Mühazirə: Görkəmli Azərbaycan bəstəkarları



Yüklə 41,55 Kb.
səhifə2/2
tarix17.12.2023
ölçüsü41,55 Kb.
#149793
növüMühazirə
1   2
Azərbaycan bəstəkarları

Müslüm Maqomayev
(1885-1937)
İstedadlı bəstəkar, pedaqoq, respublikanın görkəmli musiqi və ictimai xadimi olan M.Maqomayev Azərbaycan musiqi incəsənəti tarixində xüsusi yer tutur. Bəstəkarın yaradıcılıq yolu çətin və mürəkkəb olmuşdur. Onun yaradıcılıq fəaliyyəti müxtəlif sahələri əhatə edirdi: 2 opera, bir sıra kütləvi mahnılar, instrumental janrda yazdığı əsərlər, eləcə də k\f-lərə və dram tamaşalarına yazdığı musiqi və s. buna misal ola bilər. Bəstəkarın musiqisi öz milliyi ilə, melodiyasının aydınlığı ilə diqqəti cəlb edir.
M.Maqomayev 1885-ci ildə 6(18) IX-da Qroznı şəhərində anadan olmuşdur. Ailədə musiqiyə olan xüsusi maraq M.Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır. Onun musiqi istedadı hələ kiçik yaşlarından özünü biruzə vermişdir. O, ilk təhsilini Qroznuda almış və 1899- da Qori müəllimlər seminariyasına daxil olmuşdur. Elə buradan da onun Ü.Hacıbəyov ilə dostluğu başlayır. Seminariyada təhsil aldığı müddətdə M.Maqomayev skripka va qaboyda ala çalırdı. Orada çox zaman tələbələrin iştirakı ilə simfonik va nəfəsli orkestrin konsertlari keçirilirdi. Ela bir konsert tapılmaz idi ki, orada M.Maqomayev iştirak etmasin. Artıq 18 yaşlı M.Maqomayev simfonik orkestrin baş ifaçısı olaraq dəfələrlə dirijoru əvəz edərdi. O, həmçinin seminariyada təşkil olunmuş xorda da böyük həvəslə oxuyurdu.
Seminariyada təhsil aldığı müddətdə o, zaqafqaziya xalq yaradıcılığı ilə dərindən maraqlanır. Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota salır və xor üçün tərtib edirdi.
M.Maqomayev 1904-də Qori seminariyasını bitirdikdən sonra Şimali Qafqaza işə göndərilir, 1905-dən isə Lənkəranda müəllimlik etməklə məşğul olur. Bununla yanaşı ictimai işlərdə də yaxından iştirak edir: nəfəsli alətlər orkestri, xor, balalayka çalanlar ansamblı və s. təşkil edir.
1911-də M.M. Bakıya gəlir. Bu dövrdə Bakıda azərbaycan opera truppasi fəaliyyət göstərirdi. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operaları, eləcə də "O olmasın bu olsun" musiqili komediyası tamaşaya qoyulurdu. Bu tamaşaların demək olar ki, hamısına M.Maqomayev dirijorluq etmişdir.
M.Maqomayevin Azərbaycan milli teatrının inkişafı və eləcə də müəllimlik sahəsindəki fəaliyyəti onu Ü.Hacıbəyovla daha da yaxınlaşdırır. M.Maqomayev teatrın rəhbəri və baş dirijoru olmaqla yanaşı həmçinin bəstəkarlıq sahəsində də fəaliyyət göstərirdi. 1916-da o, öz ilk musiqili səhnə əsəri olan "Şah İsmayıl" operasını yazır. Opera xalq əfsanəsi əsasında yazılmışdır. Burada bəstəkar folklor nümunələrindən bacarıqla istifadə etmişdir. Bu operası ilə M.M. bir daha Azərbaycan xalqının opera sənətinin inkişaf yolunu müəyyənləşdirdir. Ümumiyyətlə azərbaycan operasının inkişafı üçün xorun yaradılması günün əsas tələblərindən idi. Həmin xoru M.M. yaradır.
"Şah Ismayil" operasının ilk tamaşası 1919-da (7/III) olmuşdur. 1916-da tamamladığı bu operanı bəstəkar bir neçə dəfə redaktə etmişdir.
Nəticədə operanın partitura üzrə ifası mümkün olur.
1933-ildə "Şah İsmayıl" operası müəllifin özünün dirijorluğu ilə tamaşaya qoyulur. 1920-30-cu illərdə M.Maqomayev bir isra k/f-ə musiqi yazmışdır: "Azərbaycan incəsənəti", "Bizim raport" və s. Bununla yanaşı o, dram tamaşalarına da musiqi yazmışdır. Məsələn, C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "1905-ci ildə" və s.
M.Maqomayev simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi" vǝs. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirirdi. Onun "Bahar", "Tarla", "Bizim kənd", mahnıları milli koloriti ilə diqqəti cəlb edir.
M.M. çoxlu miqdarda azərb.xalq mahnı və rəqslərini toplayıb nota salmışdır. Bəstəkarın kolxoz mövzusunda yazdığı "Dəli Muxtar" baleti, "Xoruz bǝy" musiqili komediyası əl yazması halında saxlanılır. M.Maqomayev yar-nın ən yüksək zirvəsini onun "Nərgiz” operası təşkil edir. Operanın yazılışına bəstəkar 1932-ci ildə başlamış və 1935-ci ildə tamamlamışdır. "Nərgiz” operası azərbaycan musiqisinin inkişafı tarixində böyük yer tutur. Operanın ilk tamaşası 1935-də (24/XII) böyük müvəffəqiyyətlə keçmişdir. Opera üzərində işlərkən bəstəkar azərbaycan opera sənətinə bir sıra yeniliklər əlavə etmək fikrində idi. O, hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq lazımdır, operanın melodik quruluşunda milli musiqi ilə əlaqə saxlanılmalıdır; çoxsəsli xor operada xüsusi yer tutmalıdır; operada olan duet, trio, kvartet dinləyiciyə azərbaycan müğənnilərinin ifasında səslənəcək yeni oxu növü kimi çatdırılmalıdır. M.Maqomayev operada ifaçı tərəfindən edilən improvizasiya üsulunun əleyhinə idi. O, hesab edirdi ki, operanın not yazısı olmalıdır və ifaçılar ciddi şəkildə həmin not yazısını ifa etməlidirlər.(Operanın musiqisi xalq mənbələrinə əsaslana bilər, mövzu isə müasir olmalıdır... M.Maqomayev) M.Maqomayevin "Nargiz" operasi 1938-ci ildə Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Bu operada bəstəkarın özünəməxsus olan fərdi dili aşkar edilir. Bu operanın tamamlanması ilə əlaqədar olaraq M.M. Az.SSR-nin əməkdar incəsənət xadimi faxri adına layiq görülmüşdür. M.M. xalq maarif komisarlığında respublika incəsənət şöbəsinin müdiri, Azərbaycan dram teatrının müdiri, Azərbaycan opera va balet teatrının müdiri, Azərbaycan radio komitəsində musiqi şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır.
M.M. "Nərgiz” operasının yeni redaktəsi üzərində işləməyə başlayır, lakin işi sona çatdıra bilmir. O, 1937-ci ildə vəfat edir. Başladığı işi isə R.M.Qlier və Niyazi tamalamışlar.
M.M. azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi mövqe tutur. O,müəllim, dirijor olmaqla yanaşı həmçinin milli musiqi mədəniyyətinin inkişafı tarixində mühüm rol oynamışdır.
O, daima opera sənətinin inkişafı uğrunda, eləcə də məhz Az-da opera sənətinin inkişafı uğrunda mübarizə apararaq azərbaycan bəstəkarları tərəfindən opera yaradıcılığı sahəsində müasir opera yazı üslubuna istinad etməyi tövsiyə edirdi.
Bir sıra azərbaycan bəstəkarları öz yaradıcılıqlarında M.Maqomayevin yaradıcılıq yolunu davam etdirərək yaradıcılıqları opera əsərlərində yeni - yeni yollar axtararaq M.M. yaradıcılığını yaşatmaqdadırlar.
1. "Şah İsmayıl"
2. "Nərgiz” operaları vəs.
3. Marş RV-8
4. Mahnıları, rəqsləri.
Yüklə 41,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə