Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

yoxlamaq  üçün  səfərə  çıxdıq.  Nəhayət,  Həmədan  və  Azərbaycana  tərəf  hərəkət 
edib,  Çul,  Dərbənd  və  Firuz  Xosrov  şəhərinə  çatdım.  Köhnə  şəhərləri  abad  edib, 
sərhədləri  möhkəmləndirmək  məqsədilə  yeni-yeni  qalaların  tikilməsi  əmrini 
verdim.  Xəzər  xaqanı  mənim  bu  əraziyə  gəlməyimi  eşidib  qorxuya  düşdü
14
.  Bu 
fakt  göstərir  ki,  Həmədan  şəhərilə  Dərbənd  arasında  olan  ərazi  Azərbaycan 
adlanırmış.  Atropatenanın  şimal  hissəsinin  iqlimi  mülayim  və  soyuğa  meyllidir. 
Xüsusilə  qışda  hündür  yerlərdə  çox  soyuq  olur;  onun  ərazisi,  ümumiyyətlə, 
məhsuldar  və  çiçəkli  yaşıl  otlaqlardan  ibarətdir.  Arran  Atropatena  daxilində  bir 
ölkədir,  orada  qızıl  və  gümüş  mədənləri  vardır.  Deyildiyinə  görə,  Qubad  və 
Ənuşirəvan Arran və Ermənistanda 30-dan artıq şəhər tikdirmişdir. Onu bina edən 
isə  Arran  ibn  Kəşlu  Cim  ibn  Liti  olmuşdur.  Arran  ölkəsi  Atropatenanın  bir 
hissəsidir.  Bərdə  şəhəri  isə  onun  qəsəbəsidir.  Kiçik  şəhər  olan  Beyləqan,  Bajgah, 
Gəncə,  Şəmkur,  Xunan  nahiyəsi,  Vərduqiyyə  şəhəri,  Tiflis,  Qala,  Şəki  və 
Mübarəkə kəndi, Soğul Cəbəl və Sum batman, Sənar nahiyəsi, Bərdic şəhəri Şirvan 
nahiyəsi,  Dərbənd,  Lizan  və  Kərdvan  şəhərciyi,  Şirvan  və  Xəzər  Dərbəndi  bu 
nahiyədəndir
15

Atropatena axar suları bol olan ölkədir. Gözəl və dadlı meyvələri, qırmızı 
boyağı, şalvar bağı, sumax, zili və xalçaları, ipəyi, tutu, bitkidən hazırlanmış rəngi, 
şabalıdı, qiymətli xəzi, zirəsi, yun paltarları və neft mədənləri vardır. 
Atropatena  ərazisində  suyu  bol  olan  çaylardan  Türkiyənin  Ərzrum 
dağlarından başlanğıc alan Araz çayını göstərmək olar. Antik mənbələrdə bu çayın 
adının müxtəlif formalarına rast gəlmək olur. Herodot göstərir ki, Matien dağından 
başlanğıc alan Araks çayı düzənlikdən keçərək Kaspi dənizinə tökülür
16
. Çayın adı 
yunan  və  latın  mənbələrində  Araks,  ərəb  mənbələrində  isə  əl-Ras  formasında 
verilmişdir. Kür çayı da öz növbəsində Türkiyədən başlanğıc alır. Kurqis (İberiya) 
ərazisini keçdikdən sonra  Arran  ərazisinə  daxil olur. Bu çayın da  adının  müxtəlif 
formalarına  təsadüf  edilir.  Yunan  mənbələrində  Kiruc  (Kura),  İrandilli  kitablarda 
Kuruş,  ərəblərdə  isə  əl-Kur  göstərilir.  Bir  sıra  İran  tarixçiləri  bu  çayın  adını 
Əhəməni  şahı  Kirin  adı  ilə  əlaqələndirirlər.  Onların  bu  ehtimalı  səhvdir. 
Deyildiyinə  görə, Kür çayı  əvvəllər ayrılıqda Xəzər dənizinə tökülürmüş. Sonrakı 
dövrlərdə  isə  çay  öz  mənsəbini  dəyişib,  indi  Qalaqayın  adlanan  yerdə  Araz  ilə 
birləşmişdir. 
Araz  çayı  ilə  müqayisədə  Kür  çayı  olduqca  lal,  sakit  axır;  ona  görə  də 
burada  çay  nəqliyyatından  istifadə  etmək  mümkündür.  Araz  çayına  gəldikdə  isə, 
onun olduqca iti,  sürətlə  axması çay  nəqliyyatının  yaranıb  inkişaf etməsinə  mane 
olmuşdur. Lakin hər iki çay birləşdikdən sonra orada hər cür nəqliyyat vasitəsindən 
istifadə  etmək  mümkündür.  İstər  Araz  və  istərsə  də  Kür  çayında  müxtəlif  balıq 
                                                           
14
 Rəftarname-ye Ənuşirəvan be xameye xude u. Tərcümə M. Şüştəri, jurnal ―Bərrəsihaye tarixi‖, № 5 – 
6, Tehran, 1348, s. 86. 
15
 Dehxuda. Lüğətnamə, s. 161. 
16
 Herodot. Tarix, 202. 


növləri  mövcud  olmuşdur.  Antik  müəlliflərin  verdikləri  məlumatda  hər  iki  çay 
sahilinin  sakinləri  balıqçılıqla  məşğul  olub  öz  ehtiyaclarını  ödədikdən  sonra  artıq 
məhsullarını  qonşu  ölkələrə  ixrac  etmişlər.  Təsadüfi  deyildir  ki,  dünyada 
qızılbalığın  əsas  məskəni  Kür  çayı  sayılır.  Bundan  başqa,  bu  çaylarda  ağ  balıq, 
çəki,  kütüm,  azad,  sif  və  digər  balıq  növləri  yaşayır.  Bir  sıra  tədqiqatçılar  Kür 
məfhumunu  ―şıltaq‖,  ―nadinc‖  və  s.  kimi  izah  edirlər.  Xalq  arasında  ―kür‖ 
müəyyən ölçüdən çox olan suya da deyilir. Misal üçün, deyirlər ki, ―bu su kürdür. 
Onda çimmək və ondan istifadə etmək olar‖. 
Ümumiyyətlə, Kür çayından Atropatena ərazisinin bir hissəsi su ilə təmin 
edilirdi. Atropatena ərazisindən axan bol sulu çaylardan biri də Amard çayı idi. Bu 
çay öz adını vaxtilə sahilində yaşamış amard tayfasının adından götürmüşdür. Çay 
Zaqros  dağlarından  başlayıb  Atropatena  ərazisinin  mərkəzi  hissəsindən  keçərək 
onun  düzənliklərini  su  ilə  təmin  edirdi.  Amard  çayı  da  müxtəlif  adlar  daşıyır. 
Atropatenanın  qərbində,  Zaqros  dağlarının  ətəklərində  Amard,  ölkənin  cənub-
şərqində  Qızılüzən,  Xəzər  dənizinə  tökülən  yerdə  (gillərin  yaşadığı  ərazidə)  isə 
Səfidrud  adlanır.  Bunlardan  başqa  Atropatena  ərazisində  indi  Acı  çay,  Cığatu 
(Zərinərud) (Urmu gölünə tökülürlər), Maku çayı, Ağçay, Qoturçay, Mərənd çayı, 
Ərdəbil  ərazisində  Balıqlı  çay,  Ərşə  mahalında    Qarasu  və  Əhər  çayı  adlanan 
çaylar  var  idi.  Ümumiyyətlə,  Atropatena  ərazisindəki  dağlıqlar,  gur  və  bol  sulu 
çaylar, habelə yerin daim rütubətli olması bu ölkəyə münbitlik və bol məhsuldarlıq 
vermişdir ki, digər ölkələrlə müqayisə edilməzdir. Atropatenada məhsuldarlığın və 
meyvələrin  çox  olması  burada  torpağın  çox  münbit  və  bərəkətliliyini  sübut  edir. 
Ərazinin  məhsuldarlığı,  eləcə  də  ərazinin iqtisadi və  ticarət nöqteyi-nəzərdən çox 
əhəmiyyətli  strateji  mövqedə  yerləşməsi  onu  bir  çox  ərazilərdən  fərqləndirirdi. 
Polibinin  yazdığına  görə  atropatenalıların  və  onlarla  qonşu  olan  xalqların  ən 
qüdrətli,  ən  müdrik  hökmdarı  Artabazan  olmuşdur.  Midiya  ilə  yaxınlığında 
yerləşən  Artabazanın  ölkəsini  ondan  dağlar  ayırır.  Fasiddən  yuxarı  yerləşən  onun 
bəzi hissələri Pont üzərində hökmranlıq edir. Bu  ərazi Hirkan dənizinədək uzanır. 
Polibi  Artabazanın  dövründə  demək  olar  ki,  Atropatenanın  təqribi  olsa  da 
sərhədlərini verə bilmişdir. Strabon isə Atropatenanın sərhədləri haqqında yazır ki, 
bu ölkə Ermənistan və Matianadan şərqdə, böyük Midiyadan qərb tərəfə və hər iki 
ölkədən şimala tərəf yerləşmişdir. Cənubdan o, Hirkan dənizinin çökəkliyinə yaxın 
əyalətlərlə və Matiana ilə həmsərhəddir
17

Strabondan  çox  sonralar  yaşamış  ərəb  coğrafiyaşünası  İstəxriyə  görə, 
Azərbaycan  şərqdən  Guhistan  və  Xəzər  dənizi  qərbdən  Ermənistan,  şimaldan 
Allan,  Qabk  dağları  (Qafqaz  -  A.  F.)  İraq  Cəzirəsi  ilə  həmsərhəddir
18
.  Buradan 
məlum olur ki, Azərbaycanın şimal sərhəddi Qafqaz dağlarına qədər uzanırmış. 
 
   
                                                           
17
 Strabon. XI, 13, 2 
18
 Əbu İshaq İbrahim əl-İstəxri, əl-Məsalik və əl-Məmalik. Tərcümə: İ. Əfşar. Tehran, 1240, s. 24-25. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə