|
Mühazirə №11 Mövzu: Məsləhət və Psixoterapiya. YönləndirməŞəxsiyyətə yönəlmiş fərdi (rekonstruktiv) psixoterapiya –
|
səhifə | 3/4 | tarix | 09.01.2022 | ölçüsü | 26,46 Kb. | | #82738 | növü | Mühazirə |
| 18.Məsləhət və Psixoterapiya.YönləndirməŞəxsiyyətə yönəlmiş fərdi (rekonstruktiv) psixoterapiya – Sank – Peterburqda V.M.Bexterev adına Psixonevrologiya İnstitunun əməktaşları V.M.Myasişev və B.D.Karvasarski tərəfindən hazırlanmış şəxsiyyətə yönəlmiş fərdi psixoterapiya üsulunun əsas prinsipi xəstənin şəxsiyyətinin dərindən öyrənməklə onun öz xəstəliyyətinin əmələgəlmə mexanizminə münasibətini,daha dəqiq desək,şəxsiyyətlə xəstəlik arasındakı münasibətləri müəyyənləşdirməklə müalicəvi nəticəyə nail olmaqdır.Məqsədyönlü psixoterapiyanın bir variantı olan bu üsulun başlıca məqsədi vəzifələri aşağıdakılardan ibarətdir.
Xəstənin şəxsiyyətini ,öz xəstəliyinə emosional münasibətini və digər psixi funksional cəhətlərini dərindən öyrənmək
Xəstəliyin etiopatogenezini aşkar etmək və təhlil etməək məqsədilə nevrotik əlamətlərin meydana çıxması və gedişini öyrənmək
Xəstənin şəxsiyyəti ilə xəstəliyi arasında münasibətlər sistemini dərk etməyə nail olmaq
Xəstələnməyə səbəb olan psixotravmatik vəziyyətin məqsədyönlü formada aradan qaldırılmasında və ətrafdakılarla normal münasibət yaratmasında xəstəliyə kömək etmək
Xəstənin subyektiv uyğunlaşmasına nail olmaq məqsədi ilə onun qeyri-adekvat reaksiyalarını müsbət istiqamətdə dəyişməsinə nail olmaq.
Fərdi rekonstruktiv psixoterapiyada müalicənin müvəffəqiyyətini təmin edən başlıca şərt həkimlə xəstə arasında şəxsi anlaşmanın yaranmasıdır.Bunun üçün terapevt professionallığı ilə yanaşı onun xəstəyə emosional yanaşa biməsidə vacibdir.
Dostları ilə paylaş: |
|
|