bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ cisimlərinin
qırıntıları, partlayış dalğası, lil və daş axınları. Maqma dedikdə, yer daxilində
ərimiş, yüksək hərarətli, son dərəcədə közərmiş və qazlarla zəngin olan silikat
maddə nəzərdə tutulur. Vulkan konusunun zirvəsində yerləşən kasa şəkilli və ya
qıfa bənzər boşluğa vulkan krateri deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq
krater göllərinin yaranmasına səbəb olur. Vulkanın püskürməsi ilə mübarizənin
üsulları:
-vulkanın vəziyyətini daim müşahidə etmək;
-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
-müdafiə bəndlərinin qurulması;
-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
-lavanın su ilə soyudulması;
-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi.
2.2.Geoloji təhlükəli təbii fəlakətlər. Onların baş vermə səbəbləri.
Sürüşmə- daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ
yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların
titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq
sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla,
uzunluğu isə yüzləriə metr ola bilər. Sürüşmələr uzun illər boyu tamamilə
hərəkətsiz qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların
sürəti saatda onlarca metrə çata bilir. Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı
torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları
isladarkən baş verir. Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl
zonasıdır. Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ərazilərdə çoxlu sayda ağacların əkilməsidir.
Sel- Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır.
Sel hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir
və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin
80-90%-i leysan mənşəlidir. Sel axınları yatağının mailliyi 6-20 dərəcə
hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə,
nadir hallarda isə 4-5 saat davam edir.
Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə
olan sahələrdə baş verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi
milyon kub metrə, maneələrə gostərdiyi təzyiq hər kvadrat metrdə 100 tona
çatır.(0,5 t/m
2
təzyiq qapı və pəncərələri qırır, 3 t/m
2
taxta tikililəri, 100 t/m
2
daş
binaları dağıdır) Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə
iri qar uçqunları təhlükəsi meydana çıxır. Müdafiə üsulları, qar yağmış
hündürlükləri atəşə tutmaqdır.
2.3. Meteoroloji xarakterli təbii hadisələr. Baş vermə səbəbləri.
Fırtına– Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb
olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa -Dolmuş buludlar arasinda əmələ gəlir. Dairəvi şəkildə fırlanaraq Yer
səthinə enir. Endiyi andan 30 m dərinliyində 40 -60 km məsafəni qət edə bilir.
Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200 km/saata çata bilir. Küləyin sürəti
Bofort şkalası ilə ölçülür. Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80
m/san (280 km/saat), dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110
m/san-dən artıqdır (400 km/saat). Burulğan zamanı isə küləyin ölçülmüş sürəti
115 m/san (420 km/saaat), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən
(1000 km/saat-dan) artıüdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli
şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.
Tufan –Küləyin sürəti 0 –dan səs sürətinə qədər ola bilir. 1946- cı ilə kimi 12
ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26- 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san –yə çatır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq
ballarla belə ifadə edilir: 1 baldan kiçik, 18÷32 m/san – zəif dağıntılar törədə bilər;
1 bal, 33÷49 m/san - mülayim; 2 bal, 50÷69 m/san – xeyli dağıdıcı; 3 bal, 70/92
m/san – güclü dağıdıcı; 4 bal 98÷116 m/san – dəhşətli dağıdıcı.
Dolu –Atmosfer yağıntılarının bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və buz qatı ilə örtülür. Ölçüsü 5mm-dən 55mm-ə qədərdir.
2.4. Hidroloji və Dəniz hidroloji təzahürlər. Onların baş vermə səbəbləri.
-suların yüksək səviyyəsi (daşqın, subasma);
-yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt);
-yağış daşqınları;
-maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması);
-suyun aşağı səviyyəsi.
-tayfunlar, sunamilər (qravitasiyalı dəniz dalğası), güclü dalğalar(5 bal və daha
yüksək), dəniz səviyyəsinin güclü ləngəri, erkən buz örtüyü və ya hərəkətsiz
qalın buz qatı, gəmi və liman tikililərinin buzlaşması, sahil buzlarının qopması.
Daşqınlar, subasmalar –çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması
nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır. Bütün
fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə və illik
iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur. Daşqınlar kiçik, böyük,
mühüm və faciəli olur.
Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. 10-15 ildən bir olur.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir.
20 -25 ildən bir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. 50 -100 ildən bir təkrar
olunur. Kənd təsərrüfatı sahələrinin 70%-i su altında qalır.
Faciəli daşqınlar bir və yaxud bir neçə çay sistemlərinin geniş sahələrini su basır.
100 -200 ildən bir baş verir və 70%- dən artıq kənd təsərrüfatı sahələri, şəhərlər,
yollar və s. su altında qalır.
Sunamilər-ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon dilindən
“körfəzdə hündür dalğa” kimi tərcümə olunur. Sunami sualtı və sahilyanı
zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının bir növüdür. Okeanın dibinin
qalxması, enməsi zamanı sahildə qəflətən qeyri –adi hündür ləpələr peyda olur.