Mühazirə fiziki-kimyəvi analiz metodlarinin mahiyyəti və TƏsnifati plan giriş



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix12.04.2022
ölçüsü0,76 Mb.
#85329
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
M-1-FKA-giriş

Xəta və kənaraçıxmalar 

Sistematik və təsadüfi xətalar.

 

Analiz nə qədər dəqiq yerinə yetirilsə də, həmişə alınmış 

nəticə  onun  həqiqi  qiymətindən  bir  qədər  fərqli  olur.  Bu  fərq  bir  çox  amillərin,  o  cümlədən 



 

 

11 



 

analiz zamanı buraxılan səhvlərin və xətaların nəticəsində yaranır. Xarakterinə görə analiz xə-

taları 

sistematik və təsadüfi

 xətalara ayrılır. 



Sistematik xətalar

 

müəyyən səbəblərdən analiz nəticəsinin həqiqi qiymətdən daim az və 

ya daim çox alınmasına yol verən xətalara deyilir. Bu səbəblər əsasən aşağıdakılardır: 

Metodiki xətalar

  Adətən  tətbiq  edilən  analiz  üsulunun  xüsusiyyətlərindən,  məsələn,  reaksiyanın 

miqdarən  sona  qədər  getməməsindən,  çöküntünün  qismən  həll  olmasından,  kənar 

birləşmələrin  qoşa  çökməsindən,  qızardılmış  çöküntünün  uçuculuğundan  və  ya 

hiqroskopikliyindən,  əsas  reaksiya  ilə  bərabər  nəticəyə  təsir  göstərən  digər  reak-

siyaların baş verməsindən, titrləmə zamanı tətbiq edilən indikatorun xassələrindən 

və s. asılıdır. Metodik səhvlərə analiz edilən materialın eyni cinsli olmaması, analiz 

metodunun  düzgün  seçilməməsi,  analiz  edilən  obyektdə  qarışıqların  və  ya  əsasın 

təsiri,  habelə  həlledicidə  və  reagentlərdə  qarışıqların  təsiri  aiddir. 



Miqdari  analiz 

nəticələrinin xətaları arasında metodiki xətalar ən çox rast gəlinən və çətin aradan 

qaldırıla bilən xətalardır.

 

Cihaz və reaktiv 



xətaları

 

Istifadə edilən cihaz və reaktivlərlə bağlıdır. Buna, məsələn, analitik tərəzinin qeyri-



dəqiqliyi,  dəqiqliyi  yoxlanmamış  çəki  daşlarından  və  ya  ölçü  qablarından  istifadə 

olunması və s. misal göstərilə bilər.  

Əməliyyat 

xətaları


 

Analiz əməliyyatlarının lazımi qaydada və dəqiqlikdə aparılmamasıdır. Bu xətalara 

çöküntülərin təmiz yuyulmaması (nəticələr sistematik olaraq həqiqi qiymətdən çox 

alınır) və  ya artıq dərəcədə yuyulması (nəticələr həqiqi qiymətdən daim az alınır), 

çöküntünün normadan artıq və ya normadan az qızardılması, çöküntünün stəkandan 

süzgəc kağızına tam keçirilməməsi və s. misal göstərilə bilər. 

Fərdi xətalar

 

Analiz  aparan  şəxsin  öz  xüsusiyyətlərindən,  məsələn,  titrləmə  zamanı  rəngin 



dəyişmə momentini vaxtında təyin edə bilməməsindən irəli gəlir. 

Ümumiyyətlə, analiz nəticələrinin təhlili zamanı sistematik xətaları nəzərə almaq və on-

ları minimuma endirmək mümkündür.

  Sistematik  xətalar  cihazın  işi  (məsələn,  şkala  bir  qədər 

sürüşübsə,  bütün  ölçmələrdə  eyni  səhv  olacaq),  analitikin  fərdi  xüsusiyyətləri  və  hesablama 

səhvləri  aiddir.  Analiz  nəticələrini  bir  neçə  metodla  müqayisə  etmək,  standart  nümunələrdən 

istifadə etmək və əlavəetmə metodu tətbiq etməklə sistematik xətaları aşkar etmək olar. 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə