Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
1   ...   38   39   40   41   42   43   44   45   46
documents-5-file en (1)

Elmi-
texniki kadrların tərkibi və hərəkəti modeli 
3.
4. Elmi təşkilatların maddi
-
texniki bazasının statistik qiymətləndirilməsi
 
Tədqiqatçılar elmi biliklərin istehsalı prosesində müxtəlif maddi (kompüter, 
cihaz və s.) və qeyri
-maddi (ideal - 
bilik, məlumat, informasiya) ehtiyatlardan istifadə 
edirlər. Əvvəllər toplanmış elmi biliklər, materiallar, reaktivlər əmək cisimləri hesab 
ed
ilir və elmi tədqiqatların növbəti mərhələlərində əmək cismi kimi istifadə olunur. 
Elmi istehsal vasitələrinin vəziyyəti məhsuldar qüvvələri, elmin inkişaf səviyyəsini 
əks etdirir, onun gələcəyini, elmi
-
texniki tərəqqini müəyyən edir. 
Elmin maddi-texniki 
bazası dedikdə, elmi
-
tədqiqat və işləmələr sferasında 
istifadə olunan və elmi (zehni) əməklə qarşılıqlı əlaqəli texniki vəsait və əmək cismi 
başa düşülür. Elmin maddi
-
texniki bazası ölkənin elmi potensialının mühüm tərkib 
Elmi-texniki kadrlar 
Daxil olması 
İşdən çıxması
İxtisaslı
Daxili yerdəyişmə
Elmi-
texniki fəa
-
liyyətlə məşğul
İş
-
siz-
lər
İqti

sadi
qey-
ri-
fəal
Elmi-
texniki 
fəaliyyətlə 
məşğul 
olanlar
 
 
Nüvə
İxti
-
sassız
Potensial 
Elmi-
texniki 
fəaliyyət

lə məşğul 
olmayan 
Mobillik 
Ehtiyat 
Ali və orta ixtisas 
təhsil müəssisələri
-
nin məzunları
Elmi-
texniki sahədə 
işə qəbul olunmuş 
qeyri-
ixtisaslı işçilər
İxtisaslı 
miqrantlar 
Elmi-texniki 
sahədən başqa 
yerə keçmiş qey

ri-
ixtisaslı işçilər
İxtisaslı miqrantlar
Ölənlər


hissəsidir. Maddi
-
texniki baza əsas və dövriyyə fondlarından ibarətdir. Elmi tədqiqat 
və işləmələrin əsas fondlarına (vasitələrinə) aiddir: binalar və tikililər, ötürücü 
qurğular, maşın və avadanlıqlar, o cümlədən təcrübə, eksperimental qurğuları (elmi
-
tədqiqat gəmiləri, radioteleskoplar), elmi cihazlar, avtomatizasiya vasitələri, 
hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, inventarlar və müəssisənin 
balansında olan əsas fəaliyyət üçün istifadə edilən sair vəsaitlər.
Elmin maddi-
texniki bazasının statistikasında dövri hesabatlardan
və birdəfəlik 
müşahidələrdən istifadə edilir. Bu hesabatlarda əsas vəsaitlərin və qeyri
-
maliyyə 
aktivlərinin mövcudluğu və hərəkətinə dair məlumatlar göstərilir və müəssisənin 
mühasibat uçotu məlumatlarından (təhvil
-
təslim aktı, inventar kartoçkaları, qe
ydiyyat 
kitabları və s.) götürülür. 
Elmi fəaliyyətin maddi
-
texniki bazasını obyektiv və doğru qiymətləndirmək 
üçün mühasibat uçotu beynəlxalq standartlara uyğunlaşdırılmalı (təbii ehtiyatların 
qiymətləndirilməsi, əsas kapitalın istehlakı, bərpası), əsas vəsait beynəlxalq 
standartlara uyğun təsnifləşdirilməlidir. Elmi tədqiqat və işləmələrin yerinə 
yetirilməsində istifadə dərəcəsinə görə əsas, əlavə və xidmətedici funksiyalarda 
istifadə edilən avadanlıq digər əlamətlərə (dəyərinə, istismar müddətinə, köhnəlmə 
dərəcəsinə və avtomatizasiya səviyyəsinə) görə də qruplaşdırıla bilər. 
Elmi təşkilatların əsas fondlarla təminatının təhlili üçün ümumiləşdirici 
göstəricilərdən: fond və texnika ilə silahlanmadan istifadə edilir. Fondla silahlanma 
göstəricisini tapmaq
üçün elmi tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlərin 
dəyərini onlarda çalışan işçilərin sayına bölmək lazımdır. Texnika ilə silahlanma 
göstəricisini isə maşın və avadanlıqların dəyərini tədqiqatçıların sayına bölməklə 
tapmaq olar. Əsas göstərici kimi cihaz və hesablama texnikası ilə tədqiqatçıların 
silahlanması hesab edilir. 
Elmin maddi-
texniki bazası haqqında əlavə məlumat əldə etmək üçün birdəfəlik 
müşahidələrdən istifadə edilir. Müşahidələr maddi
-
texniki bazanın tərkib hissələrinə 
dair da
ha geniş məlumat toplayır. Məsələn, cihazlar, avtomatlaşdırma vasitələri, 
laboratoriya avadanlığı, hesablama texnikası, az qiymətli və tez xarab olan əşyalar və 
s. Eyni zamanda elmi təşkilatları 
– elmi-
tədqiqat, layihə
-
konstruktor, sınaq
-
eksperimental, inzibati-
idarəetmə və köməkçi fəaliyyət növünə görə qruplaşdırmaq 
lazımdır. Belə qruplaşma tədqiqatçıların texnika ilə silahlanma səviyyəsini dəqiq 
hesablamağa imkan verir. 
Elmin maddi-
texniki bazasının statistikası üçün əsas vəsaitin bazarda satış 
qiyməti, onların qalıq dəyəri (amortizasiya məbləği çıxılmaqla), istifadə dərəcəsinə 
görə əsas vəsaitlərin paylanması (istismarda, ehtiyatda, tikilməkdə, yenidənqurmada, 
qismən ləğv edilmiş, konservasiya edilmiş, fiziki və mənəvi köhnəldiyinə görə 
istifadə edilməyən), texniki vəsaitin elmi yeniliklər əldə edilməsi üçün ekspert 
qiymətləndirilməsi, onun yenilik və praktiki dəyəri üzrə ekspert qiyməti və digər 
göstəricilər lazımdır. Əsas vəsaitin vəziyyətinin təhlili üçün onun köhnəlmə dərəcəsini 
və istismar müddəti qurtarmış əsas vəsaitin hissələrinin köhnəlməsinə dair 
məlumatlardan istifadə edilir. Elmi təşkilatların bina və yerlərinin əsaslı təmirə 
ehtiyacı olan və qəza vəziyyətində olan sahələrinə dair məlumatlar zəruri hesab 
olunur.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə