MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

Ferqyusson (1723-1816) cəhd göstərmişdir.  İnsan cəmiyyətinin tarixi inkişafını o, üç: vəhşilik, soyğunçuluq və 
sivilizasiyalı  mərhələlərə bölmüşdür. Tarixi inkişafın belə  mərhələlərə bölünməsi təsərrüfat fəaliyyətinin və 
mülkiyyətin formalarının inkişafına əsaslanırdı.  
Vəhşilik mərhələsi ovçuluq təsərrüfatının mövcud olduğu və xüsusi mülkiyyətin olmadığı dövrə aid edilir. 
Sivilizasiyalı dövr isə əkinçilik təsərrüfatının meydana gəlməsi ilə xüsusi mülkiyyətin hakim olduğu dövrə 
aid edilir. 
Tarixi inkişafın belə bölgüsünü daha sonralar Lyuns Henri Morqan (1818-1881) öz tədqiqatında istifadə 
etməklə onu xeyli təkmilləşdirmişdir. Bu dövrlərin hər birini o, aşağı, orta və yuxarı pillələrə bölərək ictimai 
formasiyaların inkişafının me’yarını müəyyən etmişdir. Belə bölgü təbiətin hazır məhsullarının, mənimsənilən təsər-
rüfatla istehsal edən cəmiyyətlərin fərqlənməsinə imkan vermişdir. 
K.Marks sinifli cəmiyyətlərin meydana gəlməsi və istismar edənlərlə istismar olunanların münasibətini 
göstərmək məqsədilə qeyd etmişdir ki, antik, feodal, müasir burjua istehsal üsullarını ümumi şəkildə iqtisadi-
ictimai formasiyanın mütərəqqi mərhələləri kimi nəzərə almaq olar. Cəmiyyətlərin iqtisadi inkişaflarını  sə-
nayeləşməyə görə  fərqləndirən U.Rostou göstərirdi ki, texniki səviyyələrinə görə iqtisadi mərhələlər meydana 
gəlmişdir. Belə ki, iqtisadi artımın mərhələləri, texniki-iqtisadi, siyasi-ideoloji və s. amilləri qarşılıqlı əlaqələrinə 
görə müəyyənləşdirilməlidir. Mərhələlərin dəyişilməsi əsasən iqtisadiyyatın əsas aparıcı bölməsi olan istehsalın 
miqyasının dəyişilməsinə səbəb olur. Onların fikrincə ümumiyyətlə, iki tipli: kapitalizmə qədərki – ən’ənəvi və 
kapitalizmdəki sənayeləşmiş cəmiyyət mövcuddur. 
U.Rostou iqtisadi artımın beş mərhələsini qeyd edir:  
1. Ən’ənəvi cəmiyyət. 2.Keçid mərhələsinə şərait hazırlayan dövr. 3. Sənayeləşmiş inkişafa irəliləyən və keçən 
mərhələ. 4. Sənayeləşmədən sonrakı yetkin cəmiyyət. 5. Kütləvi istehlak cəmiyyəti. 
Qərbi Avropada tarixi inkişafın göstərilən mərhələlərindəki belə bölgüsünə baxmayaraq, onlardan xeyli 
əvvəl  Şərqdə görkəmli  ərəb mütəfəkkiri  İbn Xəldun (1332-1406) cəmiyyətin bölgüsünə özünəməxsus formada 
yanaşmışdır. O göstərirdi ki, cəmiyyət öz inkişafında üç vəziyyəti keçmişdir: 1.Vəhşilik. 2. Kənd yerlərində yaşa-
yış. 3. Şəhərlərin meydana gəlməsi.  İbn Xəldun çox böyük uzaqgörənliklə istehsalın inkişafının  şəhərlərin 
meydana gəlməsində  sıx  əlaqədə olduğunu qeyd etmişdir. O qeyd edir ki, həyat tərzindəki fərqlər məhz yaşayış 
vasitələrinin  əldə olunması üçün tətbiq olunan üsulların müxtəlifliyi ilə bağlıdır. Göründüyü kimi, iqtisadi 
sistemin formalaşmasında, maddi ne’mətlərin istehsalı üçün tətbiq olunan müxtəlif üsulların seçilməsi xüsusi əhə-
miyyət daşıyır. 
Başqa belə bir vacib cəhət qeyd olunmalıdır ki, iqtisadi sistem XX əsrin 40-cı illərindən başlayaraq, 
neoliberalizm nəzəriyyəsinin görkəmli nümayəndələri olan alman iqtisadçıları V.Ryopke, L.Erxard və V.Oyken 
tərəfindən «təsərrüfatçılıq prosesinin istiqamətləri forması» kimi qeyd olunurdu. Eyni zamanda onlar göstərirdilər 
ki, ümumiyyətlə, bütün ictimai quruluşda tarixi inkişaf dövrlərindən, iqtisadi artımın mərhələlərindən asılı olma-
yaraq iki formada, «mərkəzləşmiş idarəetmə  təsərrüfatı» (totalitarizm) və «bazar təsərrüfatı» sərbəst və açıq 
təsərrüfat  şəklində mövcuddur. Bu baxımdan da marksizmin bəşəriyyətin beş istehsal üsulundan keçəcəyi ideyası 
inkar edilirdi. Bazar sistemində fəaliyyət göstərən kapitalizmdən başqa, bütün təsərrüfatçılıq formaları, icma, feodal, 
nasist və planlı-sosialist təsərrüfatçılıq formaları, mərkəzi idarəetmə  təsərrüfatçılığının tipləri kimi qeyd 
olunurdu. 
Cəmiyyətin inkişafı insanların fəaliyyəti ilə bağlıdır, insan fəaliyyəti bu iqtisadi aktivliyin, spesifik 
forması olaraq ətraf mühitin qavranması ilə, adamların daxili imkanlarının, maddi və mə’nəvi ne’mətlərin istehsalı 
ilə üzə  çıxır.  İnsan fəaliyyəti özbaşına deyil, məhz müəyyən məqsədlərin həyata keçirilməsi  şəraitində baş verir. 
Adamların yeməyə, geyinməyə, istirahət etməyə və s. tələbatlarının ödənilməsi ilə əlaqədar meydana gələn fəaliy-
yətləri istehlak etmək naminə istehsal etməyə  məcbur olurlar. Əlbəttə, belə  məcburiyyət yalnız tələbatların 
ödənilməsi naminə  məhdud resurslardan istifadə etmək nəticəsində meydana gəlir və istehsal prosesi formasını 
alır. İstehsal prosesi istehlakçıların mövqeyi baxımından qiymətləndirildiyindən o, sərvət və ne’mətlərin yaradıl-
masının zəruri şərtidir. İqtisadi sistemin formalaşmasına iki mühüm amillər qrupu tə’sir göstərir. Birincisi, möv-
cud  mühit, ikincisi isə iqtisadi sistemi təşkil edən elementlərin  struktur  əlaqələrinin xüsusiyyətləri. Bununla 
əlaqədar olaraq göstərməliyik ki, iqtisadi sistemi müəyyən edən və inkişaf etməsinə  səbəb olan amillər bir neçə 
qismə bölünürlər: təbii-iqlim, istehsal-iqtisadi, mə’nəvi-hüquqi, sosial-mədəni, dini-əxlaqi. 
Düzdür, bu amillər qrupunun əksər hissəsi iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq meydana gəlsə də 
hər halda onlar iqtisadi sistemin formalaşmasına aktiv tə’sir göstərir.  İnsanların  əməyə, sərvətə, ne’mət və 
xidmətlərə olan xüsusiyyətləri, eləcə də zəruri davranış qaydaları, iqtisadi sistemin inkişaf qanunauyğunluqlarını 
əsaslandırır. 
Təsadüfi deyildir ki, məhz sosial-mədəni amillər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyalı 
inkişafın iki mühüm və biri-birindən fərqli  Qərb  və  Şərq istiqamətləri meydana gəlmişdir. Bu istiqamətlərin 
özünəməxsus inkişaf qanunauyğunluqları olsa da bunlar insanların iqtisadi fəaliyyətlərinin təkmilləşdirilməsində 
özünəməxsus rol oynamışdır. Belə ki, Qərb inkişaf yolu, sərbəstliyə, demokratizm prinsiplərinə əsaslanırsa, Şərq 
yolu ciddi nəzarətə, milli mənafeyin üstünlüyünə, dini əqidələrin möhkəmliyinə əsaslanır. Ona görə də bir iqtisadi 
sistemdən digər iqtisadi sistemə keçərkən mütləq sosial-mədəni amillər qrupunun fəaliyyətini nəzərə almaq lazımdır. 
Çünki, fəaliyyət göstərən hər bir iqtisadi sistem, müəyyən mə’nada fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı 
olaraq inkişaf edir və ayrı-ayrı model formasını alır. Belə olmasaydı bazar sistemi ilə inkişaf edən ölkələrin heç də 
amerikan, alman, yapon, İsveç və s. modelləri meydana gəlməzdi. Keçid iqtisadiyyatı üçün mütləq bu cəhətlərə 
diqqət yetirmək zəruridir.   
 
26


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə