MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə4/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   2   3   4   5   6   7   8   9   ...   196

«Pansofiya»  sözünün  «Pan»  sözündən  yaranmasına  heç  bir 

şübhə yoxdur. «Pan» sözü isə yunan sözüdür. Qədim yunan mifalo- 

giyasma görə, çəmənliklər allahı Pan meşə allahı Hermonun oğludur. 

Qədim yunan mifologiyasındakı əski və mütləq ideyalara görə bütün 

canlılar kimi insanlar da meşələrdə yaşamışlar. Hermonun oğlu Panın 

köməyi  və himayəçiliyi  sayəsində guya insanlara hər şeyi  öyrətmək 

mümkün olmuş və onlar meşələrdən çıxaraq çəmənliklərdə qəbilə və 

icma şəklində yaşamağa müyəssər olmuşlar. Qədim yunanlardan irsən 

keçən «Pan» sözü müasir yunan dilçiliyinin orfoqrafıya lüğətində də 

«Pan» şəklində işlədilir. Mənası isə «hər şeyi öyrənirəm» deməkdir. 

«Pan»  sözü  həm  keçmiş  SSRİ,  bugünkü  Rusiya  və  Azərbaycan 

məkanmda  hazırlanan  bütün  ensiklopedik  nəşrlərdə  «hər  şeyi 

öyrənən»  mənasmda  şərh  edilir.  ASE-  də  Pan-  (yun.  Pan-hər  şey)- 

«hər  şeyi  ehtiva  edən»,  «hər  şeyə  aidlik»  mənalarını  bildirən  ifadə 

kimi izah edilir (bax: ASE-nin baş redaksiyası, Bakı, 1983, səh. 444). 

Komenskinin «Pansofiya məktəbi» əsərini nəzərdən keçirsək görərik 

ki, böyük pedaqoq təkcə bu əsəri yox, elə «BÖ3dik didaktika»da daxil 

olmaqla  bütün  əsərlərini  «Pansofiya  ideyası»  əsasında  yazmışdır. 

Pansofiya  ideyası  sözünün  həm  yunanca,  həm  də  Komenskinin 

əsərlərində  göstərilən  yozumu  isə  «Hər  şeyi  öyrənmək»  mənasında 

işlənmişdir.  Bu  ideyaya  uyğun  olaraq  yazdığı  «Ana  məktəb», 

«Dillərin  açıq  qapısı»,  «Bütün  əşyaların  teatrı»,  «Duyulan  əşyalar 

aləmi  şəkillərdə»  əsərlərində  bh-  mənalı  şəkildə  Komenskinin 

«Hamıya hər şeyi  öyrətmək» arzusunu görürük. Bütün  ensiklopedik 

nəşrlərdə  Komenski  yaradıcılığı  üçün  səciyyəvi  olan  fikir  heç  bir 

morfoloji-qrammatik 

dəyişikliklərə  uğramadan  belə  yazılır: 

«Komenskinin pedaqoji görüşlərinin əsasında pansofiya (hamıya hər 

şeyi  öyrətmək)  ideyası  durur».  Bu  fikir  həm  də  ən  görkəmli 

komenskişünas 

alimlərdən 

olan 


A.A.Krasnovski 

(Rusiya), 

D.Lordkipanidze  (Gürcüstan)  və  Ə.Seyi-  dov  (Azərbaycan)  kimi 

bənzərsiz pedaqoqlarımızın əsərlərində olduğu kimi verilir. Görünür 

həmin  ensiklopedik  nəşrlərdə  Komenski  haqqmda  verilən  bu  fikri 

onun yaradıcılığına aid olan mətnə daxil edərkən adı çəkilən alimlərin 

əsərlərindəki eyni formalı fikrə istinad olunmuşdur. 

Y.A.Komenskinin «Pansofiya ideyası» fikrinin ən maraqlı cəhəti 

onun bu sözün ikinci tərəfinə «sofiya» sözünü əlavə etməsidir. Burada 

bir məsələyə də aydınlıq gətirsək, fikrimizi daha dürüst 

11 



məntiqə  söykənən  məcraya  yönəltmiş  olarıq.  Bu,  «Pan»  sözünün 

hamımıza  yaxşı  məlum  olan  tərəfidir.  Yəqin  hamımızın  yaxşı 

yadındadır ki, keçmiş SSRİ məkanınında kommunist ideologiyasmm 

ən qatı tənqid hədəflərindən biri də «Panislamizm», «Pantürkizm» idi. 

Kommunist 

ideoloqları 

«Panislamizm»!, 

«Pantürkizm»! 

açıqlamasalar  da,  bizə  aydın  idi  ki,  panislamizmin,  pantürkizmin 

vahid mənsəbi hamıya «Qurani-Kərim»dən gələn elmi, mənəvi, əxlaqi 

dəyərləri  öyrətmək  ideyası  idi.  Komenskiyə  də  bu  anlayış,  heç 

şübhəsiz  ki,  məlum  idi.  Komenski  də  bu  ideyanın  sonunda  özünün 

pansofiya  ideyasını  irəli  sürmək  və  hamıya  hər  şeyi  öyrətmək 

istəyirdi.  Əgər  panislamizm  «Qurani-Kənim»dən  gələn  ideyalar 

əsasında hamıya hər şeyi öyrətməyə üstünlük verirdisə, Komenskinin 

pansofiya  ideyasmda  protestançılığm  dini  ideologiyası  xəttinə 

üstünlük  verilirdi  (Yuxarıda  qeyd  etdiyimiz  kimi  Komenskinin 

Çexiyada  qəbul  edilməməsi  və  oradan  qovulmasmın  səbəblərindən 

biri  də  bu  idi).  Nəzərə  almaq  lazımdır  ki,  «Sofiya»  sözü  də  qədim 

yunan mifologiyasmdan gəlir. Qədim yunan əski mifoloji fikrinə görə, 

müqəddəs  Sofiya  hər  fəndi  bilən  mifdir.  Yunanıstanda  yaranan 

«Sofızm  eərəyanı»  da  həmin  ölkədəki  «Sifıstika»ya  əsaslanır. 

«Sifıstika»  isə  yunanca  «Sophistike»-mübarizəni  fəndgirliklə 

aparmaq  bacarığı  mənasmda  şərh  edilir  (Bax:  ASE,  Bakı,  ASE-nin 

baş redaksiyası, səh. 394). Yunan Sofıstləri (yunanca «sophistes»): ix- 

tiraçılar, müdriklər, aqillər hesab olunurdular. 

Bütün  bu  məna  çalarlarını  nəzərə  alan  Komenski  «pansofiya 

ideyası»  deyəndə  sxolastik  və  doqmatik  fərdi  təlimdən  imtina 

etməklə,  hamıya  hər  şeyi  ayrı-ayrı  elmlər  vasitəsilə  sinif  şəraitində, 

müəllimin  rəhbərliyi  altında,  təlimin  təşkilat!  forması  olan  dərs 

zamanı  öyrətməyə  üstünlük  verirdi  və  buna  da  nail  oldu.  Beləliklə, 

elmi pedaqogikanın bünövrəsi qoyuldu. «Pedaqogika» sözü də yunan 

sözüdür  və  sözün  kökü  olan  «pedaqoq»  sözündəndir.  Yunanca 

«Paidaqoqos»-tərbiyəçi;  paiz,  paidos-uşaq+aqo-yönəldirəm,  tərbiyə 

edirəm deməkdir. «Pedaqogika» sözünə Komenskinin əsərlərində rast 

gəlmirik. Qeyd etdiyimiz kimi, elmi pedaqogika Komenski tərəfindən 

əsası  qoyulan  elmi  didaktika  (Böyük  didaktika)  əsasında 

yaradılmışdır.  Komenski  elmi  didaktika  sahəsində  yaratdığı 

konsepsiyalarını,  əsasən,  Almaniyada,  Avstriyada  və  Hollandiyada 

tətbiq  etməyə  başlamışdır.  Həmin  dövrdə  Çexiyada  və  adı  çəkilən 

ölkələrdə dövlət dili alman dili olduğu üçün Y.A.Komenski 

12 



elmi-didaktika  sahəsindəki  («didaktika»  yunan  sözü  olub  «didakti- 

kos»  sözündəndir,  mənası  «ibrətamiz»  deməkdir.  Uşaqlara  ən 

ibrətamiz  bilik,  bacarıq  və  vərdişlərin  aşılanması  mənasını  verir) 

kəşflərini  Almaniyada,  Avstriyada,  həm  də  Hollandiyada  praktik 

həllinə nail olmaqda heç bir çətinlik çəkməmişdir. Almanlar Komens- 

ki irsindən bəhrələnərək özləri üçün didaktik sistem (təlim və təhsil 

sistemi)  yaratmışlar.  Rusiyada  çar  imperiyasının  hakimiyyətinə  son 

qoyulduqdan  sonra  yaranan  sovet  hökuməti  alman  təhsil  sistemini 

novator  təhsil  sistemi  kimi  bəyənərək  sovet  təhsil  sistemini  «Təhsil 

sisteminin Alman Maketi» əsasında yaradaraq formalaşdırdı. Buradan 

belə  qənaətə  gəlmək  olar  ki,  dünya  miqyasında  mövcud  olan  iki 

fövqəltəbii  ölkənin  uğurlu  təhsil  sistemi  Yan  Amos  Komensknin 

yaratdığı elmi pedaqogikanın əsasları üzərində qurulmuşdur. 

Əsası  Komenski  tərəfindən  qoyulan  elmi  pedaqogika  sonralar 

Almaniyada  (A.Disterverq,  İ.Q.Çeyder,  İ.P.Brikman,  M.A.Julian, 

F.A.Heİcta,  S.A.Kurenin,  Tirs  və  b.),  Fransada  (C.C.Russo,  V.Ku- 

zenin,  K.A.Helvetsi,  D.Didro  və  b.),  İsveçrədə  (İ.Q.Pestalotsi), 

(E.A.Exes),  İngiltərədə  (F.Mailinson,  M.Sebler,  B.Holrus  və  b.), 

Amerikada  (R.Kiq-Hol,  D.Veredey,  İ.KendI,  D.Qis  və  b.), 

Bolqarıstanda 

(N.Sakirov), 

Çexiyada 

(Sinqule), 

Polşada 


(B.Suxadolski),  Rusiyada  (L.N.Tolstoy,  N.İ.Piraqov,  K.D.Uşinski, 

N.Simbriyev, 

A.

 

Kairov,  N.K.Qonçarov,  N.İ.Boldırev,  B.İ.Esipov,  F.F.Korolyov, 



S.P.Baranov, L.P.Bolotina, T.V.Volikova, B.A.Slastenin, 

B.

 



B.Kraevski,  İ.F.Xarlamov,  T.A.İlina,  Y.Babanski,  P.Pidkasistiy, 

Podlasiy  və  v),  Gürcüstanda  (Lordkipanidze),  Azərbaycanda 

(M.Mehdizadə, M.Muradxanov, Ə.Seyidov, N.Kazımov, Ə.Həşimov, 

Z.Qaralov,  Y.Talıbov, Ə.Ağayev,  H.Əhmədov və b.) mütəfəkkir və 

pcdaqoqlar tərəfindən inkişaf etdirilərək formalaşdırılmışdır. 

Azərbaycanda vüsət alan elmi pedaqogikanm «didaktika» (təlim 

və  təhsil  nəzəriyyəsi),  «tərbiyə  nəzəriyyəsi»,  «məktəbşünas-  lıq», 

«Ali  məktəbdə  pedaqoji  prosesə  xidmət»  kimi  bölmələri  bir  sıra 

səriştəli  tədqiqatçı-pedaqoqlar  (Fərahim  Sadıqov,  Akif  Abbasov, 

Əmrulla  Paşayev,  Fərrux  Rüstəmov,  Ağahüseyn  Həsənov,  Rəfiqə 

Mustafayeva,  Nübar  Muxtarova,  Sürəyya  Əliyeva,  Sərdar  Quliyev, 

Hikmət  Əlizadə,  Fikrət  Seyidov,  Balaş  Abbaszadə,  Vidadi  Xəlilov, 

Oqtay Rəcəbov, Mircəfər Həsənov və b.) tərəfindən tək 

13 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə