N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə57/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   50   51   52   53   54   55   56   57   58

R E S E N Z İ Y A L A R 
 
 
135 
Azərbaycan dilinin Naxçıvan qrupu şivə-
lərinə  həsr  olunmuş  bu  atlasın  quruluşu  belə-
dir:  material toplanmış  yaşayış  məntəqələrinin 
siyahısı  və  xəritələrdəki  kodu,  proqramda  və 
xəritələrdə istifadə olunmuş şərti işarələr, atla-
sın  tərtibi  üçün  toplanan  materialların  proqra-
mı,  dialektoloji  xəritələr  (250  xəritə),  yaşayış 
məntəqələri üzrə informatorların siyahısı, atlas 
qrupu üzvlərinin fəaliyyətinə və informatorlara 
aid şəkillər, informatorların səsi yazılmış kom-
pakt  disk.  Bunlardan  başqa,  dialektoloji  atlas-
da Naxçıvan Muxtar Respublikasının təbiətinə, 
tarixi  abidələrinə,  etnoqrafiyasına  aid  çoxlu 
şəkillər də yer almışdır. 
Dil  faktlarının  xəritələrdə  verilməsində 
müxtəlif  rəngli  dairəciklərdən  istifadə  olun-
muşdur.  Xəritələrdə,  bir  qayda  olaraq,  ədəbi 
dillə  uyğun  gələn  formalar  qara  rəngli  dairə-
ciklərlə işarələnmişdir. Dialekt fərqləri isə qır-
mızı,  göy,  yaşıl,  sarı,  bənövşəyi,  qəhvəyi  dai-
rəciklərlə göstərilmişdir. Dialektoloji material-
lar  toplanmış  yaşayış  məntəqələrinin  sayı  ra-
yonlar üzrə aşağıdakı kimidir: Sədərək rayonu 
üzrə – 4, Şərur rayonu üzrə – 37, Kəngərli ra-
yonu üzrə – 9, Şahbuz rayonu üzrə – 20, Culfa 
rayonu üzrə – 23, Ordubad rayonu üzrə – 32. 
Dialektoloji  atlasda  Naxçıvan  qrupu  şi-
vələrinin  bütün  xüsusiyyətləri deyil,  bir  şivəni 
digərindən  fərqləndirən,  izoqlos  təşkil  edən, 
dilimizin tarixi  üçün  əhəmiyyətli olan  fonetik, 
qrammatik  və  leksik  xüsusiyyətlər  öz  əksini 
tapmışdır. Atlasda 64 xəritə fonetikaya, 111 xə-
ritə morfologiyaya, 19  xəritə sintaksisə, 56  xə-
ritə  leksikaya  aiddir.  Tərtibçilər  250  xəritənin 
hər birinə qısa şəkildə olsa da şərhlər yazmışdır. 
Dialektoloji  atlasda  dilin  inkişafının 
müxtəlif dövrlərinə aid olan dil hadisələri (izo-
qloslar)  əks  olunur.  Xəritələr  müasir  şivələrin 
qədim  tayfa  dilləri  ilə  əlaqəsini,  ayrı-ayrı  dil 
hadisələrinin  etnik  mənsubiyyətini  müəyyən-
ləşdirməyə,  bu  və  ya  digər  əlamətin  müəyyən 
bir  ərazidə  əmələ  gəlməsinin  səbəbini  aydın-
laşdırmağa,  yeni  elmi  nəticələr  çıxarmağa  kö-
mək edir. Məsələn, 55-ci xəritədə sözün ilk və 
ya  son  hecasında  ov  elementinin  dəyişmə 
variantları göstərilmişdir (ov, of, o:, av, af, oğ, 
oy,  au).  Buradakı  av  səs  birləşməsi  (davşan, 
avçı, yavşan) XI əsrdə M.Kaşğarinin oğuzların 
dilinə  aid etdiyi  av ‘ov’  forması  ilə  uyğun gə-
lir.  Deməli,  müasir  Azərbaycan  ədəbi  dilində 
dovşan, ovçu, yovşan fonetik tərkibində işlənən 
sözlərin  Naxçıvan  qrupu  şivələrində  av  səs 
birləşməsi  ilə  işlənməsi  (davşan,  avçı,  yavşan
sözün  qədim  fonetik  şəklinin  saxlanması  və 
eyni  zamanda  qədim  oğuzların  dil  xüsusiyyəti 
kimi qəbul edilməlidir. Yenə 55-ci xəritəyə əsa-
sən demək olar ki, sözlərin av səs birləşməsi ilə 
işlənməsi  Naxçıvan  Muxtar  Respublikasının 
bütün rayonlarında yayılsa da, bu izoqlosun sıx-
laşması,  xəritədə  izoqlos  topaları  əmələ  gətir-
məsi  əsas  etibarilə  Şahbuz,  Culfa,  Babək  və 
Kəngərli  rayonlarının,  qismən  isə  Şərur  rayo-
nunun yaşayış məntəqələrində nəzərə çarpır.  
68-ci  xəritədə  ismin  təsirlik  halında 
saitlə bitən sözlərin -nı, -ni, -nu, -nü və -yı, -yi, 
-yu,  -yü  şəkilçilərini  qəbul  etməsinin  arealı 
göstərilir. Türkoloji ədəbiyyatda yayılmış fikrə 
görə,  ismin  təsirlik  halında  saitlə  bitən 
sözlərdə  -nı  variantının  işlənməsi  daha  çox 
qıpçaq  dilləri  üçün,  -yı  variantının  işlənməsi 
isə oğuz dilləri üçün  səciyyəvidir.  68-ci  xəritə 
göstərir  ki,  Azərbaycan  dilinin  Naxçıvan 
qrupu  şivələrinin  əksəriyyətində  ədəbi  dildə 
olduğu  kimi  dördvariantlı  -nı  şəkilçisi  işlənir. 
Türk dillərinin oğuz qrupu üçün səciyyəvi olan 
-yı,  -yi,  -yu,  -yü  şəkilçisi  isə  Naxçıvan  regi-
onunun  bəzi  yaşayış  məntəqələrində  işlənir 
(qalayı,  kərkiyi,  quzuyu,  körpüyü).  İsmin 
təsirlik  halında  saitlə  bitən  sözlərin  -yı  şəkil-
çisini  qəbul  etməsi  Naxçıvan  Muxtar  Respub-
likasının  yaşayış  məntəqələri  üzrə  aşağıdakı 
kimidir:  Şahbulaq,  Düdəngə,  Zeyvə,  Axura, 
Aşağı  Daşarx,  Tənənəm  (Şərur  r-nu),  Hey-
dərabad,  Sədərək,  Qaraağac  (Sədərək  r-nu), 
Gömür,  Keçili  (Şahbuz  r-nu),  Şıxmahmud 
(Babək r-nu), Culfa ş., Düylün (Ordubad r-nu). 
Fonetikaya aid xəritələrdə Naxçıvan qru-
pu  şivələrində  saitlərin  və  samitlərin  işlənmə 


R E S E N Z İ Y A L A R 
 
 
136 
xüsusiyyətləri əsas yer tutur. Bir neçə xəritədə 
isə  samitlərin  artımı,  samitlərin  düşümü  hadi-
sələri,  geri  assimilyasiyanın  arealı,  saitlər 
ahənginin təzahür  xüsusiyyətləri,  metateza  ha-
disəsi və s. öz əksini tapmışdır. 
Azərbaycan  dilinin  dialekt  üzvlənməsinin 
müəyyən  edilməsində  sözün  birinci  hecasında  
samiti  qarşısında  a  saitinin  sabit  qalmasının  və 
ya  dəyişməsinin  xüsusi  rolu  var.  Bu  cəhətdən 
atlasın  2-ci  xəritəsi  diqqəti  cəlb  edir.  Xəritəyə 
görə,  Naxçıvan  qrupu  şivələrində  sözün  birinci 
hecasında  y  samiti  qarşısında  a  saitinin,  ədəbi 
dildə və qərb ləhcəsinin şivələrində olduğu kimi 
həm  öz  sabitliyini  saxlaması  (qayçı,  qayış, 
qaymax),  həm  də  cənub  şivələrində,  xüsusilə 
Təbriz  dialektində  olduğu  kimi  a  >  ə  (qəyçi, 
qəyiş, qəymax), a > e (qeyçi, qeyiş, qeymax) də-
yişikliyinə uğraması halları var. a saitinin göstə-
rilən mövqedə öz sabitliyini saxlaması Naxçıvan 
Muxtar  Respublikasının  daha  geniş  ərazisinin 
şivələrini  əhatə  edir.  Bu  xüsusiyyət  Şərur,  Kən-
gərli və Babək rayonlarının şivələrində xüsusilə 
güclüdür.  a  >  ə  dəyişməsi  əsas  etibarilə  Ordu-
bad,  Culfa,  Naxçıvan  şəhər  zonası  və  Şahbuz 
şivələrində  yayılmışdır. Sözün birinci  hecasında 
y  samiti  qarşısında  a  >  e  hadisəsi  isə  Ordubad 
şivələrində müşahidə edilir. 
37-ci  xəritə  Naxçıvan  qrupu  şivələrində 
dilönü dodaqlanan ö saitindən sonra dodaq-diş 
v  samitinin  geniş  yayıldığını  göstərir  (gövər-
çin,  sövüd,  gövərti).  Bu  xüsusiyyət  həmin  şi-
vələrin  həm  Cənubi  Azərbaycan  şivələri  ilə 
uyğunluğunu  göstərir  (Təbriz  şivələrində:  gö-
vərçin, gövərmax), həm də digər oğuz dilləri ilə 
ortaq xüsusiyyətlərini aşkar etməyə imkan verir 
(müqayisə  et: türk  dilində  güvercin  ‘göyərçin’; 
qaqauz  dilində  qüvercin  ‘göyərçin’;  türkmən 
dilində sövüt ‘söyüd’, düvün ‘düyün’).  
Naxçıvan qrupu şivələrində bəzi səslərin 
ön tələffüzə meyilli olması, bəzi saf samitlərin 
müqabilində affrikat samitlərin (c, ç, ц, dz) iş-
lənməsi kimi fonetik xüsusiyyətlər dialektoloji 
xəritələrdə  dəqiq  şəkildə  verilmişdir.  Atlasın 
giriş  hissəsində  akad.  T.Hacıyev  doğru  olaraq 
qeyd  edir  ki,  «Azərbaycanın  heç  bir  dialekt-
şivə zonasında həm kəmiyyətcə, həm də tipik-
liyinə  görə  Naxçıvan  qrupundakı  səs  keçidləri 
yoxdur.  Bu  fonetik  mənzərə  atlasda  diqqətlə 
əks olunmuşdur» (s.9).  
Dialektoloji atlas Naxçıvan qrupu şivələ-
rində  Azərbaycan  dilinin  qərb  ləhcəsi  şivələri 
üçün  səciyyəvi  olan  xüsusiyyətlərin  mövcud-
luğunu da əyani şəkildə göstərir. Söz ortasında 
saitlərarası mövqedə kipləşən b samitinin nov-
lu  v  samitinə  keçidi  32-ci  xəritədə  öz  əksini 
tapmışdır.  Regionun  əksər  şivələrində  söz  or-
tasında saitlərarası  mövqedə b samiti öz sabit-
liyini  saxlasa  da,  b  >  v  dəyişməsi  də  nəzərə 
çarpacaq dərəcədə yayılmışdır. Velyar ŋ sami-
tinin  bəzi  şivələrdə  saxlanması  (22-ci  xəritə), 
saitlə  bitən  isimlərin  təsirlik  halında  -yı  şəkil-
çisinin  işlənməsi  (68-ci  xəritə)  və  s.  bu  qəbil-
dən olan xüsusiyyətlərdir.  
«Azərbaycan  dilinin  Naxçıvan  dialekto-
loji atlası»nda leksikaya aid xəritələr dilimizin 
lüğət tərkibinin zənginliyi, onun tarixi inkişafı, 
başqa  dillərlə  qədim  əlaqələri,  leksik  vahidlə-
rin  yaranma  yolları  haqqında  mövcud  təsəv-
vürləri  daha  da  genişləndirir.  Naxçıvan  qrupu 
şivələrində ‘əmiarvadı’ mənasında əmmə, çiçə, 
həmşirə,  əmcanı,  əmdostu,  ağbacı  sözlərinin 
(6  söz),  ‘əl  dəyirmanı’  mənasında  dəsdər, kir-
kirə,  əldaşı  sözlərinin,  ‘ağacdan  meyvə  çırp-
maq  üçün  istifadə  olunan  əşya’  mənasında  to-
lamaz,  tolamazdı,  tolazma,  tolazdırma,  tolazı, 
zopa,  zola,  çırpanax  sözlərinin  (8  söz),  ‘mal-
darlıqla  məşğul  olub  yayda  yaylağa,  payızda 
qışlağa  köçən  əhali’  mənasında  yarımköçəri, 
elat, yaylaxçı, tərəkəmə sözlərinin (hamısı türk 
mənşəlidir),  ‘təndirə  çörək  yapmaq  üçün  isti-
fadə olunan əşya’ mənasında etnoqrafik səciy-
yəli əppəx'yapan, rəfətə, irəfətə, rifdənə, ifidə-
  sözlərinin  işlənməsi dialektoloji  xəritələrdə 
öz əksini tapmışdır. Maraqlıdır ki, Kəngərli ra-
yonunun  9  yaşayış  məntəqəsindən  səkkizində 
elat  sözü,  yalnız  birində tərəkəmə  sözü,  Sədə-
rək  rayonunun  4  yaşayış  məntəqəsinin  hamı-
sında tərəkəmə sözü işlənir (210-cu xəritə). 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə