Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

99
Bəşəriyyət, cəmiyyət qarşısında öz missiyasını və rolunu 
dərk etmiş xalq tolerantlığın təmin olunmasına öz töhfəsini 
verməyə çalışır. Çünki ağıllı insanlar anlayırlar ki, tolerantlıq 
günün tələbindən çox öz vətəndaşlarının, xalqının, millətinin 
və dövlətinin təhlükəsizliyinə xidmət edir.
Bu gün bəşəriyyəti daha çox narahat edən problemlərdən 
biri hələ də dünyada dini tolerantlığın bərqərar olmamasıdır. 
Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dini tolerantlığa 
gözəl  nümunə  ola  biləcək  bir  ölkədir.  Ulu  öndər  Heydər 
Əliyevin  əsasını  qoyduğu  uğurlu  siyasəti  hazırda  prezident 
İlham Əliyev aparmaqda davam edir.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinin 
bariz nümunəsi kimi H.Əliyevin 1996­cı il sentyabrın 26­da Vatikanda Roma 
Katolik  Kilsəsinin  sabiq  başçısı  II  İoann  Pavellə  görüşünü  göstərə  bilərik.  
Katolik icma Azərbaycanda 1999­cu ildə təsis edilmişdir. İcmanın ilk toplan­
tıları evlərdə keçirilirdi.
22­24 may 2002­ci ildə Roma Papasının Azərbay cana tarixi səfəri baş tutdu. 
O, Bakıda olarkən Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd 
etmişdir.  Bu  görüşdən  sonra  Bakıda  katolik  kilsəsi  inşa  edildi.  Hal­hazırda 
katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. 
LAYİHƏ


100
Dünyada  xalqların  və  millətlərin  sayı  qədər  dinlər  və 
inanclar  mövcuddur.  Hər  bir  dindar  insan  inandığı  dinin 
digər dinlərdən daha mükəmməl olduğuna inanır. Ona görə 
də bu gün din insanların həyat tərzinə, davranış qaydalarına, 
baxışlarına, hərəkətlərinə qanunlardan daha güclü təsir edir. 
Sovet  İttifaqının  iflası  sübut  etdi  ki,  insanları  dindən  ayır­
maq,  təcrid  etmək  mümkünsüzdür.  Uzun  illər  dinləri  qəbul 
etməyən Sovet hakimiyyəti insanların dini inanclarını, adət­
ənənələrini boğa bilmədi. Təqiblər insanların dini bağlılığını 
daha da artırdı.
Azərbaycan  xalqı  İslam  dininə  sita yiş  edir.  İslam  milli 
təfəkkürümüzün formalaşmasında böyük rol oynamışdır. 
Bu siyasətin davamı olaraq 2010­cu ildə “Qloballaşma, din, ənənəvi dəyər­
lər” mövzusunda dünya dinləri liderlərinin Bakıda keçirilən Zirvə Görüşündə 
33 ölkədən ənənəvi dinləri təmsil edən 200­dən çox nümayəndə iştirak etmiş­
dir.
İlham  Əliyevin  tolerantlıq  sahəsində  uğurlu  siyasət  apardığını  sübut  edin. 
Dini tolerantlığımızı əsaslandırmaq üçün faktlar göstərin.
Dinin təqib olunmasına baxmayaraq, ona olan inancın daha da artmasının 
səbəbləri nə idi? Sovet hakimiyyətinin dini boğmaqda məqsədi nə idi? Belə 
idarəçiliyin mənfi tərəflərini müəyyənləşdirin.
“Tolerantlıq 
azərbay canın 
vizit kartıdır”
Azərbaycan 
Respublikasının 
Prezidenti 
İlham əliyev
LAYİHƏ


101
İslam dini xalqımızı dünyada yaşayan bütün müsəlmanın 
din həmrəyinə çevirmiş, onlara yaxın etmiş dir. Ümumiy yətlə, 
müsəlmanlar öz dinlərinin sonuncu din olaraq daha mükəm­
məl olduğunu inamla bildirirlər. Təsadüfi deyil ki, İslam dini 
meydana gəldiyi gündən demokratik və tolerant bir din kimi 
özünü  göstərə  bil mişdir.  Özündən  əvvəlki  bütün  təkallahlı 
dinlərə  qarşı  tolerant  olduğunu  göstərmişdir.  Bunu  Qurani­
Kərimin “Əl­Bəqərə” surəsinin 62­ci ayəsində oxuya bilərik. 
Qurani­Kərim cəmiyyəti birlik və əmin­əmanlıq içəri sində 
olmağa  çağırır.  Həmçinin  insanların  ədalətə  və  bəra bərliyə, 
qardaşlığa  nail  olması,  insanlar  arasında  mehriban  münasi­
bətlərin bərqərar olmasına səsləyir. İslam dini müsəl manları 
daha təmkinli və səbirli olmağa səsləyir. Bu müqəd dəs Kita­
bın  “əl­Hucurat”  surəsinin  13­cü  ayəsində  deyilir:  “Sonra 
bir­birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbi lə lərə ayır­
dıq”.
Göründüyü  kimi, Allah  orada  millətlərin  bir­birini  tanı­
masını ayrıca bir şərt kimi qoyur, onları ədavətə deyil, barı­
şığa və əmin­amanlığa çağırır. Hədislərin birində Məhəm məd 
peyğəmbər  (s.ə.s.)  qeyd  edir  ki,  “dini  başa  salarkən  xalqa 
inandırma yolu ilə təsir göstərin, zor işlətməyin”. Bu mənada 
İslam dini bu gün bir barış və əmin­amanlıq dini kimi çıxış 
edir.
Qurani­Kərimdən 
bu surəni tapın və 
oxuyun. Mənasını 
izah etməyə 
çalışın.
Sizcə, cəmiy yətdə 
islamın ba rış və 
tolerantlıq çağı­
rışlarının daha 
yaxından tanın­
ması üçün nə 
etmək lazımdır?
Təsadüfi deyil ki, dini dözümlülüyün ilk tədqiqat­
çıların dan olan C.Lokk deyirdi ki, əgər dində mə­
həbbət,  iltifat  və  mərhəmət  yoxdursa,  o,  həqiqi 
sayıla bilməz. Səmimi və namuslu insanlar yalnız 
dini müxtəlifliyə dözümlü lük, cəmiyyətə sülh bəxş 
edə bilərlər.
c.Lokkun  fikirlərinə  münasibət  bildirin.  Dini 
dö zümlülüyə aid siz hansı fikri söyləyərdiniz?
Verilmiş ayəni şərh edin. Fikirlərinizi əsaslandırarkən faktlara istinad edin.
LAYİHƏ


102
Azərbaycanda çoxlu sayda millətlər və dinlər mövcud dur. 
Bakıda və ölkəmizin müxtəlif bölgələrində məscidlər, kilsə­
lər,  sinaqoqlar,  məbədlər  yanaşı  fəaliyyət  göstərir,  müx təlif 
dini ayinlər həyata keçirilir, dini bayramlar qeyd edilir. Bütün 
bunlar  dövlətimizin  tolerantlığının  sübutudur.  Müasir Azər­
baycanın  tolerant  dini  siması  bu  günün  hadisəsi  deyildir. 
O, ağıllı və uzaqgörən siyasətin nəticəsidir. 
Lakin bu gün islamda dini tolerantlığın olmasını heç də 
hamı mütləq şəkildə qəbul etmir. Bəzən islam şüar ları 
ilə terror və ekstremizm törədərək ümumilikdə bəşəriy­
yətə qarşı təhlükə yaradanlar da vardır. Buna görə də 
bu gün dini tolerantlığın bərqərar olması dövlətlər qar­
şı sında duran əsas siyasi istiqa mətlərdən biridir.
Kiş kəndində (şəki) 
qədim alban kilsəsi
İslam  şüarları  ilə  terror  və  ekstremizmin  təbliğatına  dair  hansı  hadisələri 
nümunə göstərə bilərsiniz?
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə