Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   32   33   34   35   36   37   38   39   40

77 

 

30  yanvar  1992-ci  il.  Azərbaycan  və  Ermənistan  eyni  vaxtda  ATƏM  (ATƏT) 

üzvlüyünə qəbul edilirlər. 

10 fevral 1992-ci il. Quşçular və Malıbəyli kəndləri işğal edilir. 

13-17  fevral  1992-ci  il.  Dağlıq  Qarabağın  Xocavənd  rayonu  Qaradağlı  kəndi 

əldən-ələ  keçir,  kəndin  92  nəfər  müdafiəçisi  və  54  nəfər  sakini  öldürülür. 

Ermənilər  117  nəfər  kənd  sakinini  girov  götürür,  onlardan  77  nəfərini  qətlə 

yetirirlər. Ermənilər kəndin yaxınlığındakı fermada 6 nəfəri diri-diri yandırırlar. 



25-26 fevral 1992-ci il. Erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə 

Xocalı şəhərini darmadağın edir, dəhşətli soyqırım törədirlər. Soyqırım nəticəsində 

613 nəfər, o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürülür. 487 

nəfər, o cümlədən, 76 uşaq şikəst edilir. 1275 nəfər girov götürülür, 150 nəfər itkin 

düşür.  Xocalıya  hücuma  erməni  mayoru  S.Ohanyan  və  366-cı  polkun  3-cü 

batalyonunun komandiri Y.Nabokixin bilavasitə rəhbərlik etmişlər. 



02 mart 1992-ci il. Azərbaycan BMT-yə üzv qəbul edilir. 

08 mart 1992-ci il. Qazax rayonunun Xeyrimli kəndi işğal edilir. 

12 mart 1992-ci il. Qazax rayonunun Aşağı Əskipara kəndi işğal edilir. 

12  mart  1992-ci  il.  Dağlıq  Qarabağın  Sırxavənd,  Qaraşlar,  Bəşirlər,  Baş 

Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri işğal edilir. 



22  mart  1992-ci  il.  Erməni  terrorçuları  tərəfindən  Qazax  rayonu  ərazisində 

avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 nəfər yaralanır. 



24 mart 1992-ci il. ATƏM (ATƏT) təkibində 11 ölkənin nümayəndələrinin daxil 

olduğu Minsk qrupu yaradılır. Qrupa Azərbaycan, Ermənistan, Belorus, Almaniya, 

İtaliya,  Rusiya,  ABŞ,  Türkiyə,  Fransa,  İsveç,  Çexoslovakiyanın  (sonralar  onun 

əvəzinə Avstriya, Finlandiya, Norveç daxil edilir) nümayəndələri daxil olurlar. 



07  aprel  1992-ci  il.  Kəlbəcər  rayonunun  Ağdaban  kəndi  zəbt  edilir  və  yandırılır. 

Kəndin 67 nəfər dinc sakini qətlə yetirilir, o cümlədən 8 qoca, 2 uşaq, 7 qadın diri-

diri yandırılır. 

12  aprel  1992-ci  il.  Ermənilər  Şuşa  şəhərinin  müdafiəçilərinə  qarşı  kimyəvi 

silahdan istifadə edirlər. 



27 aprel 1992-ci il. Qazax rayonunun Sofulu kəndi işğal edilir. 

08 may 1992-ci il. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. 

11 may 1992-ci il. Qazax rayonunun Qızıl Hacılı kəndi işğal edilir. 

15  may  1992-ci  il.  "SSRİ-nin  hərbi  əmlakının  bölüşdürülməsi  haqqında" 

Daşkənddə  imzalanmış  müqavilə  əsasında  IV  ordunun  silahlarını  Azərbaycana 

təhvil verməyə başlayırlar. 

18 may 1992-ci il. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın işğal edilir. 

20  may  1992-ci  il.  Zəngilan  rayonunun  Qazançı  kəndi  yaxınlığında  erməni 

terrorçuları tərəfindən avtomaşın partladılır, 2 nəfər həlak olur, 2 nəfər yaralanır. 



08 iyun 1992-ci il. Qazax rayonunun Yuxarı Əskipara kəndi işğal edilir. 


78 

 

12 iyun 1992-ci il. Azərbaycan Ordusu geniş miqyaslı hərbi əməliyyatlara başlayır. 

83  gün  davam  edən  hücum  əməliyyatı  nəticəsində  Dağlıq  Qarabağın  yarısı 

düşməndən azad edilir. 



08 avqust 1992-ci U. Gədəbəy rayonunun Başkənd qəsəbəsi azad edilir. 

24 oktyabr 1992-ci il. ABŞ konqresi "907-ci akta düzəliş" qəbul edir. Bu düzəliş 

Azərbaycana ABŞ hökuməti tərəfindən yardımı qadağan edir. 



10-12  dekabr  1992-ci  ü.  Ermənistanın  işğalçı  qoşunları  Qubadlı  və  Zəngilan 

rayonlarının  Şayıflı,  Seyidlər,  Ərkənd,  Bərəli,  Qazançı,  Günqışlaq,  Pirveyisli, 

Canbar, Yuxarı Qayalı kəndlərini zəbt edirlər. 

28 fevral 1993-cü il. Kislovodsk-Bakı sərnişin qatarı erməni terrorçuları tərəfindən 

partladılır,  11  nəfər həlak olur,  18 nəfər yaralanır. 



27-28  mart  1993-cü  il.  Kəlbəcər  rayonunun  Ağqaya,  Mərcimək,  Təzəkənd, 

Ağcakənd, Narışlar kəndləri işğal edilir. 



02  aprel 1993-cü il. Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal 

edilir. 


30   aprel  1993-cü  il.  BMT Təhlükəsizlik Şurası  822  saylı qətnaməsini qəbul 

edir. 


20 may 1993-cü il. Rus qoşunları Azərbaycanın ərazilərini tərk etməyə başlayırlar. 

02  iyun  1993  cü  il.  Bakı  dəmir  yol  vağzalında  sərnişin  qatarı  Ermənistan  xüsusi 

xidmət  orqanlarının  göndərdiyi  terrorçu  qrup  tərəfindən  partladılır,  təsadüf 

nəticəsində ölən və yaralananlar olmur. 

12-15  iyun  1993-cü  il.  Ağdam  rayonunun  Əliağalı,  Əlimədədli,  Qalayçılar 

kəndləri işğal edilir. 



25  iyun  1993-cü  il.  Ağdam  rayonunun  Boyəhmədli,  Papravənd  kəndləri  işğal 

edilir. 


26 iyun 1993-cü il. Ermənilər Ağdərə şəhərini işğal edirlər. 

4  iyul  1993-cü  il.  Füzuli  rayonunun  Arış,  Qoçəhmədli,  Qaracalı,  Xatınbulaq, 

Gorazilli kəndləri işğal edilir. 



5 yul 1993-cü il. Ağdam rayonunun Şelli kəndi işğal edilir. 

21

 

iyul 1993-cu il. Ağdam rayonunun Muğanlı və Şıxbabalı kəndləri işğal edilir. 

22

 

iyul  1993-cü  il.  Ağdam  rayonunun  Mərzili,  Novruzlu,  Yusifcanlı,  Qiyaslı, 

Xıdırlı, Sancalı, Muradbəyli kəndləri işğal edilir. 



22 iyul 1993-cü il. Tərtər rayonu ərazisində erməni terrorçuları tərəfindən partlayış 

törədilir, 5 nəfər həlak olur, 18 nəfər yaralanır. 



22

 

 iyul  1993-cü  il.  Qazax  rayonu  ərazisində  erməni  terrorçuları  tərəfindən 

partlayış törədilir, 6 nəfər həlak olur, 10 nəfər yaralanır. 



23

 

 iyul 1993-cü il. Ermənistan silahlı qüvvələri Ağdamı işğal edirlər. 

24

 

 iyul 1993-cü il. Füzuli rayonunun Cuvarlı kəndi işğal edilir. 

29 iyul 1993-cü il. BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməsini qəbul edir. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə