Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

54
Əsas hüquqi sənədimiz olan Azərbaycan Respublikasının 
Konstitusiyasında bu hüquq öz ifadəsini belə tapmışdır: 
İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haq­
qında  Avropa  Konvensiyasında  ədalətli  məhkəmə  hüququ, 
qanunsuz  cəzalandırılmamaq,  fikir,  vicdan  və  din  azadlığı 
və s. bu kimi əsas insan hüquqlarına yer ayrılmışdır. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  3­cü  fəsli 
“Əsas insan və vətəndaş hüquqları və azadlıqları” ümumi baş­
Maddə 5. azadlıq və toxunulmazlıq hüququ
BMT-nin  Ümumi  Bəyannaməsində  insanın  azadlıq  hüququ  haq qında  belə 
yazılmışdır.
1.  Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla 
müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlığın­
dan məhrum edilə bilməz:
a)  səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsi qa­
nuni həbsə almaq;
b)  məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla 
nəzərdə  tutulmuş  hər  hansı  öhdəliyin  icra  olunmasını  təmin  etmək 
məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması.
Maddə 28. azadlıq hüququ
  I. Hər kəsin azadlıq hüququ vardır.
 II.  Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həb­
səalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
III.  Qanuni  surətdə Azərbaycan  Respublikasının  ərazisində  olan  hər  kəs 
sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan 
Respublikasının ərazisindən kənara gedə bilər.
IV.  Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkə­
sinə qayıtmaq hüququ vardır.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Kon ven­
siyasının qəbul etdiyi Bəyannaməni ədalətli hesab etmək olarmı? Bu Bəyan­
namənin verilmiş maddələrini dəyərləndirin.
LAYİHƏ


55
lığı altında verilmiş, 24­cü maddədən 71­ci maddəyədək bu 
mövzuları  əhatə  etmişdir:  “İnsan  və  vətəndaş  hüquqla rının 
və azadlıqlarının əsas prinsipi”, “Bərabərlik hüququ”, “İnsan 
və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  müda fiəsi”, 
“Mül kiyyət hüququ”, “Təhlükəsiz yaşamaq hüququ”, “Nikah 
hü ququ”, “Əmək hüququ”, “İstirahət hüququ”, “Sağ lam ətraf 
mü hitdə yaşamaq hüququ”, “Təhsil hüququ”, “Vicdan azad­
lığı”, “Vətəndaşlıq hüququ”, “Seçki hüququ” və s. 
Konstitusiyamızın 56­cı maddəsi olan “Seçki hüqu qu”nda 
göstərilir:
Seçkilərin keçirilməsində iştirak etmək hüququ insan hü­
quqlarının əsas tərkib hissəsidir. Xalqı hakimiyyətin mən bəyi 
hesab edən dövlətimiz seçkilərdə hər bir kəsin iştirakına şərait 
yaradır. Azərbaycan  Respublikası  vətəndaşları nın  səsvermə 
hüququ 18 yaş müəyyən edilmişdir. Respublika mızda seçkilə­
rin keçirilməsi seçki komissiyaları tərəfindən keçirilir. Bu ko­
missiyalara Mərkəzi Seçki Komissiyası rəh bərlik edir. Bütün 
bunların qanuni halda reallaşdırılması Azər baycan Respubli­
kasının seçki məcəlləsinə əsasən aparılır. 
Siz artıq elə yaş dövründəsiniz ki, məktəblə vidalaşıb müx­
təlif sənət və peşələrə yiyələnmək hüququnuz vardır. Öz həya­
Nə üçün sadalanan bu maddələri əsas insan hüququna 
aid  edirlər?  Azər baycan  Respublikasının  Konstitusiyası 
qəbul edilmiş beynəlxalq insan hüquq larının qorunmasına 
aid  sənədlərlə  nə  dərəcədə  uyğunluq  təşkil  edir?  Onlar 
arasındakı oxşarlığı müqayisə edin.
  I.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət  orqanlarına  seçmək 
və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
 II.  Məhkəmənin  qərarı  ilə  fəaliyyət  qabiliyyətsizliyi  təsdiq  olunmuş  şəxs­
lərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
III.  Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, 
məh kəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Kons­
titusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak 
etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Femida qədim 
Romada ədalət 
tanrısıdır
Femida büstü
LAYİHƏ


56
tınızı qurmaq, daha yaxşı yaşamaq üçün müxtəlif işlə məş ğul 
olmaq  ixtiyarınız  var.  Hətta  aranızdan  gələcəkdə,  yə qin  ki, 
sahibkarlar da çıxacaqdır ki, Konstitusiyamız bunu da hüquqi 
yolla təmin edir. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası insan 
hüquqları sahəsində indiyədək bir çox beynəlxalq konven siya 
və sazişə qoşulmuşdur ki, onların da sırasına 1966­cı il Mülki 
və Siyasi hüquqlara dair Beynəlxalq Pakt, 1966­cı il İqtisadi, 
Sosial və Mədəni hüquqlara dair Beynəlxalq Pakt, BMT­nin 
1989­cu il Uşaq hüquqları Konvensiyası, BMT­nin Qadınların 
siyasi  hüquqlarına  dair  1952­ci  il  Konvensiyası,  BMT­nin 
Qadınlara qarşı ayrı­seçkiliyin bütün formalarının ləğv olun­
masına dair 1979­cu il Konvensiyası, İrqi ayrı seçkiliyin bütün 
formalarının ləğv olunmasına dair 1965­ci il Beynəlxalq Kon­
vensiyası və s. daxildir. Bunlarla yanaşı, 2001­ci il yanvarın 
25­də Avropa Şurasının tamhüquqlu üzvü olmuş Azərbaycan 
bununla da Avropa İnsan Hüquqları Konvensiyasını imzala­
mışdır.
Əsas insan hüquqları hər bir demokratik dövlətdə olduğu 
kimi  Azərbaycan  Respublikasında  hüquqi  şəkildə  qorunur. 
Əsas insan hüquqları insanların rahat, firavan, şərəf və ləya­
qətlərinə toxunulmadan yaşamasının təminatıdır. Bu hüquq­
lar həm beynəlxalq səviyyədə qəbul edilmiş sənəd lərdə, həm 
də milli hüquqi sənədlərimizdə, Konstitusiyamızda öz əksini 
tapmışdır. 
Maddə 59. azad sahibkarlıq hüququ
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətin­
dən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə 
birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər 
iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Əmək hüququna görə əmək müqaviləsi neçə yaşından etibarən bağlana bi­
lər? Azad sahibkarlıq hüququnun təmin olunmasının başlıca məqsədi nədir? 
Bu hüququn Konstitusiyamızda əks olunmasının əhəmiyyəti nədən ibarətdir?
Azərbaycan 
Respublikasının 
Beynəlxalq 
konvensiyalara 
qoşulması 
sahəsində əldə 
etdiyi nailiyyətlər 
nədən ibarətdir?
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə