MühaziRƏ 11. UŞaq qorxulari və utancaqliq problemi



Yüklə 69,16 Kb.
səhifə5/6
tarix21.04.2023
ölçüsü69,16 Kb.
#106623
1   2   3   4   5   6
muhazire 11

4-cü sual. Hər bir insan cəmiyyətdə yaşayır, insanlarla birgə fəaliyyət göstərir, onlarla ünsiyyət qurur. Bə­zən isə şəxsiyyətlərarası münasibətlər sahəsində müəyyən problemlər yaşanılır ki, bunun da mən­­bəyi uşaqlıq dövrünə təsadüf edir.
Belə problemli insanlara aşağıdakı xüsusiyyətlər xasdır: başqa insanların hisslərinə biga­nə­lik; zorakılıq da daxil olmaqla aqressiya; özünü günahkar görməmək və həyat təcrübəsindən, xü­su­si­lə cəzadan nəticə çıxarmağı bacarmamaq; özünün sosial baxımdan qəbul olunmayan davranışına mə­nasız izahlar verməyə və başqalarını günahlandırmağa meyillilik və s.
“Davranış pozuntusu” diaqnozunu qoymağa əsas verən hərəkətlərə aşağıdakılar daxildir: həd­dən artıq davakarlıq və dələduzluq; başqa insanlara və heyvanlara qarşı qəddarlıq; ciddi mül­kiy­yət pozuntusu; oğurluq, yanğın törətmək; məktəbdən, evdən qaçmaq; tez-tez yaşanan qəzəb halı; sö­zə tabe olmamaq.
Davranış pozuntularını adətən 3 növə ayırırlar:
1. Yalnız ailə şərtlərini əhatə edən davranış pozuntusu;
2. Sosiallaşmamış davranış pozuntusu (uşağın başqa uşaqlarla münasibətlərində ifadə olu­nan asosial və ya aqressiv davranışı). Bu pozuntu üçün kobudluq, fərdilik, avtoritetə qarşı çıxmaq, qəd­darlıq, dələduzluq və s. xarakterikdir.
3. Sosiallaşmış davranış pozuntusu. Uşaq daxil olduğu yaşıdlar qrupunda onun sosial baxımdan qəbul olunmayan davranışı haqlı sayılır, cəzalandırılmır. Belə referent qrup çərçivəsində uşa­ğın davamlı və möhkəm dostluq münasibətləri ola bilər. Əgər qrupun asosial davranışına dələ­duz­luq da daxildirsə, onda belə uşaqlar həyata keçirəcəkləri ideyaların qurbanlarına qarşı çox qəd­darlıq göstərə bilərlər.
Əksər hallarda problemin kökünü uşağın ailəsində axtarmaq lazım gəlir. Ailədə uşağa qarşı yer­siz qəddarlıq tətbiq olunduqda, bu, cavab reaksiyası kimi qəddarlıq doğurur. Bəzən uşağı, hətta adi bir səhvə görə, ciddi cəzalandırırlar. Uşaq valideyinlərindən mehriban münasibət görmədikdə, bö­yüdükdən sonra onlardan əvəz çıxmağa başlayır.
Ailə üzvlərinin bir-birinə qarşı etinasız, laqeyd olduğu, hər kəsin öz əsəblərini qorumağa ça­lış­dığı ailədə uşaq başqa insanların hisslərinə qarşı laqeyd böyüyür.
Bəzən isə ailədə uşaq tam diqqət mərkəzində olduğu halda, asosial davranışlı böyüyür. Belə uşa­ğı hamı əzizləyir, ona hər şeydə güzəşt edir, hər şeyə icazə verirlər. Böyüyəndə isə o, eyni mü­na­sibəti ətraf aləmdən gözləyir. Ətraf aləm isə onun “qulluğunda durmaq üçün tələsmir”. Tem­pe­ra­ment və xarakterindən asılı olaraq onda üsyan baş qaldırır. Bu da daha çox nevroz formasında özü­nü göstərir.
Əksər hallarda asosial davranışlı uşaqlar sosial baxımdan problemli ailələrdən çıxır (vali­de­yin­lərdə alkoqol və narkotik asılılığı olduqda).
Asosial davranışın bütün növlərinə qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Belə uşaq­larda bu və ya digər nevroloji pozuntulara, intellektual səviyyənin aşağı olmasına təsadüf olu­nur. Belə uşaq təhsildə geriləyir, valideyinlər və müəllimlərin qınaq obyektinə çevrildikcə, təlim­dən yayınır, küçə qruplarına meyil edir. Asosial davranışda uşağın qəddarlıq, empatiya bacarığının ol­ma­ması, başqa insanların maraqlarına diqqətsizlik və laqeydlik, eqoizm kimi xarakter xü­su­siy­yət­lə­ri, o cümlədən irsiyyət də az rol oynamır.
Bunun baş verməməsi üçün valideyin yaxşı ailələrə xas olan xüsusiyyətləri mənimsəməyə cəhd etməlidir. İlk növbədə, uşağı bir şəxsiyyət kimi qəbul edib və ona şərtsiz hörmət etməlidir. An­caq bu o demək deyil ki, bu şəxsiyyət hərəkətlərində hər şeyə yol verə bilər, onun üçün heç bir sədd qoyula bilməz. Lazım olduqda onun davranışı ciddi qınanmalıdır. Lakin heç vaxt heç kəs uşa­ğa birbaşa hansısa vərdişlərindən əl çəkmək üçün təzyiq göstərməməlidir. Uşaq həmişə dəstək­lən­di­yini və müdafiə olunduğunu hiss etməlidir.
Belə problemin həlli üçün uzunmüddətli psixoterapevtik iş aparılmalıdır. İşin ilk mər­hə­lə­sin­də mövcud vəziyyətə gətirib çıxaran şəxsiyyət xüsusiyyətləri, xarakter və temperament ay­dın­laş­dı­rı­lır. Sonra səbəblər təhlil olunur, uşağa öz obrazını sosial cəhəddən daha qəbul olunan şəkildə də­yişmək təklif olunur. Əgər o, bunun üzərində işləməyə hazırdırsa, yeni obrazın işlənməsi baş­la­nır. Bununla yanaşı, uşağın yaxınları və ailəsi də öz münasibətini dəyişməlidir.
Əgər uşağın davranış pozuntusunun kökləri ailədədirsə, onda mütəxəssis bütövlükdə ailə ilə bir­likdə və ya ailənin hər bir üzvü ilə fərdi işləyir. Bu zaman ailə psixoterapiyası tətbiq olunur.
Əgər problem uşağın yaşıdları ilə münasibətlərində özünü göstərirsə, qrup psixoterapiyası məs­ləhət görülür.



Yüklə 69,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə