MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
  1   2   3   4   5   6   7


Journal of Azerbaijani Studies                                                                                              

61

 



MUNCUQLUTƏPƏ NEKROPOLU 

 

Bəhlul İbrahimov 

Azərbaycan Milli Elmlər akademiyası  

 

 



Muncuqlutəpə  nekropolu  Ordubad  rayonu  ərazisində,  Plovdağ 

tunc dövrü abidəsi ilə Xaraba-Gilan orta əsrlər şəhər yeri arasında, Gi-

lançayın qolu olan (yayda quruyan) Xalı-Keşan çayının sağ sahilində, 

kiçik  təpənin  üzərində  yerləşir.  Təpənin  üzəri  düzdür,  quruluşuna  və 

coğrafi  mövqeyinə  görə  sanki  süni  surətdə  yaradılmışdır.  Burada, 

təqribən 1600-1700 kv.m. sahədə 33 sərdabə tipli qəbir kompleksi təd-

qiq  edilmişdir.  Muncuqlutəpə  nekropolunun  sərdabələrini  çoxdəfnli 

qəbirlərin ən yaxşı nümunələri hesab etmək olar. 

1N-li sərdabə düzgün olmayan dördbucaqlı plandadır, cənub-qərb 

istiqamətindədir.  Örtük  daşları  saxlanmamışdır,  kameranın  ölçüləri 

1,4x1,2x0,89  m-dir.  Qəbrin  şimal-qərb  küncündən  bir  ədəd  kiçik 

həcmli, çəhrayı gilli, düz oturacaqlı, düz divarlı, ağız hissəsinin bayır 

tərəfində iki ədəd qarşı-qarşıya şiş çıxıntıları vardır. 

2N-li  sərdabə  tamamilə  dağıntıya  məruz  qaldığından  iki  ədəd 

mincuqdan başqa material əldə edilmədi. 

3N-li  sərdabə  düzgün  olmayan  dördbucaqlı  formasındadır.  Örtük 

daşları saxlanmamışdır. Ətrafına dördbucaqlı planda daş döşənmişdir, 

perimetr üzrə ensiz, uzun daşlar düzülmüşdür. Qəbrin cənub divarının 

qərb tərəfi nisbətən kameranın içərisinə tərəf işlənmişdir. Ona görə də 

qəbrin qərb tərəfi şərq tərəfindən 40 sm-ə qədər ensizdir. Sərdabənin 

qərb divarına bir ədəd sal daş dikinə qyulmuş, qalan divarları isə üfüqi 

düzülmüş müxtəlif qalınlıqlı daşlarla işlənmişdir. Qəbrin içərisi dağı-

dılmış  və  qarət  olunmuşdur.  Sınmış,  ovulmuş  skelet  qalıqları  kame-

raya dolmuş torpağın içərisində və döşəmədə aşkar edilirdi. Qəbirdən 

ucları  birləşməyən  tunc  qolbaq,  ucları  bir-birinin  üzərində  olan  tunc 

həlqə,  əqiq  muncuqlu  iki  sırğa,  səkkiz  ədəd  əqiqdən  hazırlanmış,  iki 

ədəd  də  sürmədən  hazırlanmış eninə  deşikləri olan muncuq,  iki ədəd 

pstadan, iki ədəd  ağ  mərmərdən hazırlanmış  muncuq, uzərində  üfüqi 

və  şaquli  yapma bəzəkləri olan boz və  çəhrayı  gilli qab fraqmentləri 

tapıldı. 




62 

Bəhlul İbrahimov 

 

3N-li  sərdabənin  qurbangahı  (3A)  qəbirdən  cənub-qərb  tərəfdə 



yerləşir. Örtük daşları saxlanmamışdır, dördbucaqlı plandadır, ölçüləri 

1,3x0,95 m, dərinliyi 0,55 m-dir. Qurbangahın içərisi 6 sm qalınlığın-

da,  dikinə  qoyulmuş  sal  daşla  iki  hissəyə  bölünmüşdür.  Eni  0,48  m 

olan cənub yarısında səkkiz gil qab aşkar edildi. Bu qablardan çəhrayı 

gilli  ikisindən  biri,  sixilmiş  şar  gövdəli,  ağzının  kənarı  xaricə  açılan, 

lüləsinin ucu aşağı əyilmiş vəziyyətdə, ağzının lülə ilə qarşı tərəfində 

qulp  əvəzi  yapması  olan,  düz  oturacaqlı,  oturacağında  deşiyi  olan 

çaynik tipli qab, ikincisi isə içi boş konusvarı oturacağı olan üstü düz 

altlıq  idi.  Qurbangahda  çoxluq  təşkil  edən  boz  gilli  aıtı  qabdan  biri, 

çaynik tipli, ikincisi kiçik həcmli qab, üçüncüsü, yarımşar formalı qab, 

dördüncüsü, dəyirmi divarlı, bir tərəfində şaquli deşikli yapması olan 

dərin kasa, altıncısı isə dəyirmi divarlı boşqab idi. 

Qurbangahın eni 0,73 m olan şimal yarısında boz, sarı və çəhrayı 

gilli 14 ədəd gil qab aşkar edildi. Sarı gilli qablar bir ədəd geniş ağızlı, 

ağzının kənarı xaricə açılan, çərtmə naxışlı çölmək tipli qab və ağzına 

yaxın deşiyi olan boşqabdan; çəhrayı gilli qablar, bir ədəd çiyin hissə-

sində çərtmə naxışları olan çatnik tipli qabdan, bir ədəd içi boş konus-

varı  oturacaqlı  üstü  düz  altlıqdan,  bir  ədəd  dar  boğazlı,  üzərində 

çərtmə naxışları olan çölmək tipli qabdan, bir ədəd armudvari gövdəli, 

dar boğazlı küpədən, bir ədəd düz divarlı, ağzının kənarı xaricə açılan 

qabdan; boz gilli qablar isə beş ədəd müxtəlif ölçülü boşqabdan ibarət 

idi. Gil qablardan başqa qurbangahdan bir ədəd tunc sırğa və bir ədəd 

yumru  əqiq  muncuq  aşkar  edildi.  Böyük  ehtimalla  metal  əşyaların 

qurbangaha  sonradan-  yaxınlıqdakı  qəbirlər  dağıdəlarkən  düşdüyünü 

söyləmək olar. 

4N-li sərdabə nekropolun ən böyük sərdabələrindən biridir. Ətrafı-

na dördbucaqlı planda (4,0x5,0 m) daş döşənmişdir. Örtük daşları sax-

lanmamışdır.  Qəbrin  dördbucaqlı  kamerasının  ölçüləri  2,55x1,9-1,3 

m,  dərinliyi  0,85  m-dir.  Qəbrin  divarları  müxtəlif  ölçülü  daşlarla 

işlənmişdir. Qərb divarının ortasında uzunluğu 0,6 m, eni 0,35 m, də-

rinliyi isə 0,55 m olan giriş  yolu qurulmuşdur. Giriş  yolunu bağlayan 

sal daş aşkar edilmədi. Qəbrin kamerası dikinə qoyulmuş sal daşlarla 

iki  hissəyə  bölünmüşdür.  Hər  iki  hissədə  kameraya  dolmuş  torpağın 

içərisindən  və  döşəmədən  skelet  sümüklərinin  qalıqları,  keramika  və 

bəzək əşyaları tapılırdı. Qərb hissədə ağzı nisbətən dar və kənara aşı-

lan,  qırmızı  gilli,  içərisində  bişməmiş  gildən  3  ədəd  qoyun  fiquru 




Muncuqlutəpə nekropolu                                                                                                     

63

 



 

(9,0x3,-4,0 sm) tapılan çölmək tipli qab, bir neçə ədəd çəhrayı və boz 

gilli  qab,  dördbucaqlı  formada,  ortasının  çuxur  yerində  kəsişən  xət-

lərlə cızma naxışlı və hər iki tərəfində deşikləri olan bir əşya(ehtimal 

ki, amuletdir), diametri 2,6-2,3 sm olan tunc üzük, baş tərəfi həlqəvari 

formada  əyilmiş  baş  sancağı,  asma  bəzək,  balıqqulağından,  tuncdan, 

əqiqdən  və  daşdan  hazırlanmış  muncuqlar  aşkar  edildi.  Qəbrin  giriş 

yolundan da gil qab fraqmentləri tapıldı. 

4N-li sərdabənin qurbangahı (4A) dörbucaqlı planda olub ölçüləri 

0,82x0,87  m,  dərinliyi  0,62  m-dir.  Qurbangah  qəbrin  qərb  tərəfində 

yerləşmişdir,  içərisindən  bəziləri  bir-birinin  içərisində  olan  çəhrayı 

gilli  qablar  tapıldı.  Onlardan  ikisi  konusvari  oturacaqlı,  şar  gövdəli, 

tək qulplu bokal tipli qab, biri çəkmə formalı qab, ağzının bir tərəfində 

məməciyə  oxşar deşikli çıxıntısı olan  və  bəzilərinin ağzının  kənarına 

hər iki tərəfdən boya ilə zolaq çəkilmiş 15 ədəd boşqab, biri hər iki tə-

rəfdən məməcikli yapması olan boşqab, biri konusvari oturacaqlı qab 

fraqmenti,  ikisi  ayaqları  insan  ayağına  oxşadılmış  üstü  düz  üçayaq, 

biri açıq lüləli, ağzının kənarı azca xaricə açılan, lülənin əks tərəfində 

qulp əvəzi çıxıntısı olan çaynik tipli qab, geniş ağızlı, bəzilərinin otu-

racağında  deşik  olan  çölməklər,  biri  dar  boğazlı  küpə,  biri  dörd  ədəd 

qısa,  düz  ayaqları  olan,  profildən  kök  qoyuna  oxşayan,  oval  formalı, 

kiçik həcmli zoomorf qab, biri boz gilli, yastı oturacaqlı qab idi. Bun-

lardan başqa qurbangahdan tunc qolbaqlar, əqiq muncuqlu, həlqə for-

masında  üzük,  tunc  zəncir  fraqmentləri,  muncuq  düzümlü  sırğalar, 

yastı  dəmir  əşya  fraqmentləri,  dəvəgözü  daşı  qəlpələri  və  müxtəlif 

muncuqlar aşkar edildi. 

4N-li sərdabənin daha iki (4B,4C), dairəvi planda qurbangahı var-

dır ki, onlardan biri 4A qubangahına şimal tərəfdən, digəri isə cənub 

tərəfdən bitişik işlənmişdir. Onların forması və yerləşməsi qurbangah 

olduqlarını,  kameralarında  aşkar  edilmiş  avadanlıq  isə  onlardan  son-

radan qəbir kimi istifadə olunduğunu göstərir. 

4B qurbangahının diametri 1,5 m, dərinliyi 0,62 m olub, üstü sal 

daşlarla  örtülmüşdü.  Divarlarının  aşağı  hissəsi  şaquli  qoyulmuş  iri 

həcmli daşlarla, yuxarı hissəsi isə üfüqi düzülmüş daşlarla işlənmişdi. 

Qarət  olunmuş  və  dağıdılmışdı.  Belə  ki,  kameraya  dolmuş  torpaqın 

içərisindən osteoloji qalıqlar, üzərində düyməyə oxşar yapma bəzəklə-

ri olan çölməklər, altlıqlar, çaynik tipli qabların lülə hissələri, çəkmə 

formasında,  boğaz  hissəsində  düyməyə  oxşar  yapma  bəzəkləri  olan 




Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə