MühaziRƏ 11. UŞaq qorxulari və utancaqliq problemi



Yüklə 69,16 Kb.
səhifə4/6
tarix21.04.2023
ölçüsü69,16 Kb.
#106623
1   2   3   4   5   6
muhazire 11

3-cü sual. Uşaqların qorxulardan xilas olmasına kömək etməzdən öncə onların konkret olaraq hansı qor­xulara məruz qaldıqlarını müəyyən etmək lazımdır:

  • Qorxular haqqında soruşmaq lazımdır.

  • Uşağın nədən və nə dərəcədə qorxduğunu valideyinlərdən dəqiq öyrənmək lazımdır.

  • Uşaqla söhbət etmək onun qorxulardan azad olmasına kömək etmək üçün əsas şərtdir.

Aşağıda təqdim olunan siyahı əsasında yalnız 3 yaşından yuxarı olan uşaqlara suallar ver­mək olar.
Söhbəti tələsmədən və hərtərəfli aparmaq lazımdır. Qorxuları sadalayıb, "hə” - "yox” ca­va­bı­nı, "qorxuram" - "qorxmuram" cavabını almaq lazımdır. Uşağın nədənsə qorxub-qorxmaması ilə bağ­lı sualı mümkün qədər az təkrarlamaq daha məqsədəuyğundur.
Bəzi suallara ətraflı cavab alınması vacibdir. Məsələn, "Yox, qorxmuram." cavabınm əvə­zin­də uşaqdan konkret olaraq onun nədən qorxmadığı, məsələn, "Qaranlıqdan qorxmuram." Cava­bı­nın alınması daha düzgündür.
Sualları verərkən böyüklərin uşaqla üzbəüz deyil, yan-yana oturması məsləhətdir və o, uşağı da­im tərifləməli və həvəsləndirməlidir.
Böyüklər qorxuları siyahı üzrə oxumaqdansa, yaddaşlarında saxlayıb uşağa söyləsələr, daha yax­şı olar.
Qorxuların siyahısı:
Soyadı və adı_________________________________________________________
Yaşı _______________________Tarix ____________________________________



1. “Zəhmət olmasa, de görüm, sən qorxursan, yoxsa qorxmursan?”




2. Tək qalmaqdan




3. Hücumdan




4. Xəstələnməkdən, yoluxmaqdan




5. Ölməkdən




6. Valideyinlərin ölməsindən




7. Başqa adamlardan




8. Atadan, anadan




9. Səni cəzalandırmalandan




10. Xoxandan, şeytandan




11. Bağçaya (məktəbə) gecikməkdən




12. Yatmaqdan qabaq




13. Qorxulu yuxulardan (hansılardan)




14. Qaranlıqdan




15. Canavardan, ayıdan, itdən, hörümçəkdən, ilandan (heyvanlardan qorxu)




16. Maşından, qatardan, təyyarədən (nəqliyyat qorxuları)




17. Çox hündürdə olmaqdan (hündürlük qorxusu)




18. Dərinlikdan (çox rin olanda)




19. Dar, balaca otaqdan, tualetdən, dolu avtobusdan (qapalı yerdən qorxu)




20. Sudan




21. Oddan




22. Yanğından




23. Müharibədən




24. Böyük küçələrdən, meydanlardan




25. Həkimlərdən (diş həkimlərindən başqa)




26. Qandan (qan axanda)




27. İynə vurulmasından




28. Ağrılardan (hər hansı bir yeri ağrıyanda)




29. Qəfıl səslərdən, nəyinsə yerə bərk düşməsindən, kiminsə nəyəsə bərk vurmasından (qorxursan, titrəyirsən, diksinirsən)




30. Səhvə yol verməkdən, nəyisə düzgün etməməkdən




31. Gecikməkdən




Uşaqlarda qorxu ilə mübarizədə böyüklərin köməyi olmadan keçinmək mümkün deyildir. Va­li­deyinlər və müəllimlər aşağıdakı məqsədlərə nail olmağa çalışmalıdırlar:

  • Uşaqlardakı stress hallarını görmək və onları izah etməyi bacarmaq.

  • Uşaqlara isti, rahatlıq gətirəcək sığınacaq qurmaqla onlarda özünəinamın yaranmasıııa kö­mək etmək.

  • Uşaqlara keçirdikləri hisslər barədə danışmaq üçün imkanı yaratmaq. Belə söhbətlər zamanı in­san ruhən yüngülləşir.

  • Reqressiv və ya yaşa uyğun olmayan davranış hallarına (barmaq sormaq, yorğana bü­kül­mək, diz üstə oturmaq və s.) qarşı çıxmamaq.

  • Uşağa hadisə və ya vəziyyətin səbəbini başa düşməkdə kömək ctmək və lazım olarsa, zəruri iza­hatlar vermək.

Valideyinlər uşaqlara öz qorxularını dəf etməkdə necə kömək edə bilərlər? Bunun üçün hər bir valideyin öz tərbiyə üsulunu təhlil etməlidir. Valideyin üçün uşağın sağlamlığı daha vacib olma­lıdır.
Valideyinlər uşağın keçirdiyi bütün hisslərə ciddi yanaşmalı, onun qorxularını gülüş obyek­ti­nə çevirməməlidirlər. Uşağın yanında onun qorxuları barədə yad adama danışmaq düzgün deyil. Hər hansı bir iş görərkən sözarası uşağın qorxuları barədə danışmaq da olmaz. Bu problemi yemək ha­zırlayarkən və ya digər işləri görərkən həll etmək uşağa hörmətsizlikdir.
Valideyinlər uşağın məhz nədən və kimdən qorxduğunu aydınlaşdırmalıdırlar. Qorx­du­ğu nə­yi­sə və ya kimisə təsvir etmək olarmı? (onun şəklini çəkmək olarmı?) Bu nəsə və ya kimsə ona nə edə bilər? O (onlar) əslində nə istəyir? Ondan (onlardan) gələn təhlükəni azalt­maq üçün nə et­mək olar? Bütün bunlar üçün uşaqla birgə onun qorxularının şəklini çəkmək və alınan şəkillərdə qor­xu­lu olmayan, hətta gülməli olan nəsə tapmağa çalışmaq lazımdır (lakin yalnız uşaq gülməlidir).
Uşağın qorxulu filmlərə baxmasına və qorxulu kitablar oxumasına yol vermək olmaz.
Əgər uşaq uzun müddət hansısa xəstəlik səbəbindən xəstəxanada qalıbsa, bununla bağ­lı ağır zər­­bə alıbsa və bundan sonra qorxular yaranıbsa, bir müddət diqqət və qayğını artır­maq daha məq­sə­də­uyğundur.
Uşağın qorxuları daha konkret olduqda, (liftdən, qaranlıq otağa girməkdən qorx­duq­da) vali­de­­yin daha konkret tədbirlər görə bilər. Məsələn, qaranlıq otağa girməkdən qorxursa, bunu aradan qal­­dırmaq üçün valideyin “Yelləncək üsulu”nu tətbiq edə bilər. Bu zaman valideyin işıqlı dəhlizdə da­­yanır, uşağa tapşırıq verir ki, qaranlıq otağa qaçıb 3-ə qədər saysın, əlini divara vurub qayıtsın. Növ­bəti dəfə uşaq 5-ə qədər sayır. Beləliklə, qaranlıq otaq­da qalma müddəti artır və uşaq hər dəfə qa­yıt­dıqda əlini valideyinin əlinə vurur və onun dəstəyini hiss edərək qorxunu dəf edir.
Yaranmış vəziyyətin öhdəsindən gələ bilmədikdə, valideyin mütləq gecikmədən mü­tə­xəs­sis­lə - psixoloqla əlaqə yaratmalıdır.
Qorxuların korreksiya üsulları:
1.Tətbiq olunan əsas metodlardan biri oyun terapiyasıdır. Bu metodun istifadəsi zama­nı uşaq oyun şəraitində, psixoterapevtin müdafiəsi altında sanki onun üçün təhlükəli, psixo­loji baxım­dan gərginlik yaradan şəraiti yenidən yaşayır. Məsələn, əgər uşaq canavardan qorxursa, oyunda o, ca­navarla – psixoterapevtlə “mübarizə aparır” və onu “udur”. Sonra o, cana­var cildinə girir və psi­xo­terapevtə “hücum edir”. Psixoterapevt özünü qorxurmuş kimi gös­tərir və uşaq onu başa salır ki, əs­lində, bu “canavar” qorxulu deyil (beləliklə, seanslar təkrar olunur).
2.Digər metod artterapiyadır. Uşaqlar öz qorxduqları obyektin şəklini çəkirlər. Yeniyet­mə­lər­­də istifadə olunan metod – özünəməxsus psixoterapiya, söhbətlə müalicədir.
3."Bədəndə qorxu harada gizlənmişdir?"
Qorxu - Narahatlıq – Həyəcan – Hürkü- Nigarançılıq - Vahimə - Təlaş deməkdir. Uşaqlarda qor­xunun ən çox bədənin hansı hissəsində olduğuna nəzər yetirmək təklif olunur. Biz qorxumuzu ne­cə anlaya bilərik?
a)"Bədəndə qorxu harada gizlənib?"(Uşağın cavablarının müzakirə edilməsi)
Qorxu hissini necə keçirdiyimizin dərk edilməsinə kömək edirik (bədən hissiyyatı, qarış­qa­lar dərimizin üstündə qaçır, ürək doyüntüsü artır, barmaqlar soyuyur, titrəmə, bükülmə və s.)
Psixoloq uşaqların cavablarını təhlil edir.

  • Qorxun nəyə oxşayır?

  • Bəlkə onun forması var?

  • Qorxun hansı ölçüdədir?

  • Qorxunu hansı obraza bənzədərdin?

Növbəti mərhələdə uşağa qorxunun obrazını, simasını, şəklini çəkmək təklif olunur.
Son­ra həmin şəkil təhlil olunur və uşağa seçim verilir: "Sən öz qorxunu məhv edə bilərsən (yan­dır­maq, cırmaq, kəsmək), ya da ona qalib gələ bilərsən. Bəlkə onunla dost olasan?"
Təəsüratların təhlil edilməsi:
Bu dəfə sənə işin öhdəsindən gəlməkdə nə kömək etdi?
Həyəcan hiss edən vaxt sən nə etməyi bacarırsan?
Qorxudan azad olmaq üçün artıq sənin malik olduğun təcrübə varmı?
b)"İsti oturacaq" və ya "Qorxu ilə söhbət"
Bu oyunu yaxşı intellekt səviyyəsinə, fantaziya və nitqə malik olan uşaqlarla keçirmək məq­sə­dəuyğundur.Növbə ilə bir oturacağa, sonra da o biri oturacağa oturaraq, psixoloq uşağın öz qor­xu­sunu hiss etməsinə kömək edir. Onunla dialoqa girir. Uşaq qorxu ilə söhbət apara bilər. Onun qor­xuya qarşı öz qəzəbini bildirməsi, hətta dalaşması belə mümkündür. Uşaq qorxu ilə tanış olaraq dost­laşa və razılığa da gələ bilər, hətta onunla bir "müqavilə" də bağlamaq mümkündür.
Məşğələnin gedişində və sonra uşağın emosiyalarına, duyğularına və nəfəsinə diqqət yeti­ril­mə­li­dir.
4.Kölgələr teatrı
Avadanlıq: qaranlıq yaradılması üçün işığın düşməsinin qarşısmı almaq vasitəsi, stol­üs­tü lampa, ağ ekran, köhnə DVD diskləri, iynə, atlas lent.
Qaranlıq otaqda uşaqlar "kölgələr teatrı" təşkil edirlər.
Uşaqlarla birlikdə ən emosional səhnəciklərin səhnələşdirilməsi zamanı şeirlər, mahnılar, ma­­rionetkalar (mexanizm ilə hərəkət edən kukla) və ya oriqamidən istifadə etmək olar. Psixoloq di­var­da hansı maraqlı formalı kölgələri yaratmaq mümkün olduğunu göstərir. Biz bunların nəyə bən­zə­diyini zənn edə bilərik. Bu şəraitdə hansı hisslər yaranır? Uşağın nəfəsinə, duruşuna, üz ifa­də­si­nə, jestlərinə və intonasiyasına xüsusi diqqət vermək lazımdır. Bəzən qaranlıqda biz əşyaları səhv sa­lı­rıq. "Qorxu keçmişlə bağlıdır, bəzən indiki vaxtı inkar edir, mövcüd imkan və ehtiyatları rədd edir. Amma qorxuda təhlükənin tədqiqi, ifşa edilməsi, təhlükə ilə ünsiyyət və qorxu üzərində qə­lə­bə üçün enerji var". Bu variant qorxunun korreksiyası üçün çox vacibdir.
Fobiyaların korreksiyası üsulları:
Fobiyadan əziyyət çəkən bütün insanlar onları qorxudan hadisələrin sanki elə indi baş verd­i­yi barədə fikirləşirlər. Fobiyadan müstəqil şəkildə xilas olan insanları tədqiq edən Bendler və Qrin­der çox sadə və eyni zamanda, dərin bir kəşf etmişlər. Onlar bu məsələyə aydınlıq gətirərkən fobi­ya­dan azad olmuş insanların hər hansı bir qorxulu hadisənin başqa insanlarla və ya keçmişdə baş ver­diyini hesab etdiklərinə diqqət yetirmişlər. Göstərilən müəlliflər fobiyadan əziyyət çəkən in­san­lara öz qorxularına başqa prizmadan yanaşmağı təklif etməyi qərara almışlar. Onlar insana, onu na­ra­hat edən hadisənin keçmişdə və başqa bir şəxsləbaş verdiyinə inanmağı, hadisənin beyindəki can­lan­masını isə öz daxili aləmlərindən mümkün qədər uzaqlaşdırmağı məsləhət görmüşlər. Gös­tə­ri­lən­lərin yerinə yetirilməsi nəticəsində qorxu çox qısa müddət ərzində yox olmuşdur. Burada əsas mə­sələ insanların bu və ya başqa vəziyyət haqqında fikirlərində baş verənlərə münasibətinin müəy­yən edilməsindən ibarətdir.
Nağıl terapiyası vasitəsilə insan keçmişdə baş verən hadisələri öz təsəvvüründə dəyişdirə bi­lir. Xoşagəlməz hadisənin yerinə pozitiv hadisənin daxil edilməsi nəticəsində keçmiş hadisənin mən­fi təsirini aradan qaldırmaq olar.
Artterapiya üsulu ilə uşaq qorxudan azad olana kimi müxtəlif rəsmlər çəkir. Sonra uşaq bu şə­kil­ləri yandırır, tullayır və ya cırır.
Vizualizasiya üsulları, qum terapiyası şüuraltını mənfi təsirlərdən azad edir.
Fobiyanın ən geniş yayılmış müalicə üsulu olan ekspozisiya-relaksasiya və şüurlu davranış te­ra­piyası pasientin qorxu obyektinə yavaş-yavaş alışdırılmasına əsaslanır. Əgər insan itdən qor­xur­sa, o zaman onu yavaş-yavaş itə öyrəşdirmək lazımdır. Əvvəl iti nəyəsə bağlı vəziyyətdə sax­la­maq­la, sonra isə açıq formada saxlamaq olar. Əlbəttə, ekspoziya prosesindən əvvəl qorxunun səbəbini aş­kar etmək lazımdır. Korreksiya tədbirləri yerinə yetirildikdən sonra pasient ekspozisiya üsulun­dan faydalana bilər.
Xüsusi fobiyalar konkret vəziyyətlərdən və ya obyektdən qorxudur. Ailəli insanlarda belə fo­bi­yalara daha çox rast gəlinir və qadınlar buna kişilərdən 2 dəfə çox məruz qalırlar. Qorxu ob­yek­ti ilə tez-tez rastlaşması insanın həyatına mənfi təsir edə bilər. İlan, həşərat, təyyarədə uçuş, itlər, es­kalatorlar, hündürlük və qapalı yerlərlə bağlı spesifik fobiyalar bütün yaşlarda rast gəlinə bilər.
Qorxduğu obyektlərlə həyatda çox az üzləşən spesifik fobiyalı insanlarm sadəcə yardıma eh­tiyacları olur. Fobiyalar insanın həyatına nüfuz etdiyi təqdirdə isə belə xəstələr yalnız psi­xo­te­ra­pi­ya ilə deyil, həmçinin dərmanlarla da müalicə olunmalıdırlar. Balaca uşaqlara psixotrop dər­man­lar müstəsna hallarda verilə bilər.
Şüurlu davranış terapiyası ənənəvi davranış terapiyasına şüurlu yanaşmanı əlavə edir. Bu, in­san­ların fikirlərini, davranışını, real həyata münasibətini dəyişdirməyə, əzələlə­ri­ni yumşaltmağa və orqanizmi gərginlikdən azad etməyə kömək edir.
Şüurlu davranış terapiyasının əsas məqsədi desentizasiyadır (tərbiyəetmək). Desentizasiya za­manı insan qorxduğu obyektə yaxınlaşdırılır, nəticədə, insan bu obyektə öyrəşir və fiziki qorxu ara­dan qalxır. Məsələn, ilandan qorxan adam ilan şəklinə baxmalıdır. Şəklə baxan adamın üzündə ifa­də olunan qorxu yox olan kimi ona videoçarx da göstərilə bilər. Bu dəfə də qorxu əlamətləri (yük­sək ürək döyüntüsü və tərləyən ovuclar) yox olana qədər hər kadr təkrarlanır. Belə terapiyanın sonun­da insan hətta heç bir qorxu hiss etmədən ilana toxuna da bilir. Pasientlərin 75 %-də müalicə­dən sonra nəzərə çarpan dərəcədə yaxşılaşmalar müşahidə olunur.
Psixoloqların istifadə etdiyi digər üsullardan biri də təzyiq göstərilməsidir. Bu üsulun ma­hiy­yəti insanda mənfi hisslər yaradan obyekt, yaxud da vəziyyətlə onun qarşı-qarşıya qoyulmasıdır. Nara­hatlıqdan azad olana qədər insan öz fobiyası ilə təkbətək qalır.



Yüklə 69,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə