MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə152/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   148   149   150   151   152   153   154   155   ...   164

______________________________________________ 

478


 

 məşğul olaydılar, öz layihələrini təqdim edəydilər, konstitusiya 

komissiyasına müraciət edəydilər, hətta istəsəydilər öz layihələrini təqdim 

edəndən sonra gəlib konstitusiya komissiyasında onların barəsində izahat 

verəydilər, onların Azərbaycan üçün daha gərəkli olduğunu sübut edəydilər. 

Bu altı ay müddətində bütün bunlar üçün şərait yaranmışdır. Ancaq heç bir 

siyasi partiya heç bir layihə hazırlamadı, heç bir layihə təqdim etmədi. 

Onu da qeyd etməliyəm ki, biz dövlət işi ilə məşğuluq. Bizim üzərimizə 

böyük və ağır vəzifələr düşür. Biz dövlətə rəhbərlik edirik. Bu komissiyanın 

üzvlərinin, iştirakçılarının əksəriyyəti də hərəsi bir sahənin rəhbəridir, hərəsi 

bir sahəyə cavab verir, hərəsi dövlətin bir strukturuna rəhbərlik edir. Yəni 

bizim işimiz çoxdur. Buna baxmayaraq biz bu işi bütün işlərin hamısından 

üstün tutaraq buna çox vaxt sərf etdik və bu layihəni hazırladıq. O siyasi 

partiyaların isə siyasi fəaliyyətlərindən savayı başqa bir işləri yoxdur. Siyasi 

fəaliyyətləri nədən ibarətdir? Qəzet çıxarmaq. Eyni zamanda, mən hesab 

edirəm ki, əgər normal siyasi fəaliyyət aparılarsa, onlar Azərbaycan 

Respublikasının bu günü, gələcəyi haqqında öz konsepsiyalarını, layihələrini, 

təkliflərini hazırlayıb dövlətə  təqdim etməlidirlər. Bu dövləti istəyirsən, 

istəmirsən - bunun fərqi yoxdur. Bu dövlətin başçıları xoşuna gəlmirsə, 

bunun fərqi yoxdur. Əgər sənin ürəyin xalqın üçün, respublıkan üçün, 

dövlətin gələcəyi üçün yanırsa sən öz təklifini, layihəni verməlisən.  Əgər 

hesab edirsən ki, sənin təklifin, layihən o birisindən üstündür - onu sübut 

etməyə çalışmalısan.  Əgər bu siyasi partiyalar doğrudan da siyasi fəaliyyət 

göstərən təşkilat kimi bu məsələnin nə qədər böyük əhəmiyyət kəsb etdiyini 

dərk etmiş olsaydılar, bəlkə doğrudan da belə  dəyərli bir layihə almaq 

mümkün olardı. 

Ancaq mən deyirəm, heç bir partiya, heç bir siyasi qurum, - mən 

müxalifətdə olanları deyirəm, çünki başqaları dövlətlə bağlıdırlar, onların 

fikirləri dövlət orqanlarının fikirləri ilə üst-üstə  gəlir, - müxalifətdə olanlar 

heç bir təklif verməyiblər, yəni layihələr təqdim etməyiblər. Doğrudur, bəzi 

qəzetlərdə bu layihənin bəzi müddəaları tənqid olunubdur. Bizim komissiya 

üzyləri o tənqidlərə  də baxıblar.  Əgər o tənqidlərdə  dəyərli bir fikir 

söylənilsəydi, onlardan istifadə olunacaqdı. O tənqidlərdən irəli gələn bəzi 

fikirlərdən bəlkə  də istifadə olunubdur.  Mən bunu  da istisna etmək 

istəmirəm. Ancaq iş bu qəzetdə çıxan məqalələrdəki tənqidlərlə bitmir. Əgər 



______________________________________________ 

479


 

 müxalifət doğrudan da həqiqi müxalifətdirsə, bu müxalifət xalqa xidmət 

etmək istəyirsə, bu müxalifət Azərbaycanın dövlətçiliyinə xidmət etmək 

istəyirsə, bax, bu, məqam idi, bu, meydan idi. İkinci dəfə belə bir imkan 

olmayacaq. Azərbaycanın uzunömürlü konstitusiyası yaranır, xalq onun 

referendumuna gedir. Siyasi partiyalar isə bundan kənardırlar. 

Bu gün səhər isə mən "Yeni Musavat" qəzetində oxuyuram ki, Musavat 

Partiyası xalqa müraciət edibdir: "Referenduma getməyin, bu konstitusiyaya 

səs verməyin". Bəs nəyə  səs versinlər?  Əgər başqa bir layihə  təqdim 

etsəydiniz, onda deyərdiniz ki, "bu layihəni biz təqdim etmişik, bu layihə 

qəbul olunmayıb, bu layihəyə  səs verin". Yoxsa ki, bu cür məsuliyyətsiz, 

Azərbaycan xalqına qarşı bu cür xəyanətkar mövqedə durmaq olarmı? Altı ay 

müddətində  gəlib bir təklif verməyib, layihə verməyib, barmaq barmaq 

üstünə qoymayıbdır, amma bu gün qəzetdə müraciət edir ki, "səsverməyə 

getməyin və bu konstitusiyaya səs verməyin". 

Mən niyə bunu belə həyəcanla, hiddətlə deyirəm? Ona görə ki, o Musavat 

Partiyasının çağırışına kimsə gedəcək? Yox. Əgər Musavat Partiyasının 

Azərbaycan Respublikasında bir nüfuzu olsaydı,  əlli min imza yığa bilərdi. 

Əgər bir əlli min imza yığa bilmədisə, o, hansı nüfuzdan danışır? Ona görə də 

bu çağırış məni narahat etmir və belə çağırışlardan kim edir - etsin, - bu məni 

narahat etmir. Mən  əminəm ki, xalq referenduma gələcək, konstitusiya 

layihəsinə  səs verəcək. Amma kim də  səs vermək istəmirsə, onu da dəvət 

edirəm, - gəlsin, yazsın, desin ki, bu layihəyə  nə üçün səs vermir. Gəlsin 

yazsın, əsaslandırsın. Ona görə də mən bu sözlərimlə seçicilərə, vətəndaşlara 

heç bir təsir göstərmək istəmirəm. Kim istəyir gəlsin referendumda iştirak 

etsin, səs versin. Kim istəyir, gəlməsin, hər kəs sərbəstdir. 

Ancaq xalqın fikrini bu cür pozmaq niyyətində olan, müxalifətdə 

adamlara müraciət edirəm ki, Musavat Partiyasının üzvləri, buyur gəl. Əgər 

altı ay müddətində  sən gəlib bir söz deməmisənsə, seçki məntəqəsinə  gəl. 

Mən bu gün Mərkəzi seçki komissiyasının sədri Cəfər Vəliyevdən xahiş 

edirəm, bütün məntəqələrə göstəriş versin ki, belə fikirləri yığsınlar, sonra da 

elan etsinlər; kim gəlib nə  təklif veribdir? Ancaq sadəcə olaraq "getməyin, 

səs verməyin" - bundan da böyük qanun pozuntusu ola bilməz.  



______________________________________________ 

480


 

Yenə  də deyirəm, mən  əminəm ki, vətəndaşlarımız, seçicilərimiz 

noyabrın 12-də seçki məntəqələrinə  gələcəklər, referendumda iştirak 

edəcəklər və bizim təqdim etdiyimiz konstitusiya layihəsinə  səs verəcəklər. 

Əminəm ki, seçicilərin tam əksəriyyətinin səsi ilə bu konstitusiya layihəsi 

qəbul olunacaq və Azərbaycan xalqının həyatında yeni bir mərhələ 

açılacaqdır, müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində böyük 

imkanlar yaranacaqdır və  hər bir vətəndaşın sərbəst yaşaması, sərbəst 

fəaliyyət göstərməsi, azad, demokratik ölkədə yaşaması üçün, hüquqlarının 

qorunması üçün gözəl şərait yaranacaqdır. Bu konstitusiya bunların hamısına 

təminat verir. 

Bilirsiniz ki, konstitusiya komissiyasının böyük xidmətlərindən biri də 

odur ki, biz konstitusiya layihəsini hazırlayarkən eyni zamanda, ondan əvvəl 

Azərbaycan Respublikasının parlamentinə, Milli Məclisə seçkilər keçirilməsi 

haqqında qanun layihəsini hazırladıq. O qanun layihəsi Milli Məclisdə 

müzakirə olundu, qəbul edildi və onun nəticəsində respublikamızda 

parlament seçkiləri başlanır. Bu da konstitusiya komissiyasının böyük 

xidmətidir. Ona görə böyük xidmətidir ki, konstitusiya hələ  qəbul 

olunmamışdan biz konstitusiyanın tərkib hissəsi olan bir seçki qanununu 

hazırlaya bildik. Artıq bu gün bunu demək olar və buna tam əsas var ki, bu 

qanun layihəsi dünya ictimaiyyəti tərəfindən, dünyanın demokratik dairələri 

tərəfindən və vətəndaşlarımız tərəfindən demokratik bir parlament yaratmaq 

üçün demokratik prinsiplər  əsasında yaranmış bir qanun kimi qəbul edildi. 

Bu da konstitusiya komissiyasının nailiyyətidir. 

Noyabrın 12-də seçkilər olacaq. Konstitusiyanın qəbul edilməsi ilə 

yanaşı, müstəqil Azərbaycanda ilk dəfə demokratik prinsiplər  əsasında 

parlament seçilməsi tarixi hadisəyə çevriləcək və xalqımızın, millətimizin, 

dövlətimizin tarixi nailiyyəti olacaqdır. 

Yenə  də deyirəm, indi biz seçkilərin son mərhələsindəyik.  İndiyə  qədər 

biz parlamentin tam demokratik prinsiplər  əsasında qurulması üçün 

imkanlarımız daxilində bütün işləri görmüşük. Birincisi ondan ibarətdir ki, 

bir daha qeyd edirəm, biz yaxşı bir qanun yaratdıq.  İkincisi isə bundan 

ibarətdir ki, o qanunun həyata keçirilməsinə çalışdıq və hesab edirəm ki, buna 

nail olduq. Biz seçkiləri elan edən kimi bütün dünya ictimaiyyətinə, 

beynəlxalq təşkilatlara, demokratiya təsisatlarına, demokratiya sahəsində 

yüksək nailiyyətlər əldə etmiş dövlətlərə, onların parlamentlərinə müraciət 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə