MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   44

yaşadıqlarının bir bənzəri deyildir, heç bir şəkildə qaçıb qurtulma
ehtimalı yoxdur.
Şübhəsiz ki, insanlar qiyamət saatına aid hər şey kimi meydana
gələcək və qaçış imkanı olmayacaq bu sarsıntılar barədə də xəbərdar
ediliblər:
“Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət
gününün zəlzələsi dəhşətli şeydir!” (“Həcc” surəsi, 1)
O anda artıq yer üzündə mövcud olan heç bir şeyin dəyəri və
mənası qalmamışdır. İnsanları aldadan hər şey - lüks evlər, nəhəng
göydələnlər, beşulduzlu otellər, ömürləri boyunca tamahkarlıqla pul-
lar yığaraq aldıqları və üzərində onca zəhmət çəkərək nizamladıqları
evlər, saraylar, körpülər, dünyanın ən məşhur binaları, yüz illər bo-
yunca hər cür təbiət hadisəsinə qarşı yıxılmadan ayaqda qala bilmiş
piramidalar, tarixi qalalar, şəhərlər dəniz kənarında qumdan tikilmiş
qalalar kimi sürətlə çökəcəklər. Ümid bağlanan iş yerləri, lüks ma-
şınlar, qısası, dünya həyatında insanın sahib olduğu, sahib olmaqla
öyündüyü bütün maddi zənginliklər bir anda yox olacaq. İnsanların
əldə etdiyi şan-şöhrətin, etibarın, hörmət-izzətin və gücün heç bir
mənası və əhəmiyyəti qalmayacaq.
Quranda o gün yerin parça-parça yıxılıb darmadağın olacağı bil-
dirilir:
“Xeyr! Yer  dağılıb  parça-parça  olacağı;  Rəbbin  gəlib
mələklər səf-səf duracağı və cəhənnəmin gətiriləcəyi gün
- məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlama-
ğın ona nə faydası?!” (“Fəcr” surəsi, 21-23)
O gün insanların bundan əvvəl arxayınlıqla üzərində gəzişdiyi
yer ayaqlarının altından sürüşər. Cürbəcür bəhanələrlə Allah’ı inkar
üçün cəhd göstərmiş və nə etmək lazım gəldiyini bildiyi halda, ibadət
etməkdən qaçan hər adam Allah’dan başqa sığınılan bir gücün ol-
Harun Yəhya (Adnan Oktar) 
25


madığını sonunda çox yaxşı anlayar. Amma artıq özləri üçün nə ge-
riyə dönüş, nə etdiklərini əvəzetmə imkanı var, nə də yaşanan peş-
mançılıq adama bir fayda gətirəcək.
İnsanların o gün qorxu və dəhşətlə birlikdə duyduğu hisslərdən
biri də çarəsizlikdir. Dünyada başına gələ biləcək bütün və hər cür
labüd fəlakət üçün tədbir görən, ən ölümcül bəla, ən böyük zəlzələ,
ən şiddətli qasırğa, ən dəhşətli nüvə savaşı üçün belə sığınacağını
hazırlayan insan oğlu elə bir hadisə ilə qarşı-qarşıya gəlir ki, qaçıb
sığına biləcəyi, daldalana biləcəyi tək bir arxayın yer də tapa bilməz.
Dünyada  vaz  keçilməz  gördüyü,  özünə  inkarı  məqbul  göstərən
zəkası da, güc sahibi olduğuna inandığı adamlar da bu dəhşətli sar-
sıntıya qarşı heç bir çarə tapa bilmirlər və onlar üçün artıq heç bir
çıxış yolu yoxdur.
Yer ağırlıqlarını çölə atıb çıxarır
“Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan: “Buna nə
olub?” - deyəcəyi zaman - məhz o gün (Yer) öz hekayətini
söyləyəcəkdir. Çünki ona sənin Rəbbin vəhy etmişdir!”
(“Zilzal” surəsi, 2-5)
Bəlli olduğu kimi, dünyanın mərkəzində (yer qabığının 5000-
6000 km aşağısında) olduqca yüksək təzyiqə malik kor halında bir
təbəqə var. Və bu təbəqənin temperaturunun təxminən 4500 S dərəcə
olduğu təxmin edilir. Həmçinin vulkan püskürməsi nəticəsində yerin
üzünə çıxan lavalar bu zonada, yəni maqmada yerləşir. Haqqında da-
nışılan püskürmələr tarix boyunca bir çox şəhərin xalqına dəhşət dolu
anlar yaşadaraq insanların ölümünə, hətta şəhərlərin tamamilə yox
olmasına səbəb olublar. Torpaq qatlarında müxtəlif səbəblərdən baş
verən qırılmalar nəticəsində yer üzünə sızan lavalar təzyiq nə qədər
yüksəkdirsə, bir o qədər böyük şiddətlə fışqırır. Əslində, burada
QİYAMƏT GÜNÜ
26


müəyyənedici amil qazın nisbətidir. Maqma yer üzünə çıxarkən qaz-
lar maye haldakı maddədən ayrılaraq maqmanın üzərinə yayılır,
beləliklə də təzyiqin artmasına səbəb olurlar. Maqma qazla nə qədər
yüklüdürsə, püskürmə əsnasında o qədər artıq partlama olur və yerin
altında pıqqıldayaraq qaynayan lavalar yer üzünə çıxaraq yerin üs-
tünü sanki cəhənnəmə çevirirlər. Belə partlama sadəcə müəyyən bir
bölgəni əhatə edən lokal partlayışdır. Üstəlik, günümüzdə aparılan
tədqiqatlar  nəticəsində  çox  zaman  belə  bir  fəlakət  barədə  daha
əvvəlcədən xəbərdarlıq edilir, təhlükənin olduğu zonada müxtəlif
tədbirlər görülür.
Quran ayələrindəki təriflərə görə, “yerin ağırlıqlarını çölə atması”
ifadəsi  ilə  o  gün  yerin  altında  olan  olduqca  çox  şeylə  birlikdə
nüvədəki tezalışan, yandırıcı maddənin də tamamilə yerin üstünə çı-
xacağına işarə edilir. Yer üzünün hər yerində yaşanan şiddətli sar-
sıntılar və yerin bütün təbəqələrinin qırılması belə bir şeyin asanlıqla
gerçəkləşə bilməsi üçün lazım olan ilkin şərtləri meydana gətirəcək.
Yəni qiyamət günündə şiddətli yeraltı təkanlar yerin altını üstünə çe-
virəcək, insanlar başlarına çökən dağlardan, nəhəng binalardan qur-
tulmağa çalışarkən yerdəki çatlaqlardan fışqıran lavalar hər yanı
bürüyəcək, bu da insanların ölümdən heç bir şəkildə qaçışlarının ol-
madığını  bir  daha  anlamasına  səbəb  olacaq.  Fəlakət  fəlakəti
izləyəcək, birindən qurtulmağa çalışan digəri ilə qarşılaşacaqdır. Ən
doğrusunu Allah bilir.
Yer  üzü  Allah’a  qarşı  boyun  əymişdir.  Bu  vəziyyət  Quran
ayələrində belə bildirilir:
“Yer uzanıb dümdüz olacağı; qoynunda olanları bayıra
atıb  boşalacağı;  və  Rəbbinin  buyruğunu  eşidib  itaət
edəcəyi zaman...” (“İnşiqaq” surəsi, 3-5)
Artıq son gün gəlmişdir. İnsanlara verilən müddət bitmiş və hər
şeyin sonu çatmışdır. Bu gündən qurtula biləcək heç bir canlı yoxdur.
Harun Yəhya (Adnan Oktar) 
27


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə