1
Mustafayeva A.İ., hüquq üzrə fəlsəfə doktoru,
AMEA İnsan Hüquqları İnstitutunun direktoru
♦
Bioetikanın sosial normalar sistemində və
ictimai münasib
ətlərin tənzimlənməsində yeri
Son onillikl
ərdə dünya birliyi özünün yeniləşmə mərhələsindədir. Qloballaşma
bütün planetimizd
əki prosesləri əhatə etmişdir. Təbabət və genetika sahəsində əldə
olunan yeni nailiyy
ətlər müxtəlif bilik sahələrini təmsil edən mütəxəssislərin
s
əylərinin birləşdirilməsi zərurəti yaratmışdır. Nəticədə, yeni fənlərarası elm sahəsi -
bioetika meydana g
əlmişdir. Bu, elm və texnikanın inkişafı, yeni texnologiyaların
s
əhiyyə sahəsinə tətbiq edilməsi, elmi tədqiqatlar aparılması, preparatların sınaqdan
keçirilm
əsi, pasiyentlərlə münasibətlər praktikası, etik qaydalara riayət edilməsi,
m
əlumatlandırılmış razılıqla bağlı qanunvericilik normaları və digər yeniliklərlə
əlaqədar bütöv fəlsəfi, etik-mənəvi, hüquqi problemləri əhatə edir.
Qeyd olunmalıdır ki, müasir cəmiyyət bioetikanın ilkin obyektini transformasiya
edir v
ə dünyanı təkcə “şəxsi mənəvi dəyərlər və prinsiplər işığında” deyil, həmçinin
“müxt
əlif etik siyasi və hüquqi metodologiyalar cəlb etməklə” nəzərdən keçirir.
Etika tarixind
ə mənəviyyat bəzən əxlaqdan fərqli bir şey kimi təfsir olunmuş -
dur. “Etika” termini q
ədim yunan sözü olan ethos (adət, xarakter, düşüncə tərzi)
sözünd
ən törəyib və Aristotelin əsərlərində işlədilmişdir [36, s. 4-5]. Bu sözün latin
analoqu mosmores olub xasiyy
ət, adət, xarakter, davranış mənalarını verir. Buradan
da l
əyaqət haqqında yunan elmi ilə yanaşı, latın moralitas - əxlaq meydana gəlir.
Başqa sözlə desək, öz ilkin mənasına görə, yunan və latın sözləri, əsasən, üst-üstə
düşür, lakin mədəniyyətin və fəlsəfənin inkişafı prosesində “etika” və “əxlaq”
(m
ənəviyyat) terminləri yetərincə müxtəlif məzmun kəsb edir.
F
əlsəfi fikrin dahi nümayəndəsi Hegel etikanı üç hissəyə bölür: abstrakt hüquq,
əxlaq və mənəviyyat. Bunlardan birincisi xarici davranışı əhatə edir, ikincisi isə
subyektin xüsusi irad
əsinin daxili mahiyyətini açır. Hegel mənəviyyata daha böyük
____________________________
♦
Mustafayeva Ayt
ən İnqlab qızı – hüquq üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları İnstitutunun
direktoru (Az
ərbaycan). E-mail: info@ihr-az.org
2
əhəmiyyət verərək, onu ideal kimi, zərurilik və sosial-tarixi təzahürlərə tənqidi
yanaşma kimi nəzərdən keçirir [42, s. 45].
Cessika Miller göst
ərir ki, elmin etikası elm və əxlaqın qarşılıqlı münasibətləri-
nin f
əlsəfi və sosial cəhətdən iki cür öyrənilməsidir: a) elmin əxlaqa, bilik və elmi
t
ərəqqinin əxlaqlılığa, insanların əxlaqına və cəmiyyətin mənəvi tərəqqisinə təsiri,
elmi d
əyərlərin əxlaqa, həqiqət və xeyirxahlığın nisbətinə, mənəvi təzahürlərin hə-
qiqiliyin
ə təsiri baxımından və b) əxlaqın elmə, əxlaqın dəyər və normalarının el-
md
əki münasibətə və onun nəticələrinə, alimlərin dünyagörüşlərinin elmi fəaliyyətin
v
ə elmi ünsiyyətin nizamlayıcısı kimi mənəvi fəaliyyətin dərkinə təsiri, alimlərin
v
ətəndaş və əxlaq məsuliyyətinin məzmununun açılması baxımından [18, s. 38-40].
Aşağıdakı məsələlər elmi etikanın normalarında öz təcəssümünü tapır:
1) elmi f
əaliyyətin xüsusiyyətlərinə uyğunlaşdırılan ümumbəşəri mənəvi tələb-
1
əг və qadağalar;
2) bioetik normalar m
əhz elm üçün səciyyəvi və xarakterik olan dəyərlərin təs-
diqi v
ə müdafiəsinə xidmət edir.
Bunlardan birincisi h
əqiqətin təmənnasız axtarışı və müdafiəsidir. Adətən,
günd
əlik elmi fəaliyyətdə əldə edilmiş bilikləri dərhal həqiqət və ya yanlışlıq kimi
qiym
ətləndirmək asan olmur.
Diqq
ətə çatdıraq ki, bioetika ötən yüzilliyin 60-cı illərinin axırlarında - 70-ci
ill
ərinin əvvəllərində ABŞ-da yaranmış çağdaş mədəniyyətin mürəkkəb fenomenidir.
D.Kallaxan
ın göstərdiyi kimi, “bioetika” terminini 1970-ci ildə Amerika onkoloqu
Van Rensseler Potter ir
əli sürmüşdür [10, s. 34-36]. O, insanların həyatına ləyaqətli
şərait yaratmaq məqsədilə humanitar elmlərin nümayəndələrinin və təbiətşünasların
(
һər şeydən оnсə, bioloqların və həkimlərin) səylərini birləşdirməyi təklif edirdi.
D.Kallaxan
ın fikrincə, "sağqalma elmi sadəcə elm olmayıb, həm də iki daha vacib və
çox z
əruri elementi - bioloji bilik və insani dəyərləri birləşdirə bilən yeni hikmət
olmalıdır". Buna görə də alim onun ifadə olunması üçün bioetika terminini təklif
etmişdir [10, s. 45-46].
El
ə buradaca qeyd edək ki, terminin mənası çox tezliklə kökündən dəyişdi. Ən
yeni elmi texnologiyalar
ın (genetik, reproduktiv, transplantoloji və s.) inkişafının
3
s
əbəb olduğu antropoloji, mənəvi, sosial və hüquqi problemlərin fənlərarası araş-
dırılması оnə çıxdı. V.P.Buşuyevanın fikrincə, кесən əsrin 70-ci illərində ABŞ-da
bioetika üzr
ə ilk tədqiqat və təhsil mərkəzləri yaradıldı. Onların tədqiq etdikləri
probleml
ər isə siyasətçilərin, jurnalistlərin, din xadimlərinin, ümumiyyətlə, kütlə-
l
ərin ən geniş nümayəndələrinin diqqətini ciddi şəkildə cəlb etməyə başladı [39, s.
52-53; 30, s. 65-78].
M
əlum olduğu kimi, növbəti onillikdə bioetika çox sürətlə Qərbi Avropaya da
yayıldı, 90-cı illərdən başlayaraq isə Şərqi Avropa (Rusiya da daxil olmaqla) və
Asiya (h
ər şeydən оnсə, Yaponiya və Çində) ölkələrində də qəbul edildi [19, s. 447].
3 dekabr 1967-ci ild
ə Cənubi Afrika cərrahı Kristian Barnard dünyada ilk dəfə
olaraq bir insan
ın ürəyini digərinə köçürdü. O, avtomobil qəzası nəticəsində beyni
b
ərpaolunmaz dərəcədə zədələnən qadının döyünən ürəyini çıxarmaqla sağalmaz
x
əstənin həyatını xilas etdi [27, s. 69-70].
Bu inqilabi hadis
əyə ictimai münasibət yetərincə ziddiyyətli oldu. Bəziləri K.
Barnardı yüz minlərlə sağalmaz xəstənin xilas edilməsi üsulunu yaradan qəhrəman
adlandırırdı. Digərləri isə əksinə, onu qətldə ittiham edirdilər: axı o, hələ dö-
yünm
əkdə olan ürəyi çıxarmışdı [27, s. 70-80].
Bioetika,
əsasən, mənəvi baxımdan qərar qəbul etmək üçün çətin olan ayrı-ayrı
hadis
ələrin, mənəvi kolliziyaların, dolaşıq işlərin – “bioetik dilemmaların” - təhlilinə
üstünlük verir. Mahiyy
ətinə görə, bioetikanın ayrı-ayrı “dolaşıqlıqları” öуrənən və
t
əsvir edən vəzifələrinin təfsiri, zənnimizcə, Amerika mədəniyyətinin müəyyən
ənənələri ilə, hər şeydən оnсə, Amerika cəmiyyətində hüquq institutlarının xüsusi
əhəmiyyətliliyi ilə sıx bağlıdır [24, s. 43-53].
Fikrimizc
ə, “fayda” və “rifah” davranış və hərəkətlərin əxlaqı meyarlarına
çevrilir. Bu zaman “rifah” daha çox sayda adam üçün fayda kimi izah olunur.
Şübhəsiz ki, fayda müxtəlif cür olur. Etik elmlərin hazırkı tipi çərçivəsində “fay-
dalar”
ın mümkün siyahısında aparıcı yeri iqtisadi fayda tutur. Bəsit iqtisadi he-
sablamalar “x
əstə - cəmiyyətin parazitidir” fikrinə gətirib çıxarır. Məhz bu mü-
hakim
ə F.Nitsşenin təklif etdiyi yeni “həkimlər üçün əxlaq”da ilkin və təyinedici
m
əqama çevrilir [55, s. 10-11]. Onun fəlsəfəsində naturalist-praqmatik etikanın
Dostları ilə paylaş: |