Mühazirə Peyk radiorabitə şəbəkələri


THURAYA peyk rabitə sistemi



Yüklə 1,89 Mb.
səhifə8/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

THURAYA peyk rabitə sistemi

“Thuraya Satellite Telecommunications Company” şəxsi səhmdar cəmiy­yəti Birləşmiş Ərəb Əmirliklərində yara­dılmışdır və mobil peyk rabitəsi layihəsini reallaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu sistemin səhmdarlarının arasında Asiyanın, Şimali Ameri­kanın və Avropanın tanınmış rabitə operatorları və iqtisadi institutları var. THURAYA sisteminin yaradıcısı “Boeing Satellite Systems” kompaniya­sıdır.


Digər PRS-lərdən fərqli olaraq THURAYA PRS qlobal radiorabitə yaratmaq imkanına malik deyil. Məsələn, ABŞ-da bu sistem vasitəsi ilə rabitə yaratmaq qeyri-mümkündür. Lakin buna baxmayaraq Avropada, Avstraliyada, Asiyanın və Afrikanın bir sıra ölkələrində stabil radiorabitə təmin olunur. Bu PRS-in 150 minə yaxın istifadəçisi var. Sistemin əhatə zonasına 112 ölkə daxildir (şək. 11).


Şəkil 11. THURAYA peyk rabitə sisteminin əhatə zonası.


THURAYA PRS aşağıdakı rabitə xidmətlərini təklif edir:


1. faks rabitəsi (9,6 Kbit/san);
2. verilənlərin ötürülməsi (9,6 Kbit/san);
3. səs poçtu;
4. SMS qəbulu və ötürülməsi.
Digər PRS-lər kimi bu sistem də 3 seqmentdən ibarətdir:
1. kosmik seqment;
2. yerüstü seqment;
3. abonent seqmenti.
THURAYA PRS-in komponentləri aşağıdakılardır:
1. geostasionar YSP-lər;
2. ilkin birləşdirmə stansiyası;
3. əsas sistemi birləşdirmə bazası;
4. şəbəkəni idarə etmə sistemi;
5. peykləri idarə etmə mərkəzi;
6. operativ yardım mərkəzi;
7. abonent xidməti və billinq mərkəzi;
8. hesabat palatası;
9. xidmət və təmir mərkəzi;
10. regional birləşdirmə stansiyaları.
Hal-hazırda THURAYA PRS-in kosmik seqmenti geostasionar orbitdə yerləşmiş iki YSP-dən ibarətdir. Hər iki peyk “Boeing Satellite Systems” kompaniyası tərəfindən yaradılmışdır. Hər bir YSP-nin iş müddəti 12÷15 ildir. Bu peyklərin tərkibinə reflektorunun diametri 12,25 m olan parabolik antena daxildir. Bu antena informasiyanın rəqəmli emalı sistemi ilə birgə 13750 telefon danışığını emal etməyə qadirdir. Sistemi elektro­en­erji ilə təmin etmək üçün uzunluğu 34,5 m, eni 17 m olan günəş batare­yalarından istifadə olunur. YSP-nin çəkisi 3200 kq təşkil edir.
THURAYA PRS-də dörd növ radioxətdən istifadə olunur:
1. AT- YSP - 1626,5÷1660,5 MHs;
2. YSP- AT - 1525÷1559 MHs;
3. YSS- YSP - 6425÷6725 MHs;
4. YSP- YSS - 3400÷3625 MHs.
THURAYA PRS-də abonentlər həm yalnız AT-lər vasitəsi ilə (AT-YSP-AT), həm də AT və yerli lokal şəbəkələr vasitəsi ilə (AT-YSP-YSS-lokal yerüstü telefon şəbəkəsi) radiorabitə yarada bilərlər. YSS peyk rabitə sistemi ilə lokal telefon şəbəkələri arasında şlüz stansiyası rolunu oynayır və informasiyanın qəbulu/ötürülməsi, YSP-lərin idərə olunması, telefon danışıqlarının idarə olunması kimi əməliyyatları yerinə yetirir.
Sistemdə istifadə olunan AT-lər ölçülərinə görə 3 qrupa bölünür:
1. kiçikölçülü mobil AT;
2. avtomobil AT;
3. stasionar AT.
Hal-hazırda THURAYA mobil AT-ləri öz ölçü və rabitə keyfiyyətinə görə GSM standartlı mobil telefonlara daha yaxındır. Belə AT-lərin ölçülərinin kiçildilməsi YSP-nin şüalandırma gücünün yüksəldilməsinə və YSP-nin antenasının ölçülərinin böyüdülməsinə səbəb oldu. YSP-lərin belə quruluşu AT-lərdə kiçik şüalandırma gücündən (0,65 Vt) istifadə etməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, adi şanvari mobil telefonların da şüalandırma gücü təqribən 0,65 Vt təşkil edir. THURAYA PRS-in ASCOM və HUGIES AT-ləri iki rejimdə - həm mobil peyk telefonu, həm də şanvari mobil telefon kimi istifadə oluna bilər. Bundan başqa AT-lərin tərkibində GPS qəbuledicisi də yerləşdirilir. Bu da öz növbəsində abonentin koordinatlarını 100 m dəqiqliklə təyin etməyə imkan verir.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə