Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

77
Müqəddəs sübh
məkdir.  Çünki  yer  əkinçilik  üçün  kifayət  qədər  səmərəli  və 
bərəkətli olsun. 
Yağışın enməsi təbii durumu ilə möcüzə deyil. Ancaq müd-
dət və kəmiyyəti baxımından istisnadır. Rəvayətlərin siyaqın-
dan  belə  aydın  olur  ki,  möcüzəlik  baxımındandır.  Odur  ki, 
Əmirəlmömininin (əleyhissəlam) kəlamının məğzini anlayırıq: 
“Cəmadi  ilə  Rəcəb  arasında  olan  olduqca  əcibdir  (təəccüblü, 
heyrətamizdir)”.
Bu  yağışın  müddəti  barədə  müxtəlif  rəylər  mövcuddur. 
Şeyx Əli Kurani qeyd edir: “Uzaq deyil ki, Cəmadidən Rəcəbə 
qədər  davam  edən  bu  yağışlar  onun  (əleyhissəlam)  zühurun-
dan sonra baş verəcək. Belə ki, zühurun əlamətlərindən olan 
bir neçəsi genişlik baxımından bu anlamda adlandırılmışdır”.
90
Lakin  bunu  zühurun  nişanələrindən  hesab  edən  Seyid 
Muhəmməd Sadiq Sədrin nəzərini daha məqbul hesab edirəm. 
O belə deyir: “Suyun və enən yağışın çoxluğunu zühurdan öncə 
bilməyimiz daha üstündür. Çünki əgər zühurdan sonra baş ver-
sə, Qaib Məhdinin (əleyhissəlam) yerinə yetirmək istədiyi bir 
sıra fəaliyyətlərə maneə törədər. Odur ki, onun zühurdan öncə 
olması yağışın faydaları üçün qazanc əldə edir, həm də sair fay-
dalar ilə onun üçün ikiqat təsiri vardır”.
91
Bu mülahizəyə işarə etməyim gərəkdir ki, rəvayətlər bu ya-
ğışın baş verməsinin məkan və key iyyətinə dəlalət etməyib... 
Lakin  mühüm  olan  budur  ki,  bu  yağışları  zühur  zamanının 
yaxın  olması  üçün  bir  əlamət  kimi  nəzərdə  tutmalıyıq.  Daha 
onun yağmasının yerdə qalan yağışlardan nə ilə fərqlənməsi, 
miqdar və məkanın heç bir fərqi yoxdur.  
90
 Əl-Muməhhidun lil-Mehdi, s.40.
91
 Tarixu ma bə`dəz-zuhur, s.137.


78
Müctəba Sadət
2 – Süfyaninin xüruc etməsi (Qəti əlamətlərdəndir)
Bir nəfər xüruc edəcək ki, ona Süfyani deyilər (Osman ibn 
Ənbəsə Ali-Əbu Süfayndan, Yezid ibn Müaviyənin nəslindəndir)
O, Şam hüdudunda (Dəməşq dərəsində) Yabis vadisində ortaya 
çıxacaq. O, yolundan çıxmış, həqiqətlə düşmənçilik edən müsəl-
man hakimlərinin rəmzi olaraq təmsil olunacaq ki, ondan son-
ra belə bir kəs görülməyəcəkdir. Onun xüruc etmə zamanı – eti-
barlı rəvayətlərə müva iq olaraq
92
 – Rəcəb ayındadır və ehtimal 
var ki, axır on günündə və Cümə günündə olsun. Belə ki, İmam 
Məhdinin  (əleyhissəlam)  Məkkədə  zühur  etməsilə  Süfyaninin 
inqilab etməsi arasında yalnız altı ay fasilə vardır.
İmam  Sadiq  (əleyhissəlam)  buyurmuşdur:  “Süfyani  qəti 
əlamətlərdəndir və onun xürucu Rəcəb ayında olacaqdır. Beş 
əraziyə  yiyələndikdə  doqquz  ay  başçılıq  edəcəkdir.  Onun  hö-
küməti bir gün belə artıq olmayacaqdır”.
93
İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Süfyani və Qaim 
hər ikisi bir ildədir (zühur etmələri eyni ilə təsadüf edir)”.
94
Həmçinin  buyurmuşdur:  “Süfyaninin,  Yəmaninin,  Seyid 
Xorasaninin zühur etməsi eyni ildə, eyni ayda və eyni gündə-
dir. Necə ki, təsbeh dənələri bir-birinin ardınca gələr, onlar da 
bir-birinin ardınca fasiləsiz olaraq zühur edəcək”.
95
İmam  Baqirin  (əleyhissəlam)  belə  buyurduğu  nəql  olun-
muşdur:  “Əmirəlmöminin  (əleyhissəlam)  buyurmuşdur: 
“Nizələr Şamda ixtilaf etdiyi zaman (bu ixtilaf) yalnız Allahın 
əlamətlərindən bir əlamət baş verincə sona çatacaq”. 
Dedilər: “Nədir o əlamət, ey möminlərin Əmiri?” 
Dedi:  “Şamda  bir  sarsıntının  baş  verməsi.  Bu  zaman  yüz 
mindən çox insan həlak olacaq. Allah onu möminlər üçün rəh-
92
 Əs-Sufyani – Muhəmməd Fəqih, s.118.
93
 Ğeybətun-Numani, s.202.
94
 Ğeybətun-Numani, s.178.
95
 Ğeybətun-Numani, s.171; İlamul-vəra, s.429; Biharul-ənvar, c.52, s.232.


79
Müqəddəs sübh
mət, ka irlər üçün isə əzab qərar verəcək. Bu baş verdiyi za-
man kəsik qulaqlı boz atların sahiblərini və qərb tərəfdən gəlib 
Şama daxil olacaq sarı bayraqları gözləyin. Bu böyük qorxu və 
qırmızı ölüm baş verdiyi zaman olacaq. Bu baş verdiyi zaman, 
Dəməşqin  Hərəsta  adlanan  kəndinin  batmasını  gözləyin.  Bu 
baş verdiyi zaman ciyəryeyən qadının oğlu (Süfyani) quru va-
didən xüruc edəcək. Ta ki, gəlib Dəməşq minbərinə əyləşəcək. 
Bu baş verdiyi zaman Məhdinin (əleyhissəlam) xürucunu göz-
ləyin...”
96
 
Bu, Süfyaninin xürucunun başlanğıcına açıq-aydın işarədir.
Ola bilər ki, Süfyaninin fəaliyyətləri və İslam cəmiyyətinin 
mübtəla olduğu müsibət və sıxıntılar barədə ən üstün təhlil və 
bəyanı Əllamə Seyid Muhəmməd Sadiq Sədr özünün “Ma bə`-
dəz-zuhur” adlı kitabında (s.165-167) qeyd etmişdir ki, onun 
söhbətini bir az müdaxilə etməklə burada qeyd edirik:
Dəməşq  (Şam)  həmin  zaman  daxili  döyüşlərin,  üç  dəstə 
arasında silahlı çəkişmələrin (Əbqə, Əshəb və Süfyani... və o, si-
yası  və  hərbi ağırlıq mərkəzini təmsil edər)  səhnəsi  olacaqdır. 
Hər üçü haqq yoldan azacaq və hər biri taxt-tac və höküməti 
özü üçün istəyəcəkdir. – Rəvayətlər onların təfəkkür və ideo-
logiyasını bizim üçün aydın etmişdir – Əbqə və qoşunları Süf-
yani  ilə  döyüşəcəkdir.  Nəticəsi  Süfyaninin  qələbəsi,  Əbqə  və 
tərəfdarlarının ölümü ilə nəticələnəcəkdir.
Süfyani ilə Əshəb arasında gedən döyüşdə də bu cür ola-
caqdır.  Döyüşlərin  sonuncu  fatehi  Süfyanidir.  Bu  hadisələr 
bu  ayənin  bariz  nümunəsidir:  “Beləliklə onların arasından 
dəstələr ixtilafa düşdülər. Buna görə də vay küfr etmiş kəs-
lərin böyük gündəki halına!”
97
Höküməti zamanı Süfyaninin qərərgahı Şam olacaqdır və 
oranın əhalisi ona tabe olacaqdır. Az bir dəstədən savayı. Süf-
96
 Ğeybətun-Numani, s.206; Ğeybətut-Tusi, s.277; Biharul-ənvar, c.52, s.253.
97
 Məryəm, 37.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə