODLARLA ARIÇILIQ MƏHSULLARININ İSTEHSALI VƏ
ARIÇILIĞIN YEM BAZASI
20.
Rauf Sultanov. Azərbaycan balin əsas texniki göstəriciləri...................................................77
21.
Elsevər Əsədov. Azərbaycanda arı ailələrində istehsal olunan vərəmumun bəzi keyfiyyət
göstəriciləri..............................................................................................................................80
22. Əyyub Abdullayev. Müasir metodlarla arıçılıq məhsullarının istehsalı.................................85
23. ZülfiyyəSalayeva. Söyüdkimilər (salicaceae mirb.) fəsiləsinin nektarlı bitkiləri....................89
24. Mehriban Əlizadə, Gülnarə Hacıyeva. Gəncə-Qazax bölgəsində bal verən bitkilərin çiçək
tozunun öyrənilməsinə dair.....................................................................................................92
25. Şəfa Məhərrəmova. Arı südü və onun əhəmiyyəti haqqında...................................................95
26. Asəf Orucov. Arıçılıq təsərrüfatları: adətlər və inanclar..........................................................98
27. Elşad Əliyev. Arıçılığın yem bazasının yaxşılaşdırılma yolları..............................................102
Dostları ilə paylaş: |