Mühazirə 1 yeyiLMƏNİN Ümumi qanuna uyğunluqlari yeyimə haqqında umumı anlayış


Maye sürtgülərinə bütün növ yağlar aid olunur



Yüklə 0,59 Mb.
səhifə9/22
tarix12.05.2022
ölçüsü0,59 Mb.
#86858
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
C fakepathMьhazir sas imtina

Maye sürtgülərinə bütün növ yağlar aid olunur. Yağların ən vacib xarakteristikları özlülük əmsalı 𝜼, onun temperaturdan və təzyiqdən asılılığı və yağlılığıdır. Yağlılıq dedikdə sürtünmə zamanı nazik səth qatının özünün aparmasının və friksion xarakteristikaya təsirini xarakterizə edən xassələr toplusu başa düşülür. Yağlılıq sürtünmə əmsalının qiyməti ilə dəyərləndirilir. Sürtünmə əmsalı az olduqda yağlılıq az olur.Yağlılıq təkcə yağın xarakteristikası yox, eləcə de bütövlükdə friksion cütü xarakterizə edir. Antifriksion xassə nöqtəyi – nəzərində yağın baş xarakteristikası özlülük yox yağlılıqdır. Tətbiq sahəsindən asılı olaraq yaölara ən vacib tələb sürtünmənin və yeyintinin azaldılmasıdır.Yağın uzun molekul zənciri səthə nəzərən cəhətlənir və onunla ilişir. Belə struktur iki təmasda olan səthin ayrılmasına səbəb olur. Yağların yüksək özlülüyü fiziki cəhətlə onunla izah olunur ki, uzun molekul zancirləri bir- birilə ilişir və bir – birinə daxil olur. Bitgi yağları molekullarında aktiv radikalların olması onların metala güclü cəzb olunması, yeni adgeziya ilə nəticələnir. Mineral yağlar neftdən alınır. Bütün sürtgü yağlarından onların əhəmiyyəti artıqdır. Istənilən neft yağının alınması üçün ilkin məhsul mazutdur. Təyinatından asılı olaraq öz xassələri ilə secilən yağlar fərqləndirilir: industrial, transmissiya, silindr, turbin, dizel, motor, aviyasiya, avtol və başqaları. Bütün mineral yağlar karbohidrogen zənciri əsasında olur.Piy yağları qileserid və piy turşularından təşəkkül tapır. Bu yağların yağlama xassələri neft yağlarından yaxşıdır, lakin onlar yüksək temperaturlarda tez oksidləşirlər, yəni istismar zamanı qeyri sabitdir.Sintetik yağlar sadə karbohidrogenlərdən sintez yolu ilə alırlar. Sintetik yağlar öz yağlama xassələrinə görə neft yağlarından geri qalırlar, lakin xüsusilə yüksək və alçaq temperaturlarda işləmə qabiliyyətinə görə fərqlənirlər. Məhz ona görə də onlar reaktiv aviasiyada tətbiq olunurlar ( 60 - dən 300 - dək ). Sintetik yağlar 4 qrupa bölünürlər: efirlər,qlikollar, silikonlar, ftor karbonlar.Efirlər aviasiya cihazlarını yağlamaq üçün tətbiq olunur və 60 - dən 300 - dək işlədilir. Oksidləşməyə qarşı qarşı aşqarlar qatılıqda 200 - yedek işləyə bilər.Qlikollar nisbətən yüksək olmayan temperaturlarda ( 60 ilə 100 ) Slikonlar əsasında hazırlanır. Onların özlülüyü 60 . . . + 250 həddində temöeraturdan az asılı olur.karbonlu yağlar, bütün sintetik yağlardan üstün olaraq yüksək termooksidləşmə qabiliyyəti ilə seçilir Öz təyinatına görə aşqarlar aşağıdakı növlərə bölünürlər:Yuyucu – sürtünmə səthindən yağın oksidləşmiş məhsulun kənar olunması ücün;Oksidləşməyə qarşı – yağların oksidləşmə prosesinin ləngidilməsi üçün;Sürtünən səthlərdə möhkəm pərdə əmələ getirməsi üçün;Korroziyaya qarşı – metalların korroziyadan qorunması üçün;Antifriksion – sürtünmə əmsalının qiymətini aşağı salınması üçün;Yeyintiyə qarşı - səthlərin yeyintisinin azaldılması üçünKöpüklənməyə qarşı – mühərriklərin yağlanması zamanı yağların köpüklənməsi üçün;

Konsistent sürtgülər


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə