N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   2   3   4   5   6   7   8   9   ...   42

7
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
bu tip tapşırıqları daha yaxşı və asan qavrayıb həll edə biləcəklər. Mən sizin narahatçılığınızı başa
düşürəm. Neçə illərdir ki, sız imtahanlara qapalı test tapşırığı formalarından istifadə edərək  hazır‑
laşmısınız. Məlumdur ki, bu forma üzrə  bir suala 5 cavab variantı verilir və onlardan yalnız biri düz
cavab olur. Bəzən abituriyentlər təsadüfi seçim edir, bilmədikləri sualın cavabını kor‑koranə qara‑
layırlar. Bu təsadüflərin qarşısını almaq üçün belə bir prinsip müəyyən edilib ki, 4 səhv cavab 1 düz
cavabı silir. Amma açıq tipli tapşırıqlarda abituriyent cavabları fikirləşməlidir. Ona heç bir yardım
yoxdur və yalnız biliyi köməyinə gələ bilər. Bu isə abituriyentdə təfəkkürün fəallaşmasını, onun daha
dərindən düşünməsini, cavabı əsaslandırmasını tələb edir. Biz də onu istəyirik ki, şagirdlərdə mən‑
tiqi təfəkkür daha yüksək dərəcədə inkişaf etsin. Ona görə də açıq tipli testlər digər fənlərdə də tət‑
biq ediləcək. Təbii ki, addımlar yavaş‑yavaş atılacaq. Bu il keçirilən imtahanlarda açıq tipli suallara
cavab verən abituriyentlər  heç nə itirmədilər, əksinə, qazandılar. Çünki onların yazdıqları cavablar
səhv olduğu halda belə, düz cavablara təsir etmədi. Biz imkan verdik ki, abituriyentlər öz məntiqi
düşüncələrinə necə güvəndiklərini göstərə bilsinlər.
Türkan Məmmədli  (IV qrup, 682 bal,  Azərbaycan Tibb Universitetinin
“Müalicə işi” ixtisasının tələbəsi)  
– TQDK‑nın təklif etdiyi internet xidmətləri barədə rəy bildirmək istəyirəm.
Bu xidmətlər bizim işlərimizi çox asanlaşdırdı. Vaxt itkisinin  qarşısını aldı, daha
operativ, rahat şəkildə  ərizələrimizi təqdim edə bildik. Nəticələrimizi də internet
vasitəsi ilə öyrənə bildik. Bütün bunlara görə TQDK‑ya minnətdarlığımızı
bildiririk. Amma sınaq imtahanlarına internetlə qeydiyyat zamanı biz müəyyən
problemlərlə qarşılaşırdıq. TQDK‑nın  saytında həddən artıq yüklənmələr olur‑
du. Saatlarla qeydiyyatdan keçmək mümkün olmurdu. Xahiş edərdik ki, növbəti
illərdə  bu məqam nəzərə alınsın.
TQDK sərdi M.Abbaszadə: Siz bu il keçirilən sınaq və qəbul imtahanlarında bizimlə ünsiyyə‑
tinizi internet vasitəsi ilə qurdunuz. Təbii ki 5‑6 il öncə belə deyildi. Sınaq imtahanlarına internet
vasitəsi ilə yazılış üzrə göstəricilər ilk illər çox aşağı səviyyədə idi: təxminən 10 faiz. Artıq son illər
biz sınaq imtahanlarına yazılışı yalnız internet vasitəsi ilə keçiririk. Düşünürük ki, bu, abituriyentlər
üçün  rahat bir üsuldur. Sınaq imtahanları zamanı saytların yüklənməsi  faktından  xəbərdarıq. Lakin
bu, tək bizlik deyil. Ölkədə müxtəlif internet provayderləri var. Hazırda biz onlardan ikisi ilə
işləyirik. Amma bizim istifadəçilərimiz  müxtəlif provayderlər vasitəsi ilə bizə qoşulurlar. Bu zaman
provayderlər arasında  informasiya mübadiləsi sürəti müxtəlif olur. Ona görə də provayder
sürətlərinin müxtəlif olması üzündən, yəni bizdən asılı olmadan yüklənmələr yaranır. Amma biz
artıq bu problemin həlli üzərində düşünmüşük.  Biz sınaq imtahanlarının saytını ayrı bir portalda və
ayrı bir serverdə yerləşdirəcəyik. Qarşıdakı il ərzində bu məsələni həll edəcəyik ki, növbəti sınaqlar‑
da yüklənmə  problemi yaşanmasın.
Tədbirin sonunda Prezident təqaüdünə layiq görülmüş gənclərə TQDK‑nın xatirə hədiyyəsi kimi
Azərbaycan Mili Ensiklopediyasının xüsusi cildi təqdim edildi. TQDK sədri bu kitabın hər bir azər‑
baycanlının evində ən dəyərli bir sərvətə çevrilməli olduğunu vurğulayaraq gəncləri bir daha təbrik
etdi  və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.  
Hazırladılar: “Abituriyent”in 
analitik‑informasiya qrupunun üzvləri
Tünzalə Cəfərova
Leyli Ağayeva
Rabil Novruzov


8
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Ləman Məmmədova: 
“TQDK‑nın vəsaitlərində məlumatların sistemliliyi,
lakonikliyi, dolğunluğu qəbula hazırlaşanlar üçün
əvəzedilməz mənbədir”
Qəbul imtahanlarının rekordçularından biri də bütün suallara düzgün cavab verərək
700 bal toplayan Ləman Məmmədovadır. O, “Qafqaz” Universitetinin “İnformasiya
texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olub. Ləman Bakının
Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin məzunudur. Birinci sinifdən on
birinci sinfə kimi əla qiymətlərlə oxuyub. Buraxılış imtahanlarını da yüksək qiymətlərlə
verib. Respublika üzrə keçirilən müxtəlif olimpiada və müsabiqələrdə iştirak edərək ilk
yerləri qazanıb. XI sinifdə oxuyarkən məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən
olimpiadada Bakı şəhəri üzrə I yeri tutub. Bundan əlavə Ləman inşa müsabiqələrində də
iştirak edərək yüksək uğur qazanıb. Kitab oxumağı çox sevir. Boş vaxtlarında
üzgüçülüklə məşğul olur, fortepiano çalır, rəsm çəkir. Atası mühəndis, anası isə
riyaziyyat müəllimidir. 
L.Məmmədova deyir ki, özünə və bilik səviyyəsinə güvəndiyi üçün 700 bal toplayacağına əmin
olub: “Qarşıma yüksək bal toplamağı məqsəd qoyub qəbul imtahanına yüksək səviyyədə
hazırlaşmışdım. Valideynlərim, müəllimlərim, yoldaşlarım mənim yüksək uğur qazanacağıma
inanırdılar. İmtahan öncəsi bir az həyəcanlı idim, çünki imtahan idi, hər şey ola bilərdi. Sualları bir
saata cavablandırdım. Yazdıqlarımı ikinci dəfə yoxladım ki, nəticəm yüksək olsun. İmtahan
bitməmişdən əvvəl çıxmaq xoşuma gəlmir deyə, onun qurtarmasını gözlədim. İmtahandan
çıxandan sonra müəllimlərim suallara cavablarımı yoxladılar. Məlum oldu ki, bütün suallara
düzgün cavab yazmışam. Anam deyir ki, imtahandan çıxanda üzündəki ifadədən bildim ki, hər
şey yaxşıdır. Ona ilk sözüm isə “imtahan sınaqdan da asan idi,” –  oldu. İki gündən sonra nəticələr
çıxdı, məlumat gözlədiyimiz kimi oldu, çox sevindik. Ali məktəblərə hazırlaşan hər bir şagirdin bir
məqsədi olur: uğur əldə etmək. Ancaq imtahanda uğur qazanmağın ciddi hazırlıqdan asılı
olduğunu bildikləri halda belə heç də şagirdlərin hamısı ona yetərincə hazırlaşmır. Çünki
hazırlığa, öyrənməyə onlar əzab‑əziyyətli, məcburi bir iş kimi yanaşırlar. Halbuki öyrənmək, bilik
əldə etmək şagird üçün bir vərdişə, tələbata çevrilmələdir. Ali məktəblərə qəbul imtahanları bizlər
üçün gələcəyə açılan bir qapıdırsa, o qapıya gedən yol imtahana ciddi hazırlıqdan keçir”.
“Uğur əldə etmək üçün aşağı siniflərdən yaxşı çalışmaq lazımdır” 
L.Məmmədova qəbul imtahanında yüksək bal toplamaq üçün aşağı siniflərdən yaxşı çalışmaq
ƏN ЙЦКСЯК НЯТИЪЯ ЭЮСТЯРMİŞ ЭЯНЪЛЯРЛЯ
МЦСАЩИБЯЛЯР
Bu gün Azərbaycan gəncləri biliklərə çox meyillidirlər. 
Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar… 
Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. 
Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılı olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Тялябя Гябулу цзря Дювлят Комиссийасы яввялки иллярдя олдуьу кими, бу ил дя али мяктябляря
йцксяк балла гябул олан эянълярин иътимаиййятя таныдылмасы, тяърцбяляринин юйрянилмяси вя
йайылмасы мягсядиля бир сыра тядбирляр щяйата кечириб. “Абитурийент” журналынын бу сайы
бцтцнлцкля онлара щяср едилиб. Ашаьыда ТГДК-нын анкет-сорьусунdа iştirak edən, юзц щаггында
информасийа вя фото шяклини тягдим едян щяр бир эянъин топладыьы бал, гябул олдуьу ихтисас,
битирдийи орта мяктяб щаггында мялуматлар дяръ олунур. Анъаг яввялъя щяр ихтисас групунда
рекорд нятиъя – ян йцксяк бал топлайан эянълярля апарылмыш мцсащибяляри тягдим едирик.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə