Mühazirə№9: Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri



Yüklə 37,21 Kb.
səhifə3/3
tarix07.06.2022
ölçüsü37,21 Kb.
#89022
növüMühazirə
1   2   3
Multikulturalizmə giriş. Mühazirə№9

Multikulturalizm və gender.
«Gender» geniş mənada kişilərə və qadınlara aid xüsusiyyətlərin fərqini nəzərdə tutur. İctimai elmlərdə və xüsusilə feminizmdə «gender» daha dar mənada istifadə edilir və kişilərlə qadınların sosial təyinatlı rolunu, fəaliyyət sahəsini ifadə etməyi cinsi fərqlərdə deyil, cəmiyyətin ictimai quruluşunda görür. Yəni, qadın və kişilərin psixoloji xüsusiyyətlərini, davranış nümunələrini, fəaliyyət növlərini, peşələrini bioloji cins deyil, sosial-mədəni normalar müəyyən edir. Bir insanın kişi və ya qadın olması onun bu və ya digər anatomik xüsusiyyətlərə malik olması yox, cəmiyyətin müəyyənləşdirdiyi bu və ya digər gender rolunu yerinə yetirməsidir. Gender cəmiyyətdə qadın və kişinin sosial modeli kimi yaradılıb. Gender tədqiqatlarında əsas yeri kişi və qadınların sosial bərabərsizliyi problemi tutur. Gender sistemi insanların cinsindən asılı olaraq onlara aid edilən qeyri-bərabər mədəni qiymətləndirmələri və gözləntiləri əks etdirir. Sosial normalar zamanla dəyişir, amma gender bərabərsizliyi qalır. Beləliklə, gender sisteminın gender bərabərsizliyi əsasında qurulmuş sosial bir sistem olduğunu söyləmək olar. Gender sisteminin inkişafında və saxlanmasında insanların şüuru mühüm rol oynayır. İnsanlarda gender şüurunun formalaşması ictimai və mədəni stereotiplərin, normaların və qaydaların qorunması və yayılması hesabına baş verir.
Mədəniyyətlər arasında mədəni müxtəliflik və bərabərlik yaratmaq əvəzinə, multikulturalizmin Avropa modeli yeni problemlərin yaranmasına gətirib çıxardı. Xüsusilə kəskin problemlər ən az qorunan mədəni azlıqların (migrant qadınlar, uşaqlar və s.) hüquqlqrının qorunmasında yaşanırdı. Qadınların hüquqları həm onların daxil olduğu mədəni qruplar, həm də bu azlıqlara sahib olan liberal dövlətlər daxilində pozulurdu. Nəticədə multikulturalizm siyasətinin Avropa modeli xüsusilə feminizm tərəfindən kəskin tənqid edilir. «Feminizm» dedikdə, bir tərəfdən , cəmiyyətdə mövcud olan və cins prinsipinə əsaslanan «irqi, sinfi və cinsi hökmranlığın» ləğvinə, digər tərəfdən, qadınların hüquqlarının (siyasi, sosial və intellektual sahədə öz müqəddəratını təyin etmək) qorunmasına yönələn nəzəriyyə və siyasət nəzərdə tutulur. Avropa ölkələrində həyata keçirilən multikulturalizm siyasətinin tənqidi feminizm tərəfdarları tərəfindən bu siyasətin bir sıra nəzəri əsaslarının qəbul edilməməsindən irəli gəlirdi.
Gender bərabərsizliyi bütün patriarxal mədəniyyətlərdə mövcuddur (bütün mədəniyyətlər bu və ya digər dərəcədə patriarxaldır). Yəni qadınlar tabe olan mövqeyə malikdirlər. Bəzi mədəniyyətlərdə bu tendensiya özünü daha çox, digərlərində isə daha az biruzə verir. Bu daha çox patriarxal həyat tərzinin güclü olduğü mədəniyyətlərdə (məsələn, islam mədəniyyətlərində) və qadınların ərindən və ya ailəsindən asılı olduğu immigrant qruplarnda izlənilir. Qadınlar yalnız dar çərçivədə özlərinin ailəsi ilə ünsiyyətdə olur və cəmiyyətdən təcrid olurlar. Bu, onların özəl həyat sahəsinə sıxışdırılmasına və nəticədə, şəxsi mövqeyindən və ictimai məkanda öz müqəddəratını təyin etmək hüququndan məhrum edilməsinə gətirib çıxarır. Nəticədə, qadınlar yalnız mədəni şəxsiyyət və icmanın simvolik daşıyıcıları hesab olunur. Müvafiq olaraq, qadınların tabe olması və onlara nəzarət həm şəxsi, həm də kollektiv səviyyədə mədəni şəxsiyyətin qorunub saxlanması və yayılmasını təmin edir. Yalnız bir mədəniyyət nümayəndəliyinin daşıyıcısı hesab edilən belə bir vəziyyətdə olan qadın öz siyasi, sosial və intellektual müqəddəratını təyin etmək hüququndan məhrumdur. Multikulturalizm nəzəriyyələrinin bu gender laqeydliyi (gender bərabərsizliyi və qadınların öz müqəddəratını təyin etmək hüququ problemi) Avropanın liberal dövlətlərində multikulturalizmin siyasət kimi həyata keçirilməsində çətinliklərə gətirib çıxardı. Bəzi hallarda mədəni icmaların qrup hüquqlarının tanınması bu qrupun daxilindəki qadınların fərdi hüquqlarının pozulmasını nəzərdə tutur. Eyni zamanda, bir tərəfdən, Avropanın liberal dövlətləri gender bərabərliyi və insan hüquqlarını əsas dəyərlər kimi təmsil edir, digər tərəfdən etnik azlıqlarda qadınlara qarşı olan ayrı-seçkiliyi mədəni praktikalar hesab edirlər. Bununla da onlar dövlət səviyyəsində gender bərabərsizliyini dəstəkləyirlər.
Feminizm mövqeyindən danışan feminizm nümayəndəsi Oukin Avropa ölkələrindəki mövcud vəziyyətdə aşağıdakı həll yollarını görür. Birincisi, yalnız immiqrant qrupları və dominant icma arasında mövcud olan mədəni fərqlərə deyil, eyni zamanda «mədəni qruplar çərçivəsində mövcud gender bərabərsizliyinə» də diqqət yetirilməlidir. İkincisi, bu və ya digər mədəni təcrübələrin tanınmasına qrup hüquqlarının müzakirəsində mədəni cəmiyyətin bütün üzvlərinin «bərabər təmsilçilik» imkanını təmin etmək lazımdır. Əks təqdirdə cəmiyyətdə ən çox ayrı-seçkiliyə məruz qalan qadınların hüquqlarının pozulması davam edəcək. Beləliklə, Avropa milli dövlətləri kontekstində multikulturalizm siyasəti mədəni qruplar daxılındə qadın hüquqları problemini kəskinləşdirirək dövlət səviyyəsində gender bərabərsizliyi problemini daha da gücləndirir. Multikulturalizm tərəfdarları mədəniyyətlərin qorunmasına yardım edən və bununla da mədəni azlıqların mənafelərini qoruyan xüsusi qrup hüquqlarını tanımaq zərurəti barədə danışırlar. Feminizm mövqeyindən mədəni birliklərin qrup hüquqları bu birliklərin daxilində qadınların fərdi hüquqlarını pozur. Buna görə, multikulturalizm siyasətini qəbul edən Avropa liberal dövlətləri qrupların hüdudları arasında mədəniyyətlərin qorunması ilə bu qruplar daxilində qadınların fərdi hüquqları arasında münaqişəyə gətirib çıxaran çətin vəziyyətdə qalırlar. Bu münaqişəni yalnız mədəni qrupların rəsmi rəhbərlərinə deyil, bütün üzvlərinə səs vermək hüququ verməklə həll etmək olar. Qrup hüquqlarını müzakirə edərkən ən az qorunan mədəni qrupların üzvləri- gənc qadınların fikirləri nəzərə alınmalıdır. Oukinın fikrincə, yalnız bu şəkildə liberal dövlətlər gender bərabərliyi və multikulturalizm siyasəti arasında meydana çıxan ziddiyyətlərdən qaça bilər.
Son illərdə bəzi nəzəriyyəçilər təkcə hüquqlar baxımından deyil, həm də digər əsaslarla uzun müddət ayrı-seçkiliyə məruz qalan qrupların qorunmasını təmin edən bir modeldən danışmaqla multikulturalizmi genişləndirməyə çalışırlar. Burada söhbət irq və cinslə bağlı müxtəliflikdən gedir. Hətta demək olar ki, bütün inkişaf etmiş ölkələrdə ayrı-seçkiliyə qarşı siyasət kifayət qədər inkişaf etsə də, həqiqətən də bir çox yerlərdə qadınlar və qara dərili insanlar daha aşağı təhsil və az gəlir əldə edirlər, daha çox işsizliyə və daha çox şiddətə məruz qalırlar. Onların fikirləri az dinlənilir və hələ də bəzi yerlərdə qeyri-kamil və dəyərsiz sayılırlar. Bu tendensiya multikulturalizmin ayrı-seçkilik əleyhinə siyasətin bir hissəsi olub-olmadığına dair siyasi və akademik müzakirələrə səbəb olur.
Yüklə 37,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə