70
Bəhlul İbrahimov
208 gil qab fraqmenti, 32 ədəd əqiqdən, 49 ədəd balıqqulağından ha-
zırlanmış muncuqlar və dəvəgözü daşının qəlpələri aşkar edildi.
17N-li sərdabənin ətrafına 3,9x2,8 m daş döşənmişdir. Örtük daş-
ları saxlanmamışdır, uzunluğu 1,6 m, eni 1,3 m, dərinliyi 1,1 m-dir.
Cənub divarının şərq tərəfində uzunluğu 0,5 m, eni 0,45 m, dərinliyi
isə 0,5 m olan giriş yolu vardır. Qarət olunmuş və dağıdılmışdır.
Qəbirdən müxtəlif gil qab fraqmentləri, ucları birləşməyən iki tunc
qolbaq, tunc məftildən hazırlanmış sırğa, 3,3 sm diametrində ilgəkli
düymə, tunc məftil fraqmentləri və bir neçə muncuq aşkar edildi.
17N-li sərdabənin qurbangahı (17A) qəbrin giriş yolunun qarşısın-
da yerləşir, ətrafına 2,0x1,9 m daş döşənmişdir. Örtük daşları saxlan-
mamışdır. Kvadrat formasındadır (1,0x1,0m), dərinliyi 0,7 m-dir. Qur-
bangahdan oval formalı boşqab, tək qulplu. Şar gövdəli, silindrik bo-
ğazlı küpə, şar gövdəli, tək qulplu küpə, silindrik oturacaqlı dərin va-
za, boz gilli və oval formalı, deşikli yapması olan boşqab aşkar edildi.
18N-li sərdabə dördbucaqlı formadadır (1,6x1,5 m), dərinliyi
1,15m-dir, cənub-şərq küncündə kvadrat formalı (0,5x0,5 m), dərinliyi
0,6 m olan giriş yolu vardır. Örtük daşları saxlanmamışdır, qəbir qarət
olunmuşdur. Kameraya dolmuş torpağın içərisindən 128 ədəd çəhrayı
və boz gilli qab fraqmentləri, dəvəgözü daşı fraqmentləri, tunc məftil
qırıqları və bir neçə muncuq aşkar edildi.
18N-li sərdabənin qurbangahınin ətrafına (18A) 1,7x1,4 m daş
döşənmişdir, kamerasının uzunluğu 1,0 m, eni 0,9 m, dərinliyi isə 0,85
sm-dir, şimal divarı 5 qat üfüqi düzülmüş daşlarla, qalan divarları
dikinə qoyulmuş sal daşlarla işlənmişdir. Qurbangahdan bir ədəd üstü
duz, alçaq divarlı üçayaqlı altlıq, alçaq dabanlı, yarımsferik gövdəli,
yapma bəzəyi olan vaza, tək qulplu, şar gövdəli, silindrik formalı
oturacağının aşağısı genişlənən bokal, dəyirmi gövdəli, ağzı xaricə
açılan küpə, dar boğazlı, şar gövdəli küpə, çaynik tipli qab, iki ədəd
hundur, silindrik formalı oturacağı olan vaza, silindrik oturacaqlı
dayaz vaza, iki boşqab, geniş ağızlı, oturacağında 1,5 sm diametrində
deşiyi olan çölmək, iki ədəd yarımşar formalı boşqab, bir ədəd oval
govdəli, kiçik həcmli qab, düz divarlı qabın fraqmenti və uzunluğu
12sm olan tunc sancaq aşkar edildi.
19N-li sərdabə şərq-qərb istiqamətində olub uzunluğu 1,9 m, eni
1,35-1,45 m, dərinliyi isə 0,85 m-dir. Şərq divarının ortasında 0,4 m
enində qapı yeri qoyulmuş, onun qarşısında isə 0,8 m uzunluğu və
Muncuqlutəpə nekropolu
71
0,55 m dərinliyi olan giriş yolu işlənmişdir. Örtük daşları saxlanma-
mışdır. Qəbir qarət olunmuş və dağıdılmışdır. Kameraya dolmuş tor-
pağın içərisindən muxtəlif gil qab fraqmentləri, aşıq sumuyu, əqiqdən
hazırlanmış 108 ədəd və sürmədən hazırlanmış 5 ədəd muncuq və də-
vəgözü daşının qəlpələri aşkar edildi.
19N-li sərdabənin qurbangahı (19A) sərdabənin şərq tərəfindədir.
Uzunluğu 1,2 m, eni 1,0 m, dərinliyi 0,7 m-dir. Örtük daşlarından ikisi
saxlanmışdır. Qurbangahda bir ədəd boşqab, bir ədəd şar gövdəli, tək
qulplu bokal, 94 ədəd müxtəlif qab fraqmentləri, iki ədəd tunc bilərzik
və üç ədəd tunc üzük aşkar edildi.
20N-li sərdabə dördbucaqlı olanda olub uzunluğu 2,6 m, eni 1,5m,
dərinliyi 0,95 m-dir. Sərdabənin şimal-qərb divarında 0,5 m enində
qapı yeri qoyulmuşdur. Qapı yerinin qarşısında yerləşən giriş yolu
dağıdılmışdır. Qəbrin örtük daşları yoxdur, qarət olunmuşdur. Kame-
raya dolmuş torpağın içərisindən 194 ədəd gil qab fraqmenti, bir ədəd
boz gilli, şar gövdəli, ağzı azca kənara açılmış və çiyin hissəsində
parallel cızma xətlər olan qab, üç ədəd tunc qolbaq, tunc üzük, nazik
tunc məftil fraqmentləri, 3 ədəd tuncdan hazırlanmış, 108 ədəd əqiq-
dən hazırlanmış, 3 ədəd travertindən hazırlanmış və balıqqulağından
hazırlanmış muncuqlar aşkar edildi.
20N-li sərdabənin qurbangahı (20A) dördbucaqlı plkanda olub
uzunluğu 1,3 m, eni 0,8 m, dərinliyi 0,6 m-dir, sərdabədən 0,5 m ara-
lıda yerləşir. Örtük daşları saxlanmamışdır. Üstdən çəhrayı gilli (36
ədəd) və boz gilli (24ədəd) qab fraqmentləri aşkar edilirdi. Qurbanga-
hın kamerasından 10 ədəd bütün qab və 54 fraqmeht aşkar edildi.
21N-li sərdabə dördbucaqlı planda olub uzunluğu 2,98 m, eni
1,46m, dərinliyi isə 0,6 m-dir. Şimal-qərb hissəsində divarının bir tə-
rəfi dağıdılmışdır. Örtük daşları yoxdur. Kameradan müxtəlif dərinlik-
də, torpağın içərisindən sümük qalıqları, çəhrayı və boz rəngli gil qab
fraqmentləri, tunc qolbaq, tunc üzük, 11 sm uzunluğu olan tunc san-
caq, tuncdan hazırlanmış yastı dairəvi formalı, yanları haşıyəli, ilgəkli
asma bəzək və müxtəlif muncuqlar aşkar edildi.
22N-li sərdabə dördbucaqlı planda olub uzunluğu 1,9 m, eni 1,5m,
dərinliyi 1,0 m-dir. Örtük daşlarından üçü saxlanmışdır. Şərq divarın-
da 0,95x0,6 m ölçülərində üstü sal daşla örtülmüş giriş yolu vardır.
Kameranın içərisindən 0,7 m dərinlikdə yeddi skeletin qalıqları və
0,9m dərinlikdə, qapıdan qərb tərəfdə bir toxunulmamış skelet aşkar