Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   2   3   4   5   6   7   8   9   ...   78

Nadirin kiçik oğlu İmamqulu Mirzənin oğlu Hüseynqulu və İmamqulu Ca-
hangir Hüseynovun ulu babaları kimi faktların və elmi məntiqin gücü ilə
təqdim olunur. 
Mənə belə gəlir ki, ruhi əzəməti, hərbi şöhrəti və genişmiqyaslı quru-
culuq qüdrəti ilə tarixin fövqünə qalxmış Nadir fenomeni Cahangir
Hüseynov tərəfindən çox obyektiv elmi əsaslarla işıqlandırılmışdır. Bu mə-
nada, dərin məzmunlu bu araşdırmanı Nadirin tarixi reabilitasiyasının isti-
nad nöqtəsi də hesab etmək olar.
Ümumiyyətlə, materiallardan görünməklə yanaşı, Cahangir Hü sey n -
ov  la söhbətlərimdən də hiss etdim ki, o, respublikamızda olan çoxsaylı
ədəbiyyatı araşdırmaqla kifayətlənməmiş, hətta mövzuya dərindən nüfuz
etmək üçün son iki ili Türkiyə Cümhuriyyətində yaşamaqla orada Nadir
şah Əfşarla bağlı çoxsaylı tədqiqatlar aparmışdır.
Materialda diqqəti, xüsusilə cəlb edən cəhətlərdən biri də Nadirin dini
islahat cəhdlərinə münasibətlə bağlıdır. Dövlətin dayağı kimi dini birlik
etnik-milli birlikdən öndə gəlirdi. Ona görə də türk xalqlarını bir-birinə
qarşı qoymamaqla onlarda siyasi pərakəndəliyin və hərbi qarşıdurmanın
qarşısını almaq üçün Cəfəri məzhəbini qəbul etməklə Nadir ortodoks şiə-
likdən əl çəkdiyini bildirmişdir. Mətndə müəllif Osmanlı sultanına Nadirin
bu məzmunda göndərdiyi məktubu xatırladır: «Siz Cəfəri məzhəbini qəbul
etsəniz, mənim hakimiyyətimdə olan bütün ərazilərimi Osmanlıya
qataram».
Ümumiyyətlə, Nadir İslam dünyasını birləşdirmək, Turan imperiyasını
yaratmaq arzusunda olan bir mübariz fateh olmuşdur. Onun bu yöndə
apardığı saysız-hesabsız müharibələr orta əsrlər İslam və Turan dünyasında
ən böyük fatehlik zirvəsi idi. Təəssüflər olsun ki, ona qarşı olan onlarla sui-
qəsdin nəticəsi olaraq əvvəlcə oğlu Rzaqulunun kor edilməsi, sonra isə
onun həyatına qəsd olunması bu mübarizəni başa çatdırmağa imkan ver-
mədi.
Həm də bu bəraətləndirici yanaşma bir neçə minilliklər ərzində «İran»
adlı məmləkətdə dövlət qurmuş və onları idarə etmiş türk əsilli bütün hökm -
darlara da şamil oluna bilər.
Cahangir Hüseynov qısaca olaraq Nadirin hərbi yürüşlərinə nəzər salır
və heç yerdə ifadə olunmayan belə bir nöqteyi-nəzər irəli sürür ki, Nadirin
yürüşlərinin hamısının motivində ədaləti bərpa etmək niyyəti (öz dövlətinin
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
7


torpaqlarını işğalçılardan azad etmək) dayanmışdır. Hətta Hindistan yürüşü
də (1739) qiyamçı-dağıdıcı əfqanların orada sığınacaq tapması ilə əlaqədar
idi. Belə bir doğru qənaət Nadir şəxsiyyətinə yeni bir rakrusdan baxışı ifadə
etməklə bir türk kimi məndə də qürur hissi doğurdu.
Nadirin şəxsi keyfiyyətlərinə, zövqünə, zahiri görkəminə, daşıdığı
mərəzlərə (xəstəliklərə), ailə-məişət davranışlarına da Cahangir müəllim
mənbələrin verdiyi məlumatlara görə aydınlıq gətirir və bildirir ki, Nadirin
bəzi şəxsi keyfiyyət göstəriciləri onun nəslinin nümayəndələrində olmuş-
dur. Bir insan kimi Nadir tez soyuyan hirsə malik idi, o, sözübütövlüyün
və mərdliyin timsalı idi. 
Cahangir Hüseynov toponomik ədəbiyyatda mənası izah edilməyən
«Xınna dərəsi», «Xılxına», «Şahzadə bulağı» toponimlərini də maraqlı
mən tiqlə izah edərək bildirir ki, Nadirin Gürcüstan yürüşündə yolüstü
keçdiyi həmin yerdə insanlar onu bayram ovqatı ilə əlləri xınalı qarşı la -
dığına, «Şahzadə bulağı» hidronimi isə Nadirin həmin ərazidə yaşamış törə -
mə lərinin şərəfinə belə adlandırılmışdır. 
Cahangir müəllimin nəsil-şəcərəsinin doğulduğu ərazinin də daxil
olduğu yerləri vaxtilə idarə edən Zülqədərlərlə (onlar Azərbaycanda çox
qədim və tanınmış tayfalardan biridir) – Nadirin regiona gəlmiş törəmələri
ilə «Qaççılar» nəsli arasındakı isti münasibət də Cahangir müəllimə xas
olan şirin bir hekayət dili ilə oxuculara çatdırılır. 
Cahangir Hüseyn Əfşar öz nəslinin keçdiyi yolu araşdırmaq məqsədi
güdsə də, milli qeyrətlə aşılanmış, zəngin faktiki materiala əsaslanan san-
ballı bir tarixi əsər ərsəyə gətirmişdir. Həmçinin Nadir şahın azərbay-
cançılığı əsərdə xüsusi bir yer tutur. Müəllif həmçinin türk dövlətlərinin
tarixinə ekskurs bir səyahət etmiş, əcdadlarımızın türkün əzəmətli dörd min
illik tarixini oxuculara qısa da olsa çatdıra bilmişdir.
Nadir şahın şəcərəsinin araşdırılmasında və tanıdılmasında xüsusi bir
əmək və yenilik vardır.
Mən son olaraq bir məsələyə ayrıca diqqət ayırmaq istəyirəm. Belə ki,
Cahangir müəllim çox ləyaqətli, şərəfli, məzmunlu bir həyat yolu
keçmişdir. Dünyada şəhdi-bal şirinliyi də, zəhrimar acılığı da onun hə -
yatında olmuşdur. Respublikanın keçən əsrin 80-ci illərində ən gənc polis
rəisi, polkovniki, millət vəkili, hüquqşünas alimi olmaqla yanaşı, kimsənin
çəkə bilmədiyi fəlakətə də düçar olmuşdur. Mən Cahangir Hüseynovun
Úàùàíýèð Ùöñåéí ßôøàð
8


xatirələrini oxuyarkən bir daha yaddaşıma keçən əsrin 90-cı illərində
cinayətkar-manyakların hücumuna məruz qalaraq, bədəninin sağlamlığını
və ciyərparəsi övladını itirmiş olan hadisələri bir daha xatırladım. Həmin
illərdə müstəqilliyini yenicə bərpa etmiş respublikamızın başı üzərini qara
buludlar almışdı. Bir tərəfdən erməni qəsbkarları torpağımızın xeyli
hissəsini işğal etmiş, bir tərəfdən də respublikanın cənub, şimal, qərb böl-
gələrində separatçılar respublikamızı bir daha dağıtmaq, parçalamaq
niyyətinə düşmüşdülər. Belə bir şəraitdə Azərbaycan Ali Sovetinin deputatı
olan Cahangir Hüseynov Parlamentdə Azərbaycanın dağılmaqdan xilas ol-
ması üçün 1992-ci il fövqəladə mart sesiyasında «Birləşməsək, xalq bizi
bağışlamaz» tezisi ilə çıxış etmiş, xalqı birliyə çağırmış, Heydər Əliyevin
hakimiyyətə gətirilməsini ilk dəfə Parlamentdə o, qaldırmışdı. Sonrakı Ali
Sovet və Milli Məclis fəaliyyətində də Cahangir Hüseynov öz çıxışları ilə
bizim gözümüzün qarşısında bu gün də qalmaqdadır. 1994-cü il yenidən
hakimiyyətə gəlmək, Azərbaycanı dağıtmaq istəyən seperatçı qüvvələr
həmin illərdə Abşeron Rayon Polis şöbəsinin rəisi işləyən Cahangir
Hüseynova bağ evində sui-qəsd etdilər. O, ağır xəsarət alsa da, allah-taala
onu qoruyub, saxladı, lakin cinayətkarlar onun ailə üzvlərinə yenidən silahlı
hücuma keçib, onun ciyərparası oğlu Hüseyni və yaxın qohumlarını qətlə
yetirdilər.
Mən Hüseyn Hüseynovun xatirələrindən öyrənmişəm ki, o İçəri şə -
hərdə Azər deyə əzizlədiyi nəvəsi Hüseynin şərəfinə «Azəriyə» adlı bir
abidə ucaltmışdır. Cahangir müəllim nəsil tarixinə işıq salan bu maraqlı
tədqiqat ilə öz xatirələrini bir əbədiyyət abidəsi kimi oğlu Hüseyn Cahangir
oğlunun xatirəsinə ithaf etmişdir. 
Nəticə həyatın sərt tələbindən irəli gəlir. Böyük yolun yolçuları
qazandıqlarının və itirdiklərinin fərqində olmurlar. Çünki onlar həm də yolu
qət etməyi son məqsəd bilən böyük iradə sahibidirlər. 
Cahangir müəllimə millətin, dövlətimizin naminə göstərdiyi fəa -
liyyətində uğurlar arzusu ilə:
İlham HƏSƏNOV,
tarix elmləri doktoru
mart, 2014-cü il
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
9


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə