MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

Əmtəələr kreditə satılan zaman pul əmtəə  tədavülündə  fəaliyyət göstərir. 
Lakin pul tə’diyə vasitəsi kimi əmtəə  tədavülündən kənarda - əmək haqları  və 
maliyyə öhdəlikləri (istiqrazlar, vergilər və s.) verilən zaman fəaliyyət göstərir. 
Pulun tə’diyə vasitəsi funksiyasından kredit pullar - veksellər, banknotlar, 
çeklər törəyir. Kağız pullar banknotlardan fərqlənirlər.  Əvvəla, kağız pullar 
tədavül funksiyasını yerinə yetirirlər, banknotlar isə tə’diyə vasitələridirlər. Kağız 
pulları dövlət buraxır, banknotları isə  mərkəzi emissiya bankları çap edir. 
Banknotların qızıl, digər qiymətli  əşyalar və bankın sərəncamında olan xarici 
valyuta tə’minatı vardır. 
Ölkələrarası  iqtisadi  əlaqələr dairəsində pul dünya pulu funksiyasını yerinə 
yetirir. Dünya bazarında pulun bu funksiyasını çəki formasında qızıl yerinə yetirir. 
Dünya pulunun xüsusiyyətləri aşağıdakılardır: ümumi dəyər ölçüsü, ümumi 
tə’diyə vasitəsi, ümumi alqı-satqı vasitəsi, qızılın bir ölkədən digər ölkədə 
yerləşdirilməsi. 
 
§6. Pulun təkamülü 
 
Pulun mənşəyinin, mahiyyətinin və funksiyalarının öyrənilməsi müasir bazar 
iqtisadiyyatında ondan səmərəli istifadə olunmasına və pulun təkamülünün 
araşdırılmasına əsas verir. 
Müasir şəraitdə qızıl, pul kimi çıxış etmir, onu kağız-kredit pullar əvəz edir. 
Qızıl  əmtəənin dəyər ölçüsü kimi öz funksiyasını itirməmişdir, çünki qızıl öz 
xassəsini saxlayır. Lakin xarici görünüş e’tibarilə qızılın pul kimi funksiyasında 
dəyişiklik baş vermişdir. Bu proses bazar iqtisadiyyatı ilə  əlaqədar olan əmtəə 
münasibətlərilə bağlıdır.  
Bazar münasibətlərilə  əlaqədar olaraq əmtəə  tədavülü prosesində  hər-hansı 
bir  əmtəənin nə  qədər dəyəri var, əmtəənin dəyəri çoxdur, ya azdır probleminə 
tələb yoxdur. Məsələ burasındadır ki, satış üçün nə  qədər  əmtəə  təklif olunur. 
Nəhayət e’tibarilə, pulun funksiyası  dəyəri  ölçməkdir, lakin dəyər ölçüsü 
funksiyası istehsal münasibətlərinin müəyyən inkişaf mərhələsində xüsusi təzahür 
formadır. 
Əmtəələrin dəyərini ölçmək üçün əşya formasında  əmtəədə birkiyən 
dəyərdən istifadə etmək heç də  zəruri deyildir. Əmtəə  tədavülü bir əmtəənin 
digərinə dəyişilməsilə də baş verir. Bu zaman pul istifadə olunmur. Odur ki, əmtəə 
tədavülü baxımından tədavüldə olan pul ekvivalent mübadilədə  dəyəri ifadə 
etməlidir, lakin özünün dəyəri olmaya da bilər. Məhz buna görə  də  qızıl, pul-
kağız, xüsusi bir əmtəə kimi pulla əvəz edilir. 
Pulun funksiyalarının təkamülü  qızılın (sikkənin) pul funksiyasından 
məhrum olması (demonetizasiya) prosesi ilə  əlaqədardır. Yüksək səviyyədə 
inkişaf etmiş  əmtəə  təsərrüfatında qiymətin  əmələ  gəlməsi prosesi öz qızıl 
əsasından ayrılır və kredit pullar həlledici rol oynayırlar. Kredit pullar xüsusi, 
daxili dəyərə malik olmurlar. Bu proses kağız pulların sərbəst olaraq qızıla dönərli-
liyinin ləğv olunması ilə  əlaqədardır. Çünki qızılın qiyməti alıcıların tələbi 
nəticəsində formalaşır və istehsal qiymətindən artıq olur. Digər tərəfdən, qızılın 
qiymətinin hərəkəti valyutanın dönərliliyinin alıcılıq qabiliyyətinin dəyişməsi ilə 
 
50


əlaqədar olaraq müstəqilləşir. Nəhayət, əmtəələrin qiymətlərinin dəyişməsi qızılın 
qiymətinin dəyişməsinə uyğun gəlmir. 
Birinci Dünya müharibəsi dövründə qızıl tamamilə tədavüldən çıxarıldı. Bu, 
qızılın pul funksiyasından məhrum olunmasının birinci mərhələsi idi. Bir çox 
ölkələrdə banknotların qızılla xırdalanması  ləğv edildi. İlk  əvvəllər qızıl-külçə 
standartları buraxılırdı. Bu o demək idi ki, banknotlar qızıl sikkələrə deyil, qızıl 
külçələrinə dəyişdirilir. Sonralar bütün kapitalist ölkələrində banknotların sərbəst 
olaraq dəyişdirilməsi dayandırıldı. 
Qızılın ikinci dəfə demonetizasiyası kağız pulların nəinki faktiki, həm də 
formal olaraq qızıl ehtiyatı ilə əlaqəsinin zəifləməsinə səbəb olmuşdur. Beləliklə, 
kağız pulların kursu, hal-hazırda dövlətlərin qızıl ehtiyatlarından asılı deyildir. 
Tədavül prosesinin getdikcə  səmərəliləşdirilməsi pulun təkamülünün 
dərinləşdirilməsini daha da kəskinləşdirdi. Nəticə e’tibarı ilə pul öz ənə’nəvi 
formasından uzaqlaşır və  nəhayətdə pulun tə’diyə funksiyasından irəli gələn 
kredit pullar ön plana keçir. Beləliklə, qarşılıqlı ödənişlər nəticəsində  tədavüldə 
olan nağd pul kütləsinə  qənaət olunur. Bu proses tədavül vasitəsinin səmərəlili-
yini yüksəldir və pul tədavülünün sür’ətini artırır. 
Kredit pullar vasitəsilə  qızılın sıxışdırılması  tədavüldən müəyyən qədər 
banknotların, çeklərin və sairənin çıxarılmasına səbəb olmuşdur. Bu məqsədlə  də 
kredit kartoçkaları istifadə edilir. Kredit kartoçkaları da müxtəlif növlü olurlar. 
Qeyd edək ki, iqtisadi, siyasi valyutanın qeyri-sabitliyi şəraitində qızıl dəfinə 
kimi çıxış edir ki, bu da dövlətin və xüsusi şəxslərin sığorta fondunu təşkil edir. 
Qızıl ehtiyatı dövlətin, xüsusi şəxslərin ümumi sərvətinin qarantı kimi çıxış 
edir. 
Dövlətin və xüsusi şəxslərin  qızıl ehtiyatı ümumsərvət hesab olunur. Qızıl 
bazarında kredit pulları qızılla dəyişmək olur. Külli miqdarda qızıl yığmaq qızılın 
sərvət (dəfinə) rolunu oynamasının təcəssümüdür. Kağız və kredit pullar dəfinə 
funksiyasını oynaya bilmir. Çünki onlar xüsusi dəyərə malik deyillər. Lakin belə 
pullar dəyərin nümayəndəsi kimi çıxış edirlər və yığım funksiyası rolunu oynaya 
bilirlər.  Əmtəə istehsalı  şəratində kağız və kredit pullar yığım kimi istifadə 
olunurlar. Belə bir prosesdə pulun yığılması təkrar istehsala - istehsala, bölgüyə, 
mübadiləyə və istehlaka xidmət edirlər. 
Pulun təkamülü bazar münasibətlərinin, makro-, mikroiqtisadiyyatın və dünya 
təsərrüfatının tədqiq edilib öyrənilməsində mühüm zəruri vasitədir. 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 7. BAZAR VƏ BAZAR İQTİSADİYYATI 
 
§1. Bazarın meydana gəlməsi. «Bazar» anlayışının elmi məzmunu 
§2. Müasir bazar sistemi və strukturu 
§3. Bazar və ticarət 
§4. Marketinq və onun fəaliyyəti haqqında 
§5. Bazar iqtisadiyyatının genetik əsasları və əsas cəhətləri 
§6. Bazar iqtisadiyyatı subyekti –»İqtisadi insan» haqqında 
 
51


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə