Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə5/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
dunya land. - копия 2018

Baykal dağlıq ölkəsi (14). Qədim kristallik süxurlardan təşkil olunmuş müxtəlif yaşlı strukturlarda (kembriyəqədərdən mezozoya qədər yaşlı) qayma dağlar (2999 m-ə qədər) üstündür. Dərin rift çökəklikləri xarakterikdir (onlardan biri Baykalın çökəkliyidir). İqlimi kəskin və son dərəcə kontinentaldır. Dağlıq ölkənin şimal hissəsi tayqa zonasında, cənub hissəsi isə çöl zonasında yerləşmişdir. Hündür dağlıqda dağlıq-tundra qurşağının landşaftları dominantdır.
Xüsusi subkontinent olan Daxili Asiya daha qapalı, kontinentin arid hissəsi olub, əsasən daxili axın əyalətinə aiddir. Turan ovalığı (15) epihersin platformada akkumlyativ (eol çöküntüləri də yayılmışdır), həmçinin arid-denudasion relyefli, əsasən, alçaqda yerləşən ölkədir. İqlimi quru, kəskin kontinentaldır. Mülayim qurşağın səhra landşaftları, cənubda isə subtropiklərə keçən landşaftlar üstündür.
Mərkəzi Qazaxıstan ölkəsi (Qazaxıstan xırda qum təpəliyi) (16). Hündürlüyü 1565 m-ə çatan ayrı-ayrı alçaqdağlıq massivlərdən ibarət paleozoyun qırışıq bünövrəsində denudasion sokol düzənliklər üstündür. İqlimi kəskin kontinentaldır. Çöl, yarımsəhra, səhra landşaftlarından ibarətdir.
Tyan-Şan və Pamir-Alay (17) yeni tektonik hərəkətlərlə işlənmiş, paleozoyun strukturlarında, cənub hissəsində isə kaynozoy qırışıqlığında hündür (7495 m-ə qədər) silsilələr ölkəsidir. Müxtəlif səviyyələrdə yerləşən dağlardaxili çökəkliklər geniş yayılmışdır. Pamir hündür denudasion dağlıq yayladır. Bütün ölkə kəskin və son dərəcə kontinental ekstraarid iqlimli səhralar zonası hüdudunda yerləşmişdir. Hündürlük qurşaqları sistemində dağ çölləri və hündür dağ çəmənləri üstünlük təşkil edir. Rütubətli yamaclarda meşə qurşağının fraqmentinə rast gəlinir. İri buzlaşma sahələri mövcuddur.
Monqol-Sintzyan (Mərkəzi Asiya) ölkəsi (18) göl və allüvial, çox vaxt təkrar səpələnmiş çöküntülərlə dolmuş qapalı çökəkliklərdən, qalıq dağlardan, xırda qum təpəlikliklərindən ibarət müxtəlif platforma strukturlarında yerləşən hündür laylı və sokol düzənliklərdir. Son dərəcə arid və kontinental iqlimlidir; cənubda səhra landşaftları, şimalda yarımsəhra və çöl landşaftları üstündür.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə