Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

III TƏDRİS VAHİDİ
 
Mədəniyyət və tolerantlıq

  Tolerantlıq

  Mədəniyyətlərarası tolerantlıq

  Dini tolerantlıq

  Müxtəlif dinlərə münasibətdə tolerantlıq

  Əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyəti

  Bəşəriyyət qarşısında mənəvi borc

  Dünyanın dərk olunması
LAYİHƏ


82
1. TOLeRANTLIQ
1572­ci il 23 avqust. Axşam. Kralın bacısının to yunda iş­
tirak etmək üçün Parisə çoxlu sayda qonaqlar toplaş mış­
dılar. Onların arasında Fransanın katolik kilsəsinə qarşı 
çıxan  protestant  zadəganlar,  dini  rəhbərlər  də  var  idi. 
Əksəriyyət  öz  ailəsi  və  uşaqları  ilə  təşrif  buyur muşdu. 
Gecə ikən şəhər qapıları bağlanır, kral ordusu silahlan­
dırılır.  Əvvəlcədən  protestantlar  olan  evlərin  qapılarına 
təba şirlə ağ xaç işarəsi çəkilir. Gecə saat üçə yaxın vuru­
lan kilsə zənginin sədaları protestantların üzərinə hücum 
üçün  işarə  oldu.  Onlar  yataqlarında  öldürülür.  İki  həftə 
ərzində Parisdə başlanan qırğın Fransanın digər əyalət­
lərini də əhatə edərək minlərlə dinc əhalinin, kişi, qadın 
və uşaqların öldürülməsi ilə nəticələnir. Tarixdə dini zə­
mində baş verən bu hadisə “Varfolomey gecəsi” adı ala­
raq yalnız Fransanın deyil, bütün Avropanın tarixində silin­
məz bir ləkəyə çevrilir. 
Nə üçün bu hadi sə baş verdi? Var folomey gecə sində 
insanların belə vəhşicəsinə öldürülməsinə səbəb nə 
idi?
François Dubois. 
“Varfolomey gecəsi”.
xVI əsr
LAYİHƏ


83
Varfolomey  gecəsi  insanların 
hər hansı bir fərqinə görə qırğına 
məruz qaldığı yeganə hadisə deyil. 
Dünya çox belə qırğınların şahidi 
olmuşdur.  İspaniya  katolik  olma­
yan ları inkvizisiyaya məruz qoyan, 
Amerika Birləşmiş Ştatları isə bir 
neçə yüz il zənciləri və hinduları 
mənsub olduqları irqlərinə görə tə­
qib edən ölkə kimi tarixə düşmüş­
dür. Lakin bu kimi qırğınların ən 
bö yüyü  1939–1945­ci  illərdə  baş 
ver miş  İkinci  Dünya  müharibəsi 
illə rində minlərlə yəhudinin yalnız 
milli mənsubiyyətə görə məhv edil­
diyi “Holokost”* hadisəsi olmuşdur.
Ümumiyyətlə, dini, milli, irqi, 
cinsi, siyasi, ideoloji fərqlərinə görə 
insanların  təqiblərə  və  zora kılıq­
lara  məruz  qalması  halları  əksər 
ölkələrdə mövcud olmuşdur. Bu kimi hadisələr, nəha yət ki, 
XX əsrin ortalarından etibarən dünya xalqlarını və mütərəqqi 
amerikalı hindu
Holokost –  yunanca  “holos”  –  bütün  və  “kaustos”  –  yanmış  deməkdir.  Almaniyada 
nasist hakimiyyətin yəhudilərə qarşı soyqırımı belə adlanır.
LAYİHƏ


84
insanları düşünməyə vadar etmiş və xalqlar bir­birinə qarşı 
dözümlü olmaq haqqında qərar verməyə məcbur olmuşlar.
1948­ci ildə İnsan Hüquqlarına dair Ümumi Bəyannamə 
qəbul edilir. Bu Bəyannamədə göstərilir ki, “insan ailəsinin 
bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, 
ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyasını təşkil 
edir. İnsan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vic­
danını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. Bu Bə yan­
namədən  sonra  dözümlülük  barəsində  çoxlu  sayda  qə rarlar 
qəbul  edilir. Amma  daha  aydın  sənəd  1993­cü  ildə Avropa 
Şurasına üzv olan dövlətlərin Vyanada keçirdiyi top lantısında 
qəbul olunmuş irqçilik, xaricilərə qarşı qərəzli mü nasibət, dö­
zümsüzlük mühitinin inki şafı və digər hallara qarşı Fəaliyyət 
Planıdır. 1995­ci ildə isə UNESCO Baş Konfransı öz sessiya­
sında dözümlülük prin siplərinə dair Bəyannamə qə bul etmiş­
dir. Bu sənəddə qeyd olunurdu ki, dözümlülük, ilk növbədə, 
insan azadlıqlarının və universal hüquqların etirafı əsasında 
formalaşan fəal münasibətdir.
Dözümsüzlüyə 
qarşı hansı sənəd­
lər qə bul edilmişdir? 
Bu sənədlərin qəbul 
edilməsinin bəşəriy­
yət üçün əhəmiyyəti 
nədir?
Dini tolerantlığın 
rəmzi olan Kazan 
kremli UNEScO­nun 
ümumdünya mədəni 
irsinin abidəsidir. 
Kremlin ərazisində 
pravoslav kilsəsi və 
Kul­şərif məscidi 
yanbayan yerləşir.
LAYİHƏ


85
Dözümlülük  anlayışı  çox  hallarda  “tolerantlıq”  kimi  də 
işlədilir. Tolerantlıq – dözümlülük, başqa sözlə, digər inam 
və əqidələrə olduğu kimi yanaşma, onların varlığına dö zümlü 
olma  deməkdir.  Dözümlülük  başqa  dinə,  millətə,  mədə niy­
yətə, adət­ənənəyə, baxışlara, xüsusiyyət lərə qarşı sakit ya­
naşmaq, onun varlığına dözüm nümayiş etdirmək deməkdir. 
Tolerantlıq anlayışının ən aydın tərifi Heydər Əliyevə məxsusdur. O demişdir: 
“Tolerantlıq,  dözümlülük  çox  geniş  anlayışdır.  O  həm  insani  müna si bətlərin, 
həm də döv lətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlə­
rinə aiddir... O təkcə dinlərin bir­birinə dözümlülüyünü deyil, həm də bir­birinin 
adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.
Tədqiqatçılar qeyd edirlər ki, dözümlülük ideyası ilk dəfə 
XVI–XVII əsrlərdə Avropada meydana gəlmişdir. O zaman 
dözümlülük yalnız din və insanların vicdan azadlığı ilə bağlı 
olmuşdur. 
1648­ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd hesab 
olunur. Lakin bu sənəd yazıldığı gündən fəaliyyətsiz olaraq qaldı. Belə ki onun 
ardınca gələn müharibə və dini dözümsüzlük bu ideya üçün mühitin yetiş mə­
diyini sübut etdi.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə