Mühazirə Peyk radiorabitə şəbəkələri


Yerüstü stasionar stansiyalar (YSS) seqmenti



Yüklə 1,89 Mb.
səhifə6/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

Yerüstü stasionar stansiyalar (YSS) seqmenti iki hissədən ibarətdir: sistemi idarəetmə mərkəzi (SİM) və şlüz stansiyalarından (ŞS).
SİM-lərin həll etdiyi əsas məsələ YSP-lərin iş qabiliyyətinin təmin olunması və qiymətləndirilməsidir. SİM-in tərkibinə radiogörünüş zona­sında olan peykləri izləyən parabolik antena daxildir. SİM-lə YSP arasında radiorabitə idarəetmə kanalı vasitəsi ilə yaradılır və mübadilə olunan informasiyanın tərkibində beşə qədər telemetrik məlumat və komanda olur. İdarəetmə komandaları lazımi YSP-yə və ya ŞS-ə peyklərarası rabitə kanalı vasitəsi ilə istiqamətlənə bilər. İRİDİUM PRS-də minimum iki SİM-dən istifadə olunmalıdır. Bunun səbəbi, “enən” peyklərlə radiorabitənin kəsildiyi anda, “qalxan” peyklərlə radiorabitənin yaradılması zərurətidir. İRİDİUM sistemində etibarlılığın artırılması məqsədi ilə müxtəlif kontinentlərdə yerləşdirilmiş 10-a yaxın SİM-lərdən istifadə olunur. SİM-lərin belə paylaşdırılması yerüstü idarə stansiyalarının qəzası zamanı, peyklərarası rabitə kanallarının bir neçəsinin sıradan çıxması zamanı, YSP-nin öz işçi orbitindən çıxdığı zaman və s. PRS-in iş qabiliyyətinin saxlanılmasını təmin edir.
ŞS vasitəsi ilə sistemin YSP-ləri milli, reqional və yerli telefon şəbəkələri ilə rabitə yarada bilir. ŞS-in tərkibinə YSP ilə telefon kanalını əlaqələndirən birləşdirmə kontrolleri daxildir. ŞS-in həll etdiyi məsələlərə abonentlərə müxtəlif xidmətlərin göstərilməsi, abonent terminalının klaviaturası vasitəsi ilə verilən funksiyaları yerinə yetirmək aiddir. Sonuncunu yerinə yetirmək üçün, hər bir ŞS-də abonentlər haqqında verilənlər bazası olmalıdır.
Abonent terminalları (AT) öz xarakteristikalarına görə 4 qrupa bölünür:

  1. mobil AT;

  2. qidalandırıcı günəş batareyalı telefon budkası;

  3. ixtisaslaşdırılmış aviasiya və dəniz istifadəçi terminalları;

  4. hərif- rəqəm radioçağırış qurğuları.

İRİDİUM PRS-in AT-lərində kompüter və faks - aparatlarını qoşmaq üçün portlar da nəzərdə tutulmuşdur. AT radiogörünüş zonasında olan YSP-lərdən biri ilə rabitə yaratmaq üçün istifadə olunur.
AT-YSP və YSP-AT istiqamətlərində radiorabitə 1616÷1626,5 MHs tezlik diapazonunda təşkil olunur. Yer stansiyası (YSS)-YSP arasında radiorabitə 19,4- 19,6 GHs, YSP-YSS arasında radiorabitə isə 29,1÷29,3 GHs tezlik diapazonlarında yaradılır. YSP-YSP rabitə xəttində isə 23,18÷23,38 GHs tezliklərdən istifadə olunur. Bu rabitə xəttlərində kanalların həm zaman, həm də tezlik üzrə bölünməsindən istifadə olunur. AT-YSP (YSP-AT) rabitə xəttində eni 42 kHs olmaqla 250 kanaldan istifadə olunur. AT-lərin aşağıdakı xarakteristikaları var:
- ötürülmə sürəti: danışıq siqnalları – 4,8 Kbit/s, verilənlər- 2,4 Kbit/s;
- şüalandırma gücü: 0,6 Vt;
- antenanın növü: oxvari (8 sm);
- çəkisi: 650 q.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə