N. A. Nekrasov rus qadinlari



Yüklə 263,73 Kb.
səhifə3/3
tarix30.12.2017
ölçüsü263,73 Kb.
#18837
1   2   3

Biz yoldaş olmuşuq bu qədər yolu.
Ağladım. Ayrıla bilmirdim ondan,
Təsəllim fikirlər, fikirlər olur!

İndi arabaya mindim mən, əvvəl
Deyəsən çox sıxdı, çox silkələdi.
Sonra araba da döndü bir evə,
Bu yolda nə qədər aclıq da çəkdim,
Buranın yeməyi şaxta-qar olur.
Mənə bircə adam deməmişdi ki,
Həmən bu yerlərdə buryatlar olur.
Gündə qurudurlar malın ətini,
Bərk çaydır onların içki nəşəsi.
Sala nə gündədir. Yox, bu ləzzəti
Qoy allah sizlərə qismət etməsin!
Onu da deyim ki, İrkutskda
Məni bir tacirin tutdu diqqəti.
Gəlib Nerçinsk yaxınlığında
Mənim şərəfimə məclis düzəltdi.
Sağ olun! Məclis çox xoşuma gəldi.
Düşbərə dadlıydı, otaq da isti...
Bütün bazar günü yatıb dincəldim
Qonaq otağında divanın üstə...

Bilmirdim qarşıda nədir gözləyən,
Atlar Nerçinsk tərəfə yortur.
Gözümə inanım? Trubetskayadır gələn!
-Mən sənə yetişdim, yetişdim, budur!
-Onlar Blaqodatskda! -Canımda bir hey
Qalmadı sevincdən. Öpdüm onu mən.
On iki verstlikdə mənimlə Sergey...
Katya da mənimlə, xoşbəxtəm deyən!


VI  FƏSİL

Kim uzaq yolların çəkib qəmini,
Yoldaşı göz yaşı, tufan olubdur,
Kim ki, səhralarda öz həmdəmini
Gəzib, təsəllisi güman olubdur-
Bizim dərdimizi o duya bilər.
-Daha mən yoruldum, yoruldum, Maşa!
-Ağlama, Katyacan, bu ülfət ilə
Son arzu, son ümid toxunmaz daşa!
Bir yola çıxardıb baxtımız bizi,
Tale ikimizi bir aldadıbdır.
Sənin xoşbəxtlığın batan dənizə
Mənim xoşbaxtlığım çoxdan batıbdır.
Bu çətin yollarda verək əl-ələ
Bir zaman baharda gəzdiyimiztək.
Birgə dalğalardan çıxaq sahilə,
Bu andı borandan, qardan keçirək.
Biz nə itirmişik? Düşün bir, bacım!
Boş-boş əyləncələr - çox olsa, olsa!
Xoşbaxtıq, qarşıda yolları açıb,
İşıqlara doğru bir işıq salsaq!
Taparıq alçalmış, dərdli ərləri,
Onların da ümid çırağı yanar.
Titrər bu gəlişdən cəllad əlləri,
Bir vüqar dikəlib məğrur dayanar.
Zindan işıqlanar nəfəsimizdən,
Qan alıb döyünər xəstə ürəklər.
Məhəbbət-köks adlı qəfəsimizdən
Çıxıb, məhbəs adlı qəfəsi sökər.
Əgər özümüzü fəda eləsək
Onların yolunda, allah yolunda,
Bütün uçurumları keçirik demək
Bu çətin, bu ağır, bu haqq yolunda...

Özüylə vuruşdan doydu təbiət,
Hava aydınlaşdı: şaxtalı, durğun...
Biz də Nerçinskə çatanda fəqət
Qar yenə başladı, yol yenə tutqun...
Rus yamçı söz açdı sürgünçülərdən,
(Onların adını bilirdi hətta.)
Elə bu araba, elə bu atlar...
Rahat gəlmişdilər yolları deyən,
Deyib gülmüşdülər çatana qədər...
Yola götürdüyüm yağlı kökədən
Təklif elədim mən, götürmədilər.
Abbası verdilər, almadım mən də.
-Götür, cavan oğlan, olar gəyərin...
Danışa-danışa yetişdik kəndə.
-Hə, xanım, harada dayanaq? Deyin!
-Rəisin yanına, dustaqxanaya.
-Ey, dostlar, bunları incitməyəsiz.

Rəis tutqun idi, görkəmi sərtdi,
Soruşdu: -Buyurun, nə xahişlə siz...
-İrkutskda oxudular təlimat
Nerçinskə göndəririk dedilər.
-İlişib, ilişib xanım, bir qədər.
-Budur, surətini veriblər bizə...
-Nə surət? Surətə inanmaq olar?
-Görürsüz, çar özü verib icazə!-
Fransız dilini bilmir inadkar!
Nə də ki, inanır, inanır bizə.
-Çarın qoludurmu?
        -Nikolay? Görün!
Beyninə batmayır, ona qol nədi!
Ona Nerçinskdən kağızı verin!
Mən dönüb oraya getmək istədim.
Ancaq o dedi ki, özü gedəcək,
Kağız gələcəkdir səhərə yaxın.
-Doğrudanmı yəni?..
        -Kağız yetəcək.
O doğru danışır...Gedin arxayın!
Getdik bir daxmaya gecələməyə,
Səhər nə xəbərlə açılır görək.
Başımız az qalır pərdiyə dəyə,
Nazik divarı da aşıra külək.
Budur evciyimiz, budur, qapısı
Əlin toxunmamış yerindən qopur.
Çox xırda şeylərdir bunlar hamısı,
Bunlara gülməyə vaxtımız yoxdur.
İndi bir yerdəyik! Çox asanca mən
Bütün əzabları yaşaya billəm.
Katya yoxdur! Mən də qalxıb yerimdən
Kəndi seyr edirəm, kəndi gəzirəm.
Daxmalar eləcə: bizimki kimi
Yarğan kənarında- az qalır uça.
Bəs o kərpic bina, o da evdimi?
Qapıda tüfəngli qarovulçular.
-Deyin, buradamı olur dustaqlar?
-Burdaydı, gediblər...yəqin ki, işə...
Göstərir oranı mənə uşaqlar,
Ora qaranəfəs necə getmişəm,
Söyləmək çətindi, demək çətindi.
Sergey bu saatca qarşıma çıxar.
-Onları görürsüz?
          -Görürük, bəli!
Gözəl oxuyurlar,- deyir uşaqlar,-
O qapı...görünür, ora baxın bir...
Sağ olun, biz getdik.- Uşaqlar qaçır,
Qapıda bir soldat gözümə dəyir.
O dümdüz dayanıb, qolunun üstə
Xəncər parıldayır, qamaşır gözüm.
Qızıl təklif etdim: -Nə qədər istə...
Kömək eləmədi qızıl da, düzü.

Yenəmi danışım, açılsın sinəm,
Danışsın, söyləsin sizə nəyi var.
İndi mən qürurla alqış deyirəm,
Nə yaxşı dünyada rus ürəyi var.
Hər yerdə bu ürək sahibləridi!
Sürgündə, qürbətdə, yollarda bu xalq!..
Xalqa bax! Onunla dərdim əridi,
Məni əriməyə qoymadı ancaq.
Az deyil özünün dünya kədəri,
Özgə dərdlərinə o şərik çıxan.
Mənim göz yaşlarım düşən bir yeri
Onun göz yaşları yuyubdu çoxdan.
Rus xalqı! Pənahsan bədbəxtlərə sən!
Yoxsa doğmalaşdıq bu qəmlərlə biz!
Mənə deyirdilər: sizi sürgündən
Qanunlar qurtarmaz! Sən idin, şəksiz,
Yaxşı adamları mənə tuş edən
Uçurum başında durduğum anda...
Tutdu dar ayaqda, tutdu əlimdən
Məni tanıyan da, tanımayan da.
Hər yerdə sevimli Katyamla məni
Gülüş qarşıladı, insan gülüşü.
“Bizə məlakələr gəlib” deyənin
Haqqına min sağ ol, təşəkkür düşür.
Neçə yol ayağı kündəli dustaq
Kartof uzatmışdı mənə xəlvəti:
-Buyurun, ocaqdan indicə çıxıb.-
Hələ damağımda qalır ləzzəti...
Az qalır ürəyim çıxa sinəmdən
İndi də yadıma salanda onu.
İndi hamısına baş əyirəm mən,
Bilirəm çoxunun yox olduğunu.
Sağ olsun! Yaşasın sağ qalanları,
Adi adamlardı hamısı, adi.
Mənim ürəyimdən qəm alanların
Xalq idi ünvanı, xalq idi adı.

Gözətçi yumşaldı yalvarışımdan,
Allaha and verdim, üzümə baxdı.
Fanarı yandırıb, qapını açdı,
Bir dar zirzəmiyə məni buraxdı.
Bir xeyli aşağı düşdüm, sonra da
Yeridim qaranlıq bir dəhlizə mən,
Astaca dalımca gəlirdi o da,
Baxdım divarlara, kif bağlayıb, nəm...
Axan su görünür lap aydın, açıq.
Sular orda-burda gölməçələnir.
Divarlar tərpənir, az qala uçur,
Getdikcə üstümə torpaq ələnir,
Görürəm divarlar çat-çat.
Elə bil uçrumlar daşları yarır
Dəhşətə gəlirəm, dəhşət yerimi?..
Ayağım xəbərsiz məni aparır.
Birdən bir qışqırıq eşitdim: -hara?
Hara? Ölməyəmi tələsirsiniz?
Qadına icazə verilmir ora,
Qayıdın geriyə! Hara belə siz?..
Vay allah! Görünür növbətçidir bu.
Gözətçi yamanca qorxurdu ondan,
Elə qışqırır ki, hətta qəzəbi
Duyulur əsəbi addımlarından.
Nə etmək? Üfürdüm məşəli, söndü:
Yüyürdüm irəli bilər-bilməzə.
Elə bil baxtımdan işıq göründü,
Qurtarır hər işdən, tanrı istəsə.
Nə yaxşı başımı itirmədim mən,
Deyib, əzilmədim, daşa, divara.
Gərək hər düyündən, dardan, çətindən
Adamı taleyi, baxtı çıxara.
Birdən irəlidə göründü işıq,
İşaran ulduzdu orada sanki.
Sinəmdən çevincək qopdu hıçqırıq:
İlk işıq görürdüm dünyada sanki.
Tullayıb şubamı, qaçdım işığa,
Qollarım çırpınan qanad kimiydi.
Bataqlığa batıb, çırpınıb çıxan
Sonra quru görən bir at kimiydim.
Bəli, əzizlərim, işığa çıxdım.
Göründü gözümə hündür təpəlik,
Meydança kimi yer. Oraya baxdım:
Çəkiclər, külünglər, bəs onlar necə,
Məni görürlərmi? Kölgə çoxalır.
İşıqlar güclənir yaxın getdikcə,
Məni görəcəklər - indi az qalır...
Kim isə, hamıdan uzaqda duran
Qışqırdı: -Məlakə, ehey, Məlakə!
Bir baxın, bir baxın! Allah cənnəti
Bizim cəhənnəmə dəyişib bəlkə?
-Çox lazımmış ona,- güldü birisi,
Hamısı meydanın ucuna gəldi.
Gedirdim onlara sarı tələsik,
Baxışlar devikdi, bellər dikəldi...

-Volkonskaya!- Trubetskoy qışqırdı birdən,
(Tanıdım səsindən) Tez mənə sarı
Pilləkən atdılar: tanıyıram mən:
Sergey Trubetskoy, Artamon Murovyov,
Borisovlar, Obolenski- knyaz.
Sevinc daşqınları, tərifli sözlər
Mənim hünərimə...hesaba sığmaz.
Önümdə göz yaşı daşqını, seli...
Bəs hanı Sergeyim? - İndicə gələr,
Ürəyi dözərmi bu şad xəbərə!
Dərsimiz belədir: üçcə pud filiz
Hər gün Rusiyaya bəxş edir hərə.
Görürsüz, zəhmətdən ölməmişik biz!
Yaman şən idilər. Baxdım üzlərə,
Bu şənlik, gümrahlıq arxasındakı
Qəmli hekayələr aydın oxunur.
(Qandallı ayaqlar, qandallı insan!
Mən birinci dəfə görürdüm bunu...)
Dedim Katya gəlib, sağ-salamatdı.
Mən Trubetskoyu sakit elədim:-
Məktublar məndəydi xoşbaxtlığından,-
-Doğma diyardan da salam var, - dedim.
Məktubları vermək istəyən anda
Birdən aşağıdan zabit çağırır:
Kim bura gətirib bu nərdivanı?
Yoxsa nəzarətçi işdən çıxıbdır?
Ay xanım! Sözümə qulaq asın bir,
Düşüb əzilərsiz! Ehey, şeytanlar,
Nirdivanı bəri!.. (heç kəs gətirmir).
Görüm qırılasız! (Dinməyir onlar.)
Xanım, qulaq asın! -Eşitmirik biz,
Gedirik içəri. Hər yandan budur:
Dustaqlar dəstəylə tökülüb gəlir,
Elə bil qəribə bir iş olubdur.
Kimi yol göstərir mənə qabaqda,
Kimi təklif edir öz xörəyini,
Qalanıb, yığılıb torpaq uzaqda,
Yeraltı işlərin deyim nəyini...
Qandal səsi altında insan işləyir,
Nəğmələr qarışır qandal səsinə.
Çəkiclər arabir qayıdıb dəyir
Dustaq filizçinin öz sinəsinə.
Gedir tir üstüylə şəlalə dustaq,
Özümdən xəbərsiz qışqırdım:- Ehmal..! -
Orda indi mina partladılacaq.
Çürük ağacların üstən adamlar
Qaçır ora-bura, zəhmətə bir bax!
Cəsurluğa bir bax! Nə bərkmiş insan.
Dişi-dırnağıyla qaya çaparaq
Yaşaya bilməyi bacarmalısan.
Birdən kimsə dinir: -Gəlir o! Gəlir!-
Dikilib baxıram mən sağa, sola.
Ayağım altına baxmadan gedib
Qanova düşmüşdüm birdən az qala.
-Ehmallı, ehmallı - deyir Trubetskoy-
Min verstlik yol gəlib burada birdən
Bizim dərdimizin dağılan çağı,
Qanova düşərsən durduğun yerdə.
Biz də məhv olarıq, qolumdan yapış!
Yıxılan deyilsən sən ki! -deyirdi.
Sergey tələsirdi. Ancaq çox yavaş...
Deyən qıçlarını qandal yeyirdi.
Qandal! Unutmayıb cəllad heç nəyi,-
Əli qanlı qorxaq, rütbəli alçaq!-
Onun ağrısını dartan ürəyin
Qəzəbi səni də qandallayacaq!
Arabir dustaqlar içində itir,
Görünür, mən isə dönmüşəm daşa.
Birdən məni görür: o məni görür!
Açıb qollarını qışqırır: -Maşa!-
Az qalır yıxıla, yeriyə bilmir,
Qoluna giriblər dustaqlar onun.
Solğun yanağının yaşı kəsilmir,
Əlləri titrəyən yarpaqlar onun.
Elə ki, eşitdim o doğma səsi
Qəlbimə yeni bir ruh  səpələdi.
Bütün yol əzabı, ata tənəsi,
Hardasa əriyib, itmişdi indi.
Qışqırdım: -Gəlirəm! Gəlirəm, dayan!-
Ensiz bir taxtanın üstdən adladım,
Yüyürdüm qəlbimdən həsrəti yuyan
O doğma çağrışı, o doğma adı...
-Gəlirəm!.. Sən dayan! -Bu səsdə qayğı...
Bu səslə ötəri keçmişi andım,
Mən qaçdım, qəlbinin həsrət çırağı
Gözündə işardı, üzündə yandı.
Mən indi cəhənnəm görürdüm gerçək!
Dəhşət buxovlarmı, Sibir qarımı?
Ərimin qıçında qandallı görcək
Anladım bayaqkı əzablarını.
Çox əzab görmüşdü. Tablıydı ancaq.
Yıxıldım mən onun ayaqlarına.
Mən çaşıb ərimin özündən qabaq
Qandalını sıxdım dodaqlarıma.
Bir qəfil mələyi allah haradan
Bu gün göndəribdir bu cəhənnəmə.
İş susub, dil susub, elə bil zaman
Azadlıq veribdir, dərdə, ələmə.
Gözündən öz dərdi, özgə dərdini
Axıdan sərt baxış, sərt üz nə deyir?
Hamı səssiz-ünsüz dirəklərdimi,
Qandal cingiltisi eşidilməyir...
Qalxan çəkiclər də donub havada,
Söz, nəğmə hardasa büzüşüb indi.,
Doğma adamıyla sanki hər adam
Sevinci, qəmini bölüşür indi.
Müqəddəs bir sükut! Sükut dənizi!
İnsanın qəmi də uca olarmış!
Fikir təntənsi qoynundan bizi -
Qoparıb ayırır bir səsi batmış -
Kimsə aşağıdan qışqırır bərkdən:
-Harda batmısınız? -Budur, yavaşca
Gəlir nəzarətçi: - Mən özüm qəsdən
Gizlənmişdim belə! -söyləyir qoca.
Gedin! Vaxtdır daha! Qovarlar yoxsa!
Nəçənniklər yaman üzü boz olur. -
Sanki cəhənnəmə atırlar məni,
Cənnətim, balalar, belə sovrulur.
Söydü rus dilində bir zabit məni,
Baxıb aşağıdan, donmuşdu o da.
Fransız dilində söylədi Sergey:
-Maşa, görüşərik dustaqxanada.
Yüklə 263,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə