15
əsrlərdə o türk dillərinin dialektləri əsasında baş vermişdir
ki, həmin dillərdə danışanlar artıq Azərbaycanın və
Zaqafqaziyanın ərazisini bütövlükdə mənimsəmişdilər.
Odur ki, Azərbaycan dilinin bir sıra fonetik xüsusiyyətləri,
digər türk dillərindən fərqli olaraq, eramızın III-VII
əsrlərində müəyyənləşmişdir. İlk orta əsrlərdə Azərbaycan
ərazisində qohum türk dilləri arasında qarşılıqlı təsir baş
vermiş və oğuz əsaslı qədim Azərbaycan dili
formalaşmışdır… belə bir nəticə çıxarmaq olar ki,
Azərbaycan dilinin yaranması eramızın VII-VIII əsrlərinə
aiddir”
1
.
Azərbaycanda qədim etnolinqvistik proseslərdən və
türk mənşəli Azərbaycan dilinin təşəkkülündən bəhs edən
tədqiqatçıların (o cümlədən də prof. Y.Yusifovun)
məsələyə baxışında, metodoloji olaraq, iki tərəf (mərhələ)
diqqəti cəlb edir: bunlardan birincisi Azərbaycan ərazisində
türk etnosunun tarixi mövqeyi, ikincisi isə Azərbaycan
xalqının və ümumxalq Azərbaycan dilinin meydana
gəlməsi prosesi ilə əlaqədardır. Əslində, məsələnin bu cür
“üzvlənməsi” daha çox onun tarixinin mürəkkəbliyindən
irəli gəlir… Uzun zaman belə təsəvvür olmuşdur ki, türk
etnosu Azərbaycan ərazisində ancaq IX-XI əsrlərdən sonra
üstünlük qazanmış XI-XII əsrlərdə türk mənşəli ümumxalq
Azərbaycan dili formalaşmışdır
2
. Lakin sonrakı tədqiqatlar
(əslində, qismən əvvəlki tədqiqatlar da) göstərdi ki, türklər
ən qədim zamanlardan bu ərazidə mövcud olmuşlar.
Azərbaycanda türk etnosunun tarixi mövqeyini
müəyyənləşdirən məsələlər içərisində, görünür, birincisi və
ən mübahisəlisi şumer-türk etnolinqvistik əlaqələri
məsələsidir. Tədqiqatçılar belə güman edirlər ki, şumer
1
Yenə orada, səh.337.
2
Azərbaycan tarixi, I c, Bakı, 1961, səh. 186-187.
16
mədəniyyətinin təşəkkülündə türk etnosu ya bilavasitə, ya
da dolayısı ilə iştirak etmişdir
1
.
Şumer dili ilə türk mənşəli Azərbaycan dili arasında
ünsiyyətdən danışmaq mümkündür; “türk dilləri ilə qədim
Ön Asiyanın yazılı mənbələri, o cümlədən də şumer dili
arasında mövcud olan çoxsaylı müştərəkliklər əyani surətdə
göstərir ki, türktipli dil sisteminin və onun Zaqafqaziya
ərazisində təcəssüm etdirən Azərbaycan dilinin qədim
layları mövcud baxışların qəbul etdiyi kimi, eramızın ilk
əsrlərinə deyil, daha qabaqlara – ən azı üç-dörd min il
bundan əvvəllərə aiddir”
2
. Azərbaycan dilinin materiallarını
ilk dəfə şumer dili materialı ilə sistemli şəkildə müqayisə
edən prof. T.Hacıyev və yuxarıdakı mülahizənin müəllifi
A.Məmmədov bir sıra misallar vermişlər ki, onların
müəyyən qismini nəzərdən keçirək (əvvəl şumer dilinə
məxsus söz, sonra mötərizədə tərcüməsi, daha sonra onun
azərbaycanca ekvivalenti – bərabəri verilir): uzun (uzun) –
uzun, uzaq; ud (günəş, od, gün) – od; dinqir (allah, göy) –
tanrı; tu (doğmaq) – doğ; tir (həyat) – diri, dirilik; sipa
(çoban) – çoban; uş (üç) – üç; en (ali, yüksək) – ən (ədat)
və s.
3
; ub (sahə, məntəqə, yaşayış yeri) – oba; izi (od, atəş)
– isti; kaş (qaçmaq) – qaç; e(ev) – ev; u-ma (arzu, istək) –
ummaq; duru (təmiz, qatışıqsız) – duru; pağ (demək,
oxumaq, danışmaq) – bağırmaq; haş (sürünmək, silmək,
ovmaq, dağıtmaq, sındırmaq) – qaşımaq; qal (yerləşmək,
peyda olmaq, mövcud olmaq) – qal (maq); de (danışmaq,
çağırmaq, müraciət etmək) – de (mək); te, tek (dəymək,
toxunmaq, yaxınlaşmaq) – dəy (mək); be (cənab, hökmdar,
1
Bax: Azərbaycan filologiyası məsələləri. Bakı, 1989, səh.56.
2
A.Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar. –
Azərbaycan filologiyası məsələləri, Bakı. 1989, səh. 5.
3
T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh. 22-23.
17
hakim) – bəy; ka (qapı) – qapı; qum (qum, çınqıl,
xırdalamaq, əzmək) – qum; pu (bulaq, çeşmə) – bulaq və
s.
1
. “Hər halda bütün bu faktlar ən azı onu təsdiq edir ki,
şumer dövründə və onun mədəni, iqtisadi əlaqə saxlamaq
imkanı verən yaxın qonşuluğunda (Midiya torpağı
şumerlərin birbaşa sərhədidir) türkdilli etnoslar
yaşamışlar”
2
.
Bir sıra tədqiqatçılar türk leksikası ilə şumer (və
ümumiyyətlə qədim – Ön Asiya dilləri) leksikasının
müqayisəsini tamamilə, yaxud bu və ya digər dərəcədə
“mənasız iş” sayırlar. Əlbəttə, bu cür düşünmək qeyri-
elmidir və görkəmli türkoloq K.Musayevin qeyd etdiyi
kimi, türk dillərinin qədim vəziyyəti barədə türklərin və
onların qədim qonşularının dillərindəki ümumi qlossaların
müqayisəli tədqiqi çox maraqlı məlumat verə bilər. Həmin
qlossaların tədqiqi axtarış xüsusiyyəti daşıyır, hər halda,
hətta mənfi nəticə belə nailiyyətdir. Dünya xalqlarının ən
qədim yazılı abidələrinin leksikasında türk elementlərinin
müəyyənləşdirilməsi problemi də bu baxımdan diqqəti cəlb
edir
3
.
Prof. Y.Yusifov həmin məsələ ilə bağlı olaraq
tamamilə aydın metodoloji mövqedən çıxış edərək göstərir
ki, Hind-Avropa və türk, geniş mənada Altay sistemli
dillərin birgə yayıldıqları ərazilərə Ön Asiya, Qafqaz və
Orta Asiya da daxildir – ehtimal ki, çox qədim zamanlardan
həmin etnik birləşmələrin (lokal və geniş) yerdəyişmələri
baş verir
4
. Eyni zamanda müəllif qeyd edir ki, ən qədim
dövrdə prototürklərin Ön Asiyanın Hind-Avropa və başqa
1
A.Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar, səh. 5-6.
2
T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh.24.
3
К
.
М
.
Мусаев
.
Лексикология
тюркских
языков
.
М
., 1984,
стр
. 10-11.
4
Ю
.
Б
.
Юсифов
.
Об
актуальных
проблемах
этнической
истории
Азербайджана
,
ст
. 17.
Dostları ilə paylaş: |