N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

17
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
“Hər bir abituriyent vaxtını düzgün planlaşdırmalı, hər bir saatı, günü səmərəli keçirməyi
bacarmalıdır” 
Elgiz deyir ki, hər bir abituriyent dərk etməlidir ki, imtahana ilboyu, sistemli şəkildə hazırlaşmaq
lazımdır: “İmtahanda çətinlik çəkməmək üçün gündəlik məktəb dərslərini də öyrənməli, dərslərdə
aktiv olmalı, vaxtdan səmərəli istifadə etməlidir. Əlbəttə, hamının bütün fənləri əla bilməsi çətin
məsələdir. Buna baxmayaraq, abituriyent seçdiyi ixtisas qrupunda humanitar və ya dəqiq elmlərin
üstünlük təşkil etməsindən asılı olmayaraq, bütün fənlər üzrə baza biliklərinə yiyələnməlidir.
Abituriyent vaxtını düzgün planlaşdırmalı, hər bir saatı, günü səmərəli keçirməyi bacarmalıdır.
Səhər, günorta və axşam saatlarında nə edəcəyini əvvəlcədən müəyyənləşdirməli, səhər saatlarını
mümkün qədər öyrənməyə, günorta saatlarını bir qədər dincəlməyə, axşam saatlarını isə yenə də
dərslərə hazırlaşmağa və ya təkrarlara sərf etməlidir. Eyni zamanda, istirahət və yuxu üçün də vaxtı
düzgün müəyyənləşdirilmək vacibdir”.
“İmtahana yaxşı hazırlıqlı olmaq imtahan həyəcanını azaltmaq üçün ən yaxşı üsuldur” 
E.Muradbəyli bildirir ki, imtahan həyəcanı şagirdin test suallarını yaxşı cavablandırmaq
məsuliyyətindən doğan narahatlıqdır. Bu, narahatlıq imtahan zamanı test suallarının düzgün
cavablandırılmasına, normal düşünməyə mane ola, hətta yaddaşın zəifləməsinə də səbəb ola bilər:
“İmtahana gələrkən, demək olar ki, hər bir abituriyent həyəcan keçirir ‑ kimi çox, kimi nisbətən az.
Əgər həyəcan normal həddi aşmırsa, bu sevindirici haldır ‑ deməli, orqanizm özünü "tam səfərbər"
edib və "sınağa hazırdır". Lakin həyəcan normal həddi aşaraq stress dərəcəsinə çatırsa ‑ bu, neqativ
haldır. İmtahana yaxşı hazırlıqlı olmaq imtahan həyəcanını azaltmaq üçün ən yaxşı üsuldur. TQDK‑
nın keçirdiyi sınaq imtahanları abituriyenti qəbul imtahanına psixoloji və texnoloji cəhətdən
hazırlayır. Mən bunu nəzərə alaraq Dövlət Komissiyasının təşkil etdiyi bütün sınaqlarda iştirak
etdim. Mövzuların təkrarlanmasına gəlincə isə, bunu imtahana bir gün qalmış deyil, ondan bir neçə
gün və ya bir həftə əvvəlki vaxtda yerinə yetirmək məsləhətdir.”
“Abituriyent istəyinə, marağına uyğun ixtisası seçməlidir”
Elgiz qeyd edir ki, ixtisas seçiminə heç kimin təsiri olmayıb: “Bu ixtisası özüm seçmişəm.
Hüquqşünas olmağa böyük həvəsim var. Çalışacağam ki, bu ixtisas üzrə mükəmməl təhsil alım,
Prezident təqaüdçüsü kimi şərəfli adı bütün təhsil müddətində saxlayım və yaxşı bir mütəxəssis olum. 
Məncə, ixtisas seçimi zamanı fikir vermək lazımdır ki, sənin yiyələnmək istədiyin ixtisas üçün
hansı təhsil müəssisəsi daha uyğundur. Ümumiyyətlə, abituriyent istəyinə, marağına uyğun ixtisası
seçməlidir. Bəzən gənclər ixtisas seçərkən müəyyən çətinliklərlə qarşılaşırlar. Dünyada minlərcə peşə
mövcuddur. Bu müxtəliflikdən necə baş çıxarmalı? Hansı peşəni seçməli ki,o həyat yolunda sənə
uğur gətirsin. Məncə, ixtisas seçimində əsas götürülməli amillər içərisində ən mühüm olanları istək,
maraq, üstəlik də bacarıq və qabiliyyətdir. Bilməyən şagird və abituriyentlərə xatırlatmaq istərdim
ki, TQDK gənclərin ixtisas seçiminə kömək məqsədilə “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları”
adlı 4 kitabdan ibarət çox dəyərli bir vəsait buraxıb. Hansı ixtisas üzrə mütəxəssislərin hansı ali təhsil
müəssisələrində hazırlandığını bilmək, hər bir ixtisasın mahiyyəti, təyinatı, xarakteristikası və
məzunların gələcək iş yerləri haqqında məlumat almaq üçün mütləq bu vəsaiti oxumaq lazımdır”.
Aygün Əsgərli:
“Yüksək səviyyədə ali təhsil almağı, Vətənimə yararlı bir
mütəxəssis kimi yetişməyi qarşıma məqsəd qoymuşam”
Bu il ölkənin ali məktəblərinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən
abituriyentlərdən biri də Aygün Əsgərlidir. Bakı şəhərı 2 saylı texniki və humanitar
elmlər təmayüllü liseyin məzunudur. 696 balla Azərbaycan Tibb Universitetinin
“Müalicə işi” ixtisasına daxil olub. O, 5‑ci sinfə qədər 158 saylı orta məktəbdə təhsil alıb,
sonra təhsilini  2 saylı orta texniki və humanitar elmlər təmayüllü liseydə davam etdirib.
Respublika üzrə keçirilən müxtəlif olimpiada və müsabiqələrdə iştirak edib. A.Əsgərlinin
ən yaxşı oxuduğu fənlər dəqiq və təbiətşünaslıq fənləri olub. 
Mütaliə etməyi sevir, daim öz üzərində çalışır, ingilis dilini mükəmməl öyrənmək üçün
kurslara gedir. Ən böyük arzusu isə yüksək təhsilli, professional bir həkim olmaqdır.


18
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
“Həkim olmağı qarşısına məqsəd qoyan hər bir gənc ilk öncə seçdiyi ixtisasın məsuliyyətini
dərk etməlidir”
A.Əsgərli deyir ki, qəbul olunduğu universiteti və fakültəni sadəcə ali təhsil diplomu almaq
xatirinə seçməyib: ”Həkim olmaq mənim uşaqlıq arzumdur. 5‑ci sinifdən qərara gəldim ki,
böyüyəndə həkim olum. Mən həkimliyi çox müqəddəs və eyni zamanda məsuliyyətli bir peşə hesab
edirəm. Yardıma möhtac olan insanlara kömək etmək, onların sağlamlığının keşiyində durmaq böyük
məsuliyyətdir. Xəstəyə qoyulan səhv diaqnoz, təyin edilən yalnış müalicə kursu onun həyatını
itirməsi ilə nəticələnə bilər. Ona görə də həkim olmağı qarşısına məqsəd qoyan hər bir gənc ilk öncə
seçdiyi ixtisasın məsuliyyətini dərk etməlidir. Sözün əsl mənasında peşəkar bir həkim kimi yetişmək
üçün yorulmadan oxumalı və tibb elminin bütün incəliklərinə yiyələnməlidir. Yüksək ixtisaslı həkim
kimi formalaşmalıdır ki, öz vəzifə borcunu layiqincə yerinə yetirə bisin. Mən yüksək səviyyədə ali
təhsil almağı, Vətənimə yararlı bir mütəxəssis kimi yetişməyi qarşıma məqsəd qoymuşam”.
“Valideynlərim seçimimi müsbət qarşılayıb məni dəstəklədilər”
A.Əsgərli bildirir ki, ixtisas seçimimə valideynlərim tərəfindən heç bir müdaxilə olmayıb:
“Valideynlərim seçimimi müsbət qarşılayıb məni dəstəklədilər. Onların ən böyük arzusu məni
yüksək təhsilli, peşəkar bir həkim görməkdir. Hesab edirəm ki, valideynlərin ixtisas seçimi zamanı
övladlarına müdaxiləsi düzgün deyil. Belə müdaxilə uşağın ürəyincə olmayan, istəmədiyi ixtisası
seçməsinə gətirib çıxarar. Qeyd edim ki, yüksək nəticə əldə etməyimdə də valideynlərimin rolu
böyük olub. Onlar hər zaman mənə dəstək olur və imtahana yüksək səviyyədə hazırlaşmağım üçün
şərait yaradırdılar. Bu dəstək sayəsində arzumu reallaşdıra bildim”.   
“İmtahan sualları bütünlüklə dərslik materiallarına əsaslanırdı” 
A.Əsgərli söyləyir ki, arzusunda olduğu “Müalicə işi” ixtisasına daxil olmaq üçün iki il çox ciddi
şəkildə hazırlaşıb: “Liseydə oxuyan zaman bütün fənlər üzrə qiymətlərim 4‑5 olub. Mən hər zaman
məktəbdə tədris olunan fənləri səylə oxuyur, dərslərdə fəal iştirak edirdim. Fikrimcə, hər bir şagird
dərslərə ciddi fikir verməli və yaxşı oxumalıdır. Çünki imtahan sualları bütünlüklə dərslik
materiallarına əsaslanır. Məktəbdə yaxşı oxuyan şagird üçün qəbul imtahanına hazırlaşmaq çətin
olmur. Mən 10‑cu sinifdən etibarən qəbul imtahanına daha ciddi və sistemli şəkildə hazırlaşmağa
başladım. Repetitor xidmətindən də istifadə edirdim. Müəllimlər tərəfindən verilən tapşırıqları vaxtlı
‑ vaxtında həll edir və bütün materialları öyrənirdim. Hazırlıq zamanı Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən çap olunan vəsaitlərdən də istifadə edirdim. İmtahana yüksək səviyyədə
hazırlaşdığım üçün 700 bal toplayacağımı gözləyirdim. Düzdür, imatahan başlayanda bir qədər
həyəcanlı idim. Ancaq suallarla tanış olan kimi həyəcanım keçdi. Çünki suallar mənə çətin
görünmədi. Ancaq bir sualı cavablandırmadığımdan 696 bal topladım”. 
“Sınaq imtahanları abituriyentlərə çox şey qazandırır”
A.Əsgərli 10‑cu sinifdən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunan
bütün sınaqlarda iştirak etdiyini bildirir: “Sınaq imtahanlarında iştirakım mənə çox şey qazandırdı.
Bu imtahanlarda müəyyən qədər təcrübə topladığım üçün qəbul imtahanı zamanı həyəcan,
gərginlik, psixoloji sıxıntı keçirmədim. İlk sınaqlarda 600‑ə yaxın nəticə göstərirdim. Sonra tədricən
nəticələrim yüksəldi və 700‑ə yaxın bal toplamağa başladım. Mən TQDK‑nın keçirdiyi sınaq
imtahanları vasitəsilə bilik səviyyəmi yoxlamaq imkanı qazandım. Qəbula həm psixoloji, həm də
texnoloji cəhətdən hazırlıq keçdim”. 
“Qəbul imtahanı yüksək səviyyədə təşkil olunmuşdu”
A.Əsgərdi ali məktəblərə qəbul imtahanlarının keçirilmə səviyyəsindən razı qaldığını vurğulayır:
“Hər bir abituriyent imtahan zamanı bilik səviyyəsinə uyğun nəticə əldə etdi. İmtahan yüksək
səviyyədə təşkil olunmuşdu. Abituriyentlərə öz biliklərini nümayiş etdirmək üçün hər cür şərait
yaradılmışdı. Ümumiyyətlə, gənclərimiz arasında qəbul imtahanlarında biliyin obyektiv


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə