Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə22/36
tarix27.09.2023
ölçüsü11,73 Mb.
#123959
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
struktur geologiya

Ədəbiyyat

1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);


2.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);
3.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
4.Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (kurs işi üçün metodik rəhbərlik), AzNKİ nəşri, 1984; AzSU nəşri, 1992 (rus dilində).
5.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
6. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991

İmtahan sualları:Tam inkişaf etməmiş strukturlar


MÜHAZİRƏ 13

Adı: Qırışıqəmələgəlmənin axma, eninə və uzununa əyilmə mexanizmləri, idiomorf və holomorf qırışıqlığın növləri
Plan: 1. Qırışıqəmələgəlmənin axma mexanizmi
2.Qırışıqəmələgəlmənin eninə əyilmə mexanizmi
3. Qırışıqəmələgəlmənin uzununa əyilmə mexanizmi
Tarix: 14.12.2021

Bu mexanizmlərin aşağıdakılardır:


1.Axma mexanimzi: Bu mexanizm bir qayda olaraq yüksək plastikliyə yəni reoloji xüsusiyyətə malik olan süxurlarda fəaliyyət göstərir.Məsələn:Tam sıxlaşmamış gillərdə, duz, gips, anhidriddə.
Bu növ süxurlara xaricdən təsir gostərilərsə bu zaman həmin süxurlar axmaya məruz qalırlar,onların daxilində nisbətən kiçik qırışıq formaları əmələ gəlir.Bu qırışıqlar adətən xirdadırlar lakin yaxşı inkişaf edirlər və müxtəlif fəza vəziyyəti tuturlar. Kəsilişdə reoloji fəal süxur qatının qalınlığı nisbətən böyük olarsa,altdan komponent süxurlarla əlaqədə olarsa bu zaman xarici təsir nəticəsində komponent nisbətən zəıf deformasiyaya məruz qaldiqları halda reoloji fəal süxur qatma mexanizminin fəaliyyəti nəticəsində nibətən xirda qırışıqlar yaranır.
Kəsilişdə iştirak edən süxur qatlarının növbələşməsi nəticəsində yaranan struktur formalarının cəminə disharmonik qırışıqlıq deyilir. Disharmonik qırışıqlığın bucaq uyğunsuzluğundan fərqi ondadırki disharmonik stratiqrafiq uyğunsuzluq iştirak etmir.Bu qırışıqlıq yalnız süxurların fiziki xassələrinə gorə formalaşır.Axma mexanizmi biir qayda olaraq diapir növ qırışıqların nüvəsində fəaliyyət gostərir.

2.Layların uzununa əyilmə mexanizmi: Uzununa əyilmə mexanizmində qırışıq əmələ gəllmə prosesi layların laylanmasına paralel olaraq qırışıq əmələ gətirən qüvvələr təsir edir.Bunun nəticəsində yaranan qırışıqlıq tam holomorf yaxud fasiləsiz qırışıqlıqlar adlanır.
Hər hansı ərazidə eyni mexanizm yolu ilə formalaşan qırışıqlıqlar assosiasiyasına qırışıqlıq deyilir.Holomorf qırışıqlıq aşağıdakı xususiyyətlərə malikdir.
a) Ərazinin bütövlükdə qırışıqlığa məruz qalması .Yəni deformasiyaya məruz qalamayan hissələrinin olmaması. Bu o deməkdirki ərazinin deformasiyaya məruz qalamaması.
b) Müsbət və mənfi yəni antiklinal və sinklinalın sayı etibarən eyni olması.
c) Əsasən xətti uzanmış və uzun braxi qırışıqların inkişaf etməsi.İzometrik və qısa braxi qırışıqların sayca nisbətən az olması
d) Qırışıqların yaxşı inkişaf etməsi yəni qanadlarının nisbətən böyük bucaq altında yatması.Əksər hallarda 10-15dən 60-70 və daha cox bucaq altında olması
e) Qırışıqların ox səthlərinin əksər hallarda yaxın bucaq və oxşar istiqamətdə cəhətlənməsi.Holomorf qırışıqlıq bir qayda olaraq adətən geosinklinal zonalarda inkişaf edir
3. Eninə əyilmə mexanizmi: Laylara göstərilən təsir laylanmaya perpendikulyar olarsa bunun nəticəsində yaranan qırışıqlar eninə əyilmə mexanizmi yolu ilə əmələ gəlmiş olurlar.Başqa sozlə qırışıq əmələ gəlmənin eninə əyilmə mexanizmindən şökmə qatına göstərilən təsir laylanmaya perpendikulayar olur.
Eninə əyilmə mexanizmi ilə formalaşan qırışıqlıqlar aşaöıdakı xüsusiyyətlərə malik olurlar:
a) Əsasən simmetrik və braxi formalı olmaları.
b) Zəif inkişaf etmələri ilə belə ki, qanadlarda layların yatım bucağı ilk dərəcələrdən 10 dərəcələrə qədər.
c) Müsbət işarəli qırışıqların mənfi işarəlilərə nisbətən sayca daha cox inkişaf etməsi.
Bu onunla əlaqədardiki mənfi işarəli qırışıq yəni sinklinal o vaxt inkişaf edirki 2 antiklinal bir-birinə yaxın formalaşsın.Məhz belə halda onların arasındakı məkan sinklinala bənzər struktur yaratmış olur.Əgər kristallik bünövrənin qaymaları bir-birlərindən uzaqda yerləşərsə bu zaman onların arasındakı məkan oz ilkin yatımında qalacaqlar.Yəni hər hansı bir struktur forma əmələ gətirmiş olmayacaq.
d) Qırışıqların inkişafında pərakəndəlik yıni hər bir qırışığın özünə məxsus inkişafı beıə bir yolu ilə əmlə gələn qırışığın assosiasiyası qayma tektonikası ilə xarakterizə olunur.
e) Qırışıqların ox səthinin cəhətlənməsi yatım bucağı formalarında ümumi qanuna uyğunluğunun olmamması .Enınə əyilmə mexanizmi platforma və kecid əraziləri platformaya məxsus olan hissələrində fəaliyyət göstərir.BU nov qırışıqlıq geosinklinal ərazilərdə fəaliyyət göstərə bilir.

Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə