Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə12/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

 
46 
olaraq,  verdiyi    izahında  “ölçü-  misraların  həcmi,  bölgü- 
misraların  daxili  fasilələri,  qafiyə-  misraların  axırıncı 
sözündəki  hecaların  şəkil  uyğunluğu”(Bax,  Göst.  kitab. 
Maarif  nəşriyyatı,  Bakı-1988,  səh-102)  kimi  interpretasiya 
olunub. 
    Yazıçı-pedaqoq  M.Cəlal  “Misraların  daxili  fasiləsini” 
məhz“bölgü (təqti)”olaraq (bax, Göst. əsər, səh-104), izah 
edirdi.   Məmməd  Əliyev isə  “təqti”və  ya“takt”sözünü  rus 
dilinin eynimənalı “stopa”termininin kalkası kimi işlədərək, 
“sərbəst  şeirin”“taktlara  deyil”,  “durğulara  əsaslandığını” 
iddia edir. Guya  bununla nəyi isə dəyişdirir?!. Mənə etiraz 
edilib, deyilə bilər ki, bəs elə isə siz nə üçün “sərbəst şeir” 
terminini  metrik-vəzn  anlayışı  olaraq,  “azad  şeir  ”sözü  ilə 
əvəz etmişsiniz?.. Yuxarıda bu məsələni kifayət qədərincə 
aydınlaşdırmışam.  Lakin  deyilənlərə  yalnız  onu  əlavə  edə 
bilərəm  ki,  filoloji  ədəbiyyatımızda  və  şeir  praktikamızda 
“sərbəst  şeir”  adının    daha  çox  özündə  sərbəst  qafiyə, 
sərbəst heca  və  ya  sərbəst  əruz  ritmini  (təqti  və  ya  təfilə 
ünsürlərini)  ehtiva  edən  milli  şeir  nümunələrimizə  aid 
etmişik.  Bunu  nəzərə  alaraq,    dilimizin  tarixi-ənənəvi 
prinsipi əsasında  “Azad şeir” terminini ümumi  vəzn  və  ya 
kataqorial ad kimi götürüb, “sərbəst şeir” terminini də bu 
vəzn və ya kateqorial ad içində yer almış xüsusi  “janr” və 
ya şeir cinsi kimi saxlamışıq. Etiraf edim ki, Vladimir Buriçin 
də  dediyi  kimi,    verlibrin  bütün  məna  və  forma 
xüsusiyyətlərində  şairin  tam  “müəlliflik  statusu”  olduğu 


 
47 
üçün,  “azad  şeir  vəzni”  ilə  “Müəllif  şeiri”adlandırılan 
verlibrin  arasındakı  “bağlantı”heç  də  “heca  vəzni”və  ya 
“əruz  vəzni”  ilə  yaradılmış  şeirlərin  ümumi  vəzn-forma 
uyğunluğu  anlamına  gəlmir.  “Azad  şeir  vəzni”  verlibri, 
sərbəst  şeiri,  ağ  şeiri  və  s.  bu  kimi  fərqli  xüsusiyyətlərə 
malik  müxtəlif  əsərləri  öz  aralarında  kanonik  şeirlərdəki 
qafiyə,  daxili  ritmik  qruplar,  bənd,  heca  bərabərliyi  və  s. 
üzrəmüxtəlif  dərəcəli  rundamentallıq  kəmiyyət  və 
keyfiyyət  “sərbəstliyinə  ”  görə  vahid  “vəzn”  adı  altında 
birləşdirmişdir.  Açıq  deyək  ki,  verlibr  ilə    eyni  vəzn  içrə 
sadaladığımız 
digər 
şeirlər 
arasındakı 
uyğunluq,  
rindemental  xüsusiyyətlərin  cüzii  qismi  nəzərə  alınmazsa, 
sıfır  həddindədir.    Odur  ki,  azad  şeir  vəzninin  ümumi 
poetikasını  hazırlamaq  əruzşünaslıq  və  sillabik  vəzn  üzrə 
tədqiqat işindən dəfələrlə ağırdır. 
      Azad  şeir  poetikasının  (bu  termin  özündə  vəzn,    ritm, 
qafiyə,  bənd  və  s.  sahəsində  tam  və  ya  müxtəlif  dərəcəli 
sərbəstlik  xüsusiyyətləri  və  özünəməxsusluq  keyfiyyətləri  
daşıyan  şeirlərin  ümumi  nəzəri  məsələlərini  ehtiva  edir) 
işlənib  hazırlanmasına  onun  terminoloji  bazasının-  əsas 
anlayışlar aparatının formalaşdırılmasından başlanmalıdır. 
Hələ  ötən  əsrin  ilk  dekadalarında  V.Mayakovski  öz 
yaradıcılığına  “verlibr”  təyinatı  ilə  yanaşılmasına  kəskin 
etiraz  edərək,  özünü  “uitmençi”adlandırmışdı.  Rus 
filologiyasında  onun  şeir  stilini  indiyəcən  müxtəlif  cür 
adlandıranlar var: aksent şeiri və s. 


 
48 
     Azərbaycan filologiyasındakı müasir  mənzərə də eynlə 
bu  vəziyyətdədir. Məsələn, Rəsul Rzanın yaradıcılığını daha 
çox “sərbəst şeir” kimi qiymətləndirirlər. Dilimizdə işləklik 
qazanmış  “sərbəst  şeir”  anlayışı  sərbəst  qafiyəli,  sərbəst 
heca və sərbəst tonik xarakterli,  ritmik rus şeirinin “volnıy 
stix” təsnifatına (tam olmasa da) müəyyən qədər uyğun bir 
anlama gəlir. Lakin milli ədəbiyyatşünaslığımızda tamamilə 
səhv  olaraq, rus filologiyasında  geniş  işlənən “volnıy  stix”  
və ya“svobodnıy stix” adlanan şeirləri  “verlibr”  termini ilə 
eyniləşdirmişlər. 
     “Volnıy” və “svobodnıy” sözləri Azərbaycan türkcəsində 
“azad”,  “bekar”  və  ya  “sərbəst”mənasını  verməklə,  eyni 
leksik-sinonimik cərgəyə daxil olan leksemlər hesab edilir.  
    Lakin  Verlibr-    ənənəvi  şeir  vəznlərinə  qarşı  kəskin 
antoqonist məna  daşımaqla, dünya şeir praktikasında Uolt 
Uitmen, M.Rəfili, N.Hikmət, V.Buriç, Lorka, P.Neruda, R.Rza  
(Rənglər” silsiləsi və d. şeirləri), V.Səmədoğlu, Ə.Salahzadə, 
Adil Mirseyid kimi şairlərin əsərlərinin  əksər hissəsi üçün 
vəzn  ölçüsü  olaraq  düşünülə  bilər.  Odur  ki,  verlibrin  milli 
tanıdımı  olaraq  “özgür  şeir”termininin  işlədilməsini  daha 
məqbul hesab etdik. Çünki bu fərqləndirmə ilə dilimizdəki 
“sərbəst şeir”və “verlibr” anlayışları arasındakı differensliyi  
təmin  edə  bilərik.  Buradaca  qeyd  edim  ki,  musiqi 
terminologiyamızda çox işlədilən “bekar” adlı bir işarə də 
vardır. O,  bekar diyez və ya bemolun təsirini ləğv edib, notu 
ilkin  vəziyyətinə qaytarmaq  üçün  işlədilir.  Odur  ki,  verlibr 


 
49 
üçün  “bekar  şeir”  terminini  qeyri-məqbul  hesab  etdik. 
Çünki verlibr bədii sözün kanonik əvvəlki halına qayıtması 
anlamınıdan  uzaqdır.  O,  tamamilə  avtonom,  müstəqil  bir 
şeir  metrikası  olub,  milli  ədəbiyyatımızda  mövcud  olan 
üçüncü  bir  şeir  vəzninin  adıdır.  Bu  vəznin  beynəlxalq 
“verlibr”termininə  müqabil  “Özgür  şeir”sinoniminin  də 
işlədilməsi bizə daha məntiqi görünür.  
     Verlibrin  Qərb  istiqamətində  qısa  bir  sürədə  geniş 
yayılmasını 
Avrasiya-türk 
Azadlıq 
ruhunun 
və 
yeniləşməyinin  ümumbəşəriliyi  ilə  bağlamaq  daha  çox 
münasib  olardı.  Bunun  əsas  səbəbi  bu  gün  Azadlıq 
duyğusunun  və  düşüncəsinin  bütün  Bəşəriyyət  üçün 
mənəvi  zərurət  olmağından  ibarətdir.    Odur  ki,  məncə, 
bütün  bəşəriyyətin  poetik  idrak  diapozonunu  qeyri-adi 
dərəcdə    genişləndirmiş  bir  şeir  vəzninin  Poetikasını 
diqqətdən  kənarda  saxlamaq  əsla  elmi  mövqe  sayıla 
bilməz.  Uat  Uitmen,  Emil  Verxarn,  Qarsia  Lorka,  Pablo 
Neruda,  Nazim  Hikmət,  Mariya  Svetayeva,  Fazil  Hüsni 
Dağlarca,  V.Mayakovski,  Rəsul  Rza,  A.Voznesenski, 
İ.Brodski,  Neman,  Ə.Salahzadə,  Fikrət  Qoca,  Fikrət  Sadıq, 
R.Rövşən, V.B.Odər, Adil Mirseyid, Tofiq Abdin, Qulu Ağsəs, 
Səlim Babullaoğlu, Paşa Əlioğlu, Zakir Fəxri, Müslüm Fəxri, 
Əmir bəy Pəhləvan, Ədalət Əsgərzadə, Qəşəm Nəcəfzadə, 
Əlisəmid Kür, Elxan Zal, Etimad Başkeçid...  Verlibrist şairlər 
siyahısını , əlbəttə, kifayət qədər uzatmaq da olar. Xüsusən, 
XXI 
əsr 
Azərbaycan 
poeziyasında 
onun 
yeni 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə