Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə8/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
Müh

İstismar sınaqları sürtünmə düyünlərinin bilavasitə istismar şəraitində aparılan sınaqlarıdır. Bu sınaqlar müxtəlif düyünlərin qarşılıqlı təsirini (işini) təyin etməyə imkan verir. Sınaq nəticəsində mexanizmlərin iş (xidmət) müddəti və etibarlılığı qiymətləndirilir, sürtünmə əmsalı və onun sabitliyi, yeyimə sürəti və friksion cütlərin temperatura davamlılığı təyin olunur.
Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri

Yeyilmənin təbiəti

Yeyilmə - sürtünmə əmsalını sürtünmə səthərindən materialın ayrılması və ya səthlərin plastik deformasiyası nəticəsində onların ölçülərinin tədricən dəyişməsi ilə müşayiət olunan bir prosesdir.

Qoşulmada olan iki səthin nisbi yerdəyişməsi zamanı onların səth qatlarında mexaniki və molekulyar qarşılıqlı təsir əmələ gəlir ki, bu da nəticə etibarilə işçi səthlərin mikrohəcmlərinin dağılmasına, yəni yeyilməyə gətirib çıxarır.

Axır zamanlar yeyilmənin yorğunluq təbiəti nəzəriyyəsi geniş tətbiq olunur (kumulyativ yeyilmə nəzəriyyəsi). Bu zaman səth qatının dağılması səthdə yorğunluq çatlarının əmələ gəlməsi (səth materialının pulcuqların və ya materialın oksidlərinin əmələ gəlməsi) ilə əlaqələndirilir və yeyilmə prosesinin kumulyativ xarakterli yəni müxtəlif faktorların birgə təsiri prosesi kimi eləcə də friksion əlaqələrin çoxsaylı yüklənməsi kimi qiymətləndirilir. Bunu yəni yorğunluq anlayışının fiziki mahiyyətini dövri yüklənmənin yorğunluq çatlarının genişlənməsinə (inkişafına) təsiri haqqındakı təsəvvürlərə əsaslanaraq iza etmək olar.

Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri aşağıdakılardır:




Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə