Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə3/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   87

8
Müstəqil iş üçün. 
Bölmələrdə əsərləri 
ilə tanış olduğunuz 
sənətkarların həyatı 
barədə müxtəlif 
mənbələrdən 
məlumatların 
öyrənilməsi və 
müzakirəsi üçün 
nəzərdə tutulmuşdur.
Qiymətləndirmə 
materialı. 
Bölmələrin sonunda 
həyata keçirilən kiçik 
summativ 
qiymətləndirmə 
üçün nəzərdə tutul-
muşdur. 
Layihələr üzrə iş. 
Layihələr müxtəlif 
mənbələrlə müstəqil 
işləməyiniz, yaradıcı 
fəaliyyət göstərmə-
yiniz üçün təklif edil-
mişdir. 
Tətbiq. Müzakirə. 
Yaradıcı iş. Bilik və 
bacarıqların tətbiqi, 
müxtəlif mövzularda 
müzakirələrin aparıl-
ması, yaradıcı 
xarakterli işlərin 
icrası üçün nəzərdə 
tutulmuşdur.


 
 
 

 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Əziz şagirdlər! 
Ədəbiyyatımızın tarixən qədim və zəngin olması 
barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ət-
raflı  məlumat  öyrəndiniz.  Artıq  bilirsiniz  ki,  tarixin 
ağır  sınaqlarından  çıxan,  xalqımızın  həyatını,  taleyini,  arzu  və  düşüncəsini  ləyaqətlə  əks 
etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ic-
timai-siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiy-
yatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiy-
yatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində 
qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən 
zənginləşdirmək  və  kamilləşdirməkdir.  İnsanı  təsvir  edən  ədəbiyyat  həm  də  onun  bağlı 
olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosial-
siyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda 
geniş  əksini  tapır.  Bütün  bunlar  ədəbiyyatın  mövzu  dairəsinin  məhdud  olması  anlamına 
gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. 
həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın 
təsvir  obyektinə  münasibəti  öz  ifadəsini  tapmış  olur.  Buradan  aydınlaşır  ki,  cəmiyyətdə, 
bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata 
baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni 
yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında 
olmalı, zənginləşməlidir. 
Bədii ədəbiyyatın yaradıcıları – ədiblər tükənməz mənbədən – həyatdan bəhrələnir, onu 
dərindən öyrənirlər. Məhz həyat həqiqətlərinin hərtərəfli öyrənilməsi gerçəkliklə səsləşən, 
inandırıcı, səmimi sənət nümunəsinin ərsəyə gəlməsinə səbəb olur. Lakin həyat həqiqətləri 
necə varsa, eləcə də əsərə gətirilmir. Oxşar hadisələri, eyni sənət, peşə adamlarını müşahidə 
edən,  hərtərəfli  öyrənən  yazıçı  məqsədindən  asılı  olaraq,  onlardakı  müəyyən  cəhətləri  ön 
plana çəkir, daha qabarıq təsvir edir.
 
Müəyyən qrup insan  üçün ümumi olan cəhətləri (dav-
ranış, əməl, danışıq tərzi və s.) bir fərdin – obrazın simasında ümumiləşdirən sənətkar bu 
qəbildən adamlar haqqında oxucuda aydın təsəvvür yaratmağa nail olur. Lakin əsərdəki obraz 
həm də başqalarından fərdi xüsusiyyətlərinə görə fərqlənməlidir. O, xasiyyətinə, başqalarına 
münasibətinə və s. görə digərlərini təkrar etməməlidir. Belə olmazsa, həmin ədəbi qəhrəman 
oxucunun qəlbinə yol tapa bilməz, quru və sxematik olar. Deməli, yazıçı hər bir obrazı özünə-
məxsus  cəhətləri  ilə  təqdim  etməli,  onu
 
fərdiləşdirməlidir.  Məsələn,  sizə  tanış  olan  Azad 
(M.İbrahimov. “Azad”) milli azadlıq uğrunda mübarizə aparan vətənpərvərlərin ümumiləş-
dirilmiş obrazıdır. Təmkinli, azdanışan, dostluqda sədaqətli olması isə onun fərdi xüsusiy-
yətləridir.  
Həyat həqiqətləri yazıçının şüurundan, qəlbindən keçərək bədii həqiqət kimi  meydana 
çıxır. Bədii həqiqət isə yazıçının görmək istədikləridir, yəni sənətkar həyatı, insanları özünün 
arzuladığı kimi təsvir edir. O, əsərində “həyat həqiqəti necədir” sualı ilə yanaşı, “həyat həqi-
qəti necə olmalıdır” sualına da cavab verir.  
Həyat  həqiqətlərini  dönə-dönə  müşahidə  edən,  illərlə  şüurunda,  qəlbində  gəzdirən  sə-
nətkar onu necə, hansı formada əks etdirəcəyini dəfələrlə götür-qoy edir, yaradıcılığın heç də 
asan  olmayan  yolu  ilə  irəliləyir  –  əsərini  yaradır.  Xalq  yazıçısı  Mirzə  İbrahimov  məşhur 
“Gələcək gün” əsərinin necə meydana gəlməsi  barədə yazır: “Mən bu əsərin məzmununu, 
surətlərini illərlə ürəyimdə gəzdirmişəm. Orada əks olunan hadisələr, insanlar və mövzu uzun 
müddət  aramsız  məni  düşündürmüş,  sinəmdə  hərarətli  hislər,  həyəcanlar,  iztirablar  oyat-
mışdır. O ölkələr və xalqlar ki onların həyatı bu romana  mövzu olmuşdur, əsəri yazdığım 
dövrdə bir günüm olmayıb ki, onları düşünməyim, onlar barədə ürəyimdə min bir yanıqlı, 
məhəbbətli duyğular oyanmasın. 
Həyat həqiqətləri və  
zəngin ədəbiyyatımız 


 
 
10 
 
Əsəri mənə yazdıran da lap uşaqlıqda Cənubi Azərbaycanda gördüyüm ağır həyat olmuş-
dur...  Xalqın,  xüsusən  yoxsul  kəndlilərin,  zəhmətkeş  şəhər  əhalisinin  hakim  təbəqələrdən 
çəkdiyi zülm, əzab-əziyyət, ehtiyac, aclıq olmuşdur”. 
Siz 9-cu sinifdə söz sənətimizin “Ən yeni dövr Azərbaycan ədəbiyyatı” ilə tanış olacaq, 
onun  müxtəlif  mərhələlərində  yazıb-yaratmış  sənətkarların  yaradıcılığından  nümunələri 
dərindən  mənimsəyəcəksiniz.  Bu  dövrdə  fəaliyyət  göstərən  yazıçılarımızın  qarşılaşdıqları 
problemlər barədə təsəvvür qazanacaq, sovet hakimiyyəti illərində həyat həqiqətlərinə sadiq 
qalmağın çətinliklərini, bəzən isə mümkünsüzlüyünü öyrənəcəksiniz. Bu sinifdə, həmçinin 
ədəbiyyat  nəzəriyyəsi  üzrə  yeni  biliklər  mənimsəyəcək,  bədii  əsərin  öyrənilməsi  ilə  bağlı 
bacarıqlarınızı zənginləşdirəcəksiniz.  
Ən yeni dövr Azərbaycan ədəbiyyatını aşağıdakı mərhələlər üzrə öyrənəcəksiniz:  
I mərhələ. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından əsrin ortalarına qədər. 
1.
 
Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat 
(1918–1920). 
2.
 
İctimai-siyasi ziddiyyətlər və repressiya dövründə ədəbiyyat (1920–1940). 
3.
 
İkinci Dünya müharibəsi dövründə ədəbiyyat (1941–1945). 
II mərhələ. XX əsrin ortalarından
 
günümüzə qədər. 
4.
 
Müharibədən sonrakı dövrdə ədəbiyyat (1946–1960). 
5.
 
Milli özünəqayıdış dövründə ədəbiyyat (1961–1990). 
6.
 
Müstəqillik illərində ədəbiyyat (1991-ci ildən günümüzə qədər). 
 
Aydındır ki, bu dövrləşdirmə şərtidir. Ədəbiyyatın inkişafını bütöv bir proses kimi gö-
türmək  və  təhlil  etmək  vacibdir.  Ənənə  və  varislik  əsasında  yaranan,  yaşayan  ədəbiyya-
tımızın müxtəlif dövrləri, eləcə də eyni bir dövrün mərhələləri qarşılıqlı əlaqədə olub, biri 
digərindən doğur, bir-birini tamamlayır. 
 
 
 
1.  Siyasi quruluşların əvəzlənməsi ədəbiyyata təsir edirmi? Bu təsir necə olur? 
2.  Ədəbiyyatın əsas təsvir obyektləri barədə nə deyə bilərsiniz? 
3.  Ədəbiyyatın daim inkişafda olmasının səbəbini necə izah edərsiniz? 
4.  Ümumiləşdirmə və fərdiləşdirmə nə deməkdir? Ədəbiyyat üçün bunların əhəmiyyəti nədir? 
5.  “Həyat həqiqətləri” və “bədii həqiqət” anlayışlarının mahiyyətini necə başa düşürsünüz? 
 
 
Müzakirə edin: Həyat həqiqətlərinə göz yuman, yaxud onu təhrif edən ədəbiyyatın taleyi necə olar? 
 
 
• Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə “Ən yeni dövr Azərbaycan ədə-
biyyatı” əvvəlki dövrlərdən hansı cəhətlərinə görə fərqlənir?” mövzusunda təqdimata hazırlaşın. 
  
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə