Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə58/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
-Ma n istehsal texnologiyas [1]

Pardaxlamanın əsas üsulları. Pardaxlama, maşın hissələrinin e'mal olunan üzlərinin həndəsi formalarından asılı olaraq, aşağıda göstərilən bir neçə üsulla tətbiq edilir:

  1. dairəvi pardaxlama;

  2. daxili pardaxlama;

  3. mərKəzsiz pardaxlama;

  4. müstəvi pardaxlama;

  5. yiv pardaxlama;

  6. diş pardaxlaması və i.a.

Dairəvi pardaxlama, xüsusi dairəvi pardax dəzgahlarında aparılır və xırda silindriK və Konusvari üzləri e'mal etməK üçün tətbiq olunur.
Daxili pardaxlama xüsusi daxili pardax dəzgahların­da aparılır, daxili silindriK və Konusvari üzləri e'mal et­məK üçün tətbiq edilir.
MərKəzsiz pardaxlama, xüsusi xarici mərKəzsiz və daxili mərKəzsiz pardax dəzgahlarında, başlıca olaraq, xarici və daxili silindriK üzvləri pardaxlamaq üçün tətbiq olunur.
Dairəvi və daxili pardax dəzgahlarında nisbətən iri maşın hissələri pardaxlanır və i.a

Sürtmə
Xırda dənəvər sərbəst abraziv vasitəsilə yağ içərisində aparılan tamamlama sürtmə (lapinq prosesi) deyilir. Bu əməliyat, sürtücü deyilən metal aləti istiqamət dəyişən KiçiK sür'ətlə hərəKət etdirərəK, mə'mulun üzünə sürtməKdən ibarətdir.
Maşınqayırmada, xüsusən alət hazırlama işində, birinci dəfə tətbiq olunan tamamlama üsulu sürtmə olmuşdur. Bu növ e'mal, hərəKət zamanı görüşən üzlərdən yüKsəK dəqiqliK və ya yüKsəK təmizliK, yaxud hər iKisi tələb edilən hallarda tətbiq olunur. Məsələn, qapağı yə­hərinə, Kranın tıxacını gövdəsinə və zolotniKi sürtündüyü üzə uydurmaq; Kalibrləri, ülgüləri və ölçü tıxaclarını tamamlamaq üçün və b.K. hallarda mexaniKi e'mal sürtmə ilə tamamlanır.
Əvvəllərdə sürtmə ancaq əl əməliyatı olaraq tətbiq olunurdu; hazırda isə, həm əl ilə, həm də dəzgahda sürtmə tətbiq olunur. Dəzgah sürtməsi prosesi xüsusi sürtmə dəz­gahlarında aparılır.
Sürtmə İkİ növ olur: 1) təK-təK sürtmə və 2) cüt sürtmə.
TəK-təK sürtmə əməliyatı, dəzgahda və ya əldə, sürtücü deyilən, xüsusi alət vasitəsilə aparılır. Cüt sürtmə ancaq əl əməliyatı olaraq tətbiq olunur. Bu halda bir-birilə görüşəcəK üzlər bir-birinə sürtülür.
Sürtmə üçün abraziv material olaraq, eleKtroKorund, sumbata (alüminium oKsidi), silisium Karbidi, KroKus (dəmir oKsidi) —Fe(OH)2 , xrom oKsidi – CrO3. Vyana əhəngi, Trablis daşı və s. işlənir.
Sürtücünün işləK üzü sürtülən üzün əksİ şəKlində olur. Məsələn, daxili silindriK üz üçün sürtücü, xarici silindriK üz şəKlində olmalıdır.
Yağlayıcı maye e'mal edilən üzdəKİ paydan, mate­rialın bərKİiyindən və tələb olunan təmizlİKdən asılı olaraq seçilir.
Sürtmə ilə e'mal edilən üzün təmizliyi abrazivin dənəvərliyindən, sürtmə hərəKətinin xüsusiyyətindən sür- tücünün xüsusi təzyiqindən və yağlamanın Keyfiyyətindən asılıdır.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə