64
Bəhlul İbrahimov
qab, əqiq muncuqlu tunc həlqə, profildən armudvari tunc asma bəzək,
3 ədəd tunc həlqə, tunc düymələr, tuncdan hazırlanmış zəncir fraq-
mentləri və müxtəlif muncuqlar aşkar edildi.
4C qurbangahının diametri 1,45 m, dərinliyi 0,92 m-dir. Bu qur-
bangahdan 4A qurbangahından əldə edilən materiallara oxşar gil qab-
lar, tunc əşyalar, muncuqlarla birlikdə dəmir əşya fraqmentləri də ta-
pıldı.
5N-li sərdabə şərq-qərb istiqamətində olub, uzunluğu 1,6 m, eni
0,7 m, dərinliyi 0,8 m-dir. Sərdabənin şərq tərəfində salamat qalmış
örtük daşları ensiz, uzun sal daşlardan ibarət idi. Qəbrin şimal diva-
rının üst hissəsi və ətrafına döşənmiş daşlar, qərb divarının üst hissəsi
və giriş yolu dağıdılmışdır. Qarət olunduğundan qəbrə qoyulmuş gil
qabların çoxu fraqmentlər halında tapılırdı. Qəbirdə çəhrayı gilli
qablar çoxluq təşkil edirdi. Gil qablar içərisində üçayaq aitlıqlar, çay-
nik tipli qabların fraqmentləri, bir ədəd burnu qatlanmış, üzərində ciz-
ma və yapma naxışları olan çəkmə formasında qab diqqəti cəlb edir.
Keramikadan başqa qəbirdən tunc qolbaq, ilgəkli düymə, əqiq, balıq-
qulağı və mərmərdən hazırlanmış muncuqlar aşkar edildi.
5N-li sərdabənin qürbangahı (5A) qəbrin qərb tərəfində yerləşir,
qarət olunmuşdur.
6N-li sərdabənin örtük daşlarının bir hissəsi salamat qalmışdır,
ətrafına daş döşənmişdir. Dördbucaqlı plandadır, uzunluğu 2,5 m, eni
1,3 m, dərinliyi 0,9 m-dir. Qərb divarında üstü sal daşla örtülü giriş
yolu vardır. Qəbir öz vaxtında qarət olunmuş və sonrskı dövrlərdə bir
neçə dəfə dağıntıya məruz qalmışdır. Belə ki, qəbrə dolmuş torpağın
içərisindən skelet sümüklərinin qalıqları, gil qab fraqmentləri və müx-
təlif bəzək əşyaları aşkar edildi. Gil qablar içərisində boşqablar, çöl-
məklər, çaynik tipli qablar, bokal və küp fraqmentləri var idi. Bəzək
əşyaları tunc qolbaqdan, baş sancaqlarından, düymələrdən, sırğalar-
dan, əqiq, mərmər, balıqqulağı və pastadan hazırlanmış muncuqlardan
ibarət idi.
6N-li sərdabənin qurbangahı (6A) qəbrin cənub-qərb tərəfindədir.
Ölçüləri 1,2 x 0,97 m, dərinliyi 0,5 m-dir. Qurbangahdan 6 ədəd qara-
boz gilli, 7 ədəd isə çəhrayı gilli qab aşkar edildi. Qabların ikisi kame-
ranın ortasına qoyulmuş, qalanları isə divarların yanına düzülmüşdü.
Üç kiçik qab böyük qazanın içərisinə qoyulmuşdu. Gil qablar əsasən
çanaq, çölmək, boşqab, qazan və kiçik həcmli qablardan ibarət idi.
Muncuqlutəpə nekropolu
65
8 N-li sərdabə. Dördbucaqlı plandadır, ətrafına daş döşənmişdir.
Örtük daşlarının bir hissəsi saxlanmışdır. Ölçüləri 1,7 x 1,7 m, dərin-
liyi 0,8 m-dir. Şimal-şərq divarında uzunluğu 0,9 m, dərinliyi 0,6 m
olan giriş yolu vardır. Giriş yolu 0,65 x 0,5 m ölçülərində daş plitə ilə
örtülmüşdür. Qəbrin içərisinə dolmuş torpaqdan böyüklərə və uşaqlara
məxsus skeletlərin dağıdılmış qalıqları, keramika və bəzək əşyaları
aşkar edildi. Gil qablar çanaq, çölmək altlıq və boşqab fraqmentlərin-
dən, bəzək əşyaları tuncdan hazırlanmış ilan başlı qolbaqlardan, tunc
üzüklərdən, tunc sırğalardan, baş sancaqlarından, müxtəlif formalı
düymələrdən, dəmirdən bıçaq fraqmentlərindən və müxtəlif muncuq-
lardan ibarət idi. Muncuqlar əsasən əqiqdən, balıqqulağından, mərmər
daşdan, şüşəyə bənzər mavi rəngli maddədən və tuncdan hazırlanmış-
dır. Onların içərisində çəki daşı formasında urartu tipli möhür diqqəti
cəlb edir. Qəbirdən yuxarıdakılardan başqa aşıq sümükləri və dəvə-
gözü daşının qəlpələri də tapılırdı.
8N-li sərdabənin qurbangahı (8A) sərdabəyə şərq tərəfdən bitişik
işlənmişdir. Örtük daşları saxlanmamışdır, təqribən kvadrat formasın-
dadır. Divarları 4-5 qat dağ daşları ilə işlənmişdir. Öz vaxtında qarət
olunmuş və sonrakı dövrlərdə dağıntiya məruz qalmışdır. Belə ki, ka-
meranın qərb hissəsində, 28-30 sm dərinlikdə insan skeletinin qalıqla-
rına, qara gilli, qulplu qabın qiriqlarına, tuncdan hazırlanmış, iki qa-
nadlı, saplaqlı ox ucluğu, qara gilli kupə, qırmızı gilli qab fraqment-
ləri, çəhrayı gilli boşqaba və tuncdan hazırlanmış uşaq qolbağına təsa-
düf edildi. Kameranın mərkəzi hissəsində çəhrayı gilli boşqab, altında
tunc əşya fraqmentləri, onun yanında uşaq skeleti, 45 sm dərinlikdə
isə boyuk və uşaq skeletləri aşkar edildi. Qurbangahdan yuxarıdakılar-
dan başqa tuncdan hazırlanmış biz, həlqə, slrğa, dəmirdən hazırlanmış
bicaq fraqmentləri, əqiqdən, balıqqulağından və pastadan hazırlanmış
muncuqlar tapıldı.
9N-li sərdabənin ətrafına şimaldan cənuba 3,5 m, şərqdən qərbə
3,7 m ölçülərində daş döşənmişdir. Qəbrin örtük daşlarından yalnız
ikisi salamat qalmışdır. Kameranın uzunluğu 1,7 m, eni 1,15 m, dərin-
liyi 0,75 m-dir. Divarları 5-6 cərgə üfüqi düzülmüş çay daşları ilə iş-
lənmişdir. Şərq tərəfində divarları dikinə qoyulmuş sal daşlardan iba-
rət olan, uzunluğu 1,0 m, eni 0,6 m giriş yolu vardır. Sərdabənin qərb
tərəfində örtük daşlarından ikisi salamat qalmışdır. Qəbir qarət olun-
muş və dağıdılmışdır. Kameranın mərkəzi hissəsində insan skeletinə
66
Bəhlul İbrahimov
məxsus sümüklər (32 ədəd bazu və bud sümükləri) nizamsız şəkildə
tökülmüşdü. Avadanlıq ən çox giriş yolunun qarşısında tapılırdı. Bu-
rada çəhrayı gilli, stəkana oxşar qab, şar gövdəli, ilgəkvari qulplu qab,
muxtəlif ölçülü boşqablar, iki ədəd üçayaqlı və bir ədəd silindrik otu-
racaqlı altlıq, uzun boğazlı, üzərində üç yumru və bir ədəd şaquli yer-
ləşmiş yapması olan küpə, çaynik tipli qabın lüləsi və boz gilli süzgəc
fraqmentləri, geniş ağızlı çolmək fraqmenti aşkar edildi. Bunlardan
başqa qəbirdən tunc həlqə, qolbaq, asma bəzək, zəncir, xəncər fraq-
mentləri, gümüş üzük, əqiqdən, balıqqulağından və müxtəlif mineral-
lardan hazırlanmış muncuqlar tapıldı.
9N-li sərdabənin qurbangahı (9A) qəbrin ətrafına döşənmiş daşlara
şimal-şərq tərəfdən bitişik işlənmişdir. Ətrafına 2,8x1,4 m daş döşən-
mişdir. Örtük daşları saxlanmamışdır. Qurbangahın kamerasının uzun-
luğu 1,05x0,85 m, eni 0,68x0,65 m, dərinliyi 0,4 m-dir. Kamerada
çəhrayı gilli bir ədəd tək qulplu qab, boşqablar, oturacağında deşiyi
olan çölməyin alt hissəsi, silindrik oturacaqlı altlığın fraqmentləri,
tuncdan hazırlanmış üzük və qolbaq fraqmentləri aşkar edildi.
10N-li sərdabənin ətrafına 3,8x3,6 m daş döşənmişdir. Örtük daş-
larından 6 ədədi saxlanmışdır. Qəbrin uzunluğu 2,7 m, eni 1,15 m, də-
rinliyi 0,9 m-dir. Qarət olunmuş və dağıdılmışdır. Kameraya dolmuş
torpağın içərisindən sumuk qalıqları və avadanlıq aşkar edilirdi. Qə-
birdən bir ədəd sarı gilli suddan biçimli qab, çəhrayı gilli, düz boğazlı,
kiçik həcmli qab, iki qulplu, şar gövdəli qab, boz və çəhrayı gilli qab
fraqmentləri, tuncdan qolbağ fraqmentləri, əqiq muncuqlu sırğa, gü-
müş üzük, əqiq, balıqqulağı və müxtəlif minerallardan hazırlanmış
muncuqlar tapıldı.
10N-li sərdabənin qurbangahı (10A) qəbrə qərb tərəfdən bitişik
işlənmiş, ətrafına 2,4x1,8m daş döşənmişdir. Kameranın uzunluğu
1,7m, eni 1,13 m, dərinliyi 0,55 m-dir. Örtük daşlarından üçü saxlan-
mışdır, onlardan ikisinin bir tərəfi qəbrin içərisinə düşmüşdür, biri
yerindədir. Kameranın divarları üfüqi düzülmüş daşlarla 5-6 qat işlən-
mişdir. Qarət olunmuş və dağıdılmışdır. Avadanlıq müxtəlif dərinlik-
də torpağa qarışmış şəkildə tapılır. Gil qabların böyük əksəriyyəti qa-
ra-boz gilli, bir qismi isə çəhrayı gillidir. Qurbangahdan konusvari
oturacaqlı, divarında iki deşiyi olan vaza, bir ədəd dərin, bir ədəd da-
yaz boşqab, dabanlı oturacağa malik bokal, bir ədəd üzərində çərtmə
naxışları olan şar gövdəli çölmək, dar boğazlı küpələr, üç çaynik tipli
Dostları ilə paylaş: |