MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

günün  olmayacağına  dair  bir  zəmanət  də  yoxdur.  Mütləq
gerçəkləşəcək qiyamətin vaxtı yalnız Allah tərəfindən müəyyən edi-
lib və onun vaxtını yalnız Allah bilir. Ayələrdə bu mövzu ilə bağlı
belə buyurulur:
“De: “Məni sizin qorxudulduğunuz əzabın yaxın oldu-
ğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin
edəcəyini bilmirəm! Qeybi bilən ancaq Odur və Öz qey-
bini heç kəsə əyan etməz”. (“Cin” surəsi, 25-26)
Allah böyük bir nizam içində yaratdığı həyatı bizim bilə bilmədi-
yimiz bir vaxt bütün nizamı ilə birlikdə sona çatdıracaq. İnsanların
böyük bir çoxluğu bu aqibətə şübhə etməyi və buna inanmamağı
məqbul sayır və bu səbəblə, inkarçılığı üstün saymış ola bilir. Ancaq
tərif edilən bu son gün inkarçılar üçün olduqca çətin, qorxulu bir gün
olacaq. Bu səbəblə, inanmayaraq olacaqları gözləmə yerinə, varlı-
ğına şübhə duymadan qiyamət gününə iman etmək insanı onun özü
üçün daha çox əhəmiyyətli və qazanclı bir nəticəyə çatdıracaq. Çünki
dünyada xərclədiyi cəhdlərin boş bir səy olduğunu qiyamət saatı ilə
anlayan bir insanın peşmançılığı izahı olduqca çətin olan çox şiddətli
bir peşmançılıqdır. Allah bir ayədə belə buyurur:
“O böyük bəla (qiyamət) gələndə, o gün insan nələr etdi-
yini yadına salacaqdır”. (“Naziyat” surəsi, 34-35)
Harun Yəhya (Adnan Oktar) 
17


QİYAMƏT GÜNÜ
GERÇƏKLƏŞƏCƏK HADİSƏLƏR
Qiyamət günü bütün insanlar aləmlərin Rəbbinin hüzurunda du-
racaqlar (“Mutəffifin” surəsi, 6). O gün canlılarla birlikdə bütün kai-
natın yox olduğu dəhşətli bir gündür. Bu yoxolma indiyə qədər heç
bir yerdə görünməmiş hadisələr nəticəsində gerçəkləşəcək. O gün
insanların, heyvanların, var olan (yaradılan) hər şeyin, qısası, bütün
kainatın ölüm günüdür. O gün Allah’ın böyük qüdrətinin açıq şəkildə
görüldüyü və insanların hamısı tərəfindən dərk edildiyi gündür. O
gün inkarçılar üçün dəhşət, qorxu və ağrı-acı dolu bir gündür. O gün
daha əvvəl yaşanmamış bir peşmançılıq, qorxu və təhqir edilmənin
hiss ediləcəyi gündür.
Qiyamət  gününün  xüsusiyyətləri  Quran  ayələrində  çeşidli
bənzətmələrlə müfəssəl şəkildə anladılır. Bu bölümdə Quranda qi-
yamət günü gerçəkləşəcəyi bildirilən hadisələrin ətraflı təsviri verilib
və Allah’ın ayələrdə bildirdiyi hadisələrin işarə etdiyi mənalardan
bəhs ediləcək. Əlbəttə, hər şeyin ən doğrusunu Allah bilir və Allah’ın
elmi sonsuzdur. Biz isə hər mövzuda olduğu kimi, qiyamət mövzu-
sunda  da  yalnız  Onun  bizə  bildirdiyi  və  öyrətdiyi  qədər  anlada
bilərik.
Bu  bölümdə  anladılan  hadisələrin  hamısının  qaynağı  Quran
ayələridir  və  onların  hamısının  gerçəkləşəcəyi  qətidir.  Bütün
QİYAMƏT GÜNÜ
18


təsvirlərin gerçəkləşmə şəkli də Allah tərəfindən müəyyən edilmişdir.
Fəqət bu hadisələr təxmin ediləndən daha çox fərqli formalarda
gerçəkləşə bilər. Bizim qəti olaraq bildiyimiz şey Allah’ın vəd etdiyi
hadisələrin mütləq yaşanacağı, insanların qiyamət günündə daha
əvvəl heç qarşılaşmadıqları qeyri-adi bir mənzərə ilə qarşı-qarşıya
qalacaqları və kainatın onun içindəki bütün canlılarla birlikdə tama-
milə yox olacağı həqiqətidir. İnsanların isə bütün bunların səbəbini
öyrənmə, bu fəlakətlərdən qaçıb qurtula bilmə, yaxud da çıxış yolu
axtarmaq kimi bir ehtimalları olmayacaq. O gün hər kəsin görəcəyi
həqiqət Allah’ın və axirətin varlığıdır.
Sura üfürülməsi
Qiyamət sura üfürülməsi ilə başlayır
“Sur  çalınacaqdır.  Bu,  vəd  olunmuş  gündür!”  (“Qaf”
surəsi, 20)
Sura üfürülməsi Allah’ın Quranda vəd etdiyi qiyamət saatının
artıq gəlib çatdığını xəbər verir. Bu səs dünya həyatının bitməsinin
və axirətin başlanğıcının səsidir. Dünyada qaldığı müddət boyunca
bu böyük gündə görəcəkləri barədə xəbərdar edilən və verəcəyi he-
sabla  xəbərdar  edilib  qorxudulan  hər  kəs  artıq  ona  vəd  edilən
həqiqətlə qarşı-qarşıyadır. Heç gözləmədikləri bir anda eşitdikləri bu
səs daha əvvəl eşidilən səslərə əsla bənzəməyən bir səsdir. İnsanlar
özlərinə verilən müddətin (vaxtın) son olduğunu bu işarədən anla-
yacaqlar. Bu səs küfr edənlərin əbədiyyətə qədər davamlı olaraq ya-
şayacaqları  qorxu,  dəhşət  dolu  çətin  bir  günün  başlamasının
müjdəçisidir. Allah bir ayədə belə buyurur:
“Elə ki, sur çalındı, o gün çox ağır bir gün olacaqdır. O
Harun Yəhya (Adnan Oktar) 
19


gün  kafirlər  üçün  asan  olmayacaqdır!”  (“Müddəssir”
surəsi, 8-10)
Dünya üzərində var olan nizamın diqqət çəkici bəzəyinə aldana-
raq ona sıx bağlananlar Allah’ın varlığı və birliyi həqiqətinə qarşı
kordur. Bütün bunların yaradıcısını, yaradılışını və bir sona doğru
sürətlə irəlilədiyini əsla düşünmədən sadəcə aldandıqları bu görüntü
ilə kifayətlənib xoşbəxt olurlar. Halbuki, onları aldadan bu qüsursuz
nizam hər şeyin sahibi olan Allah’ın əsəridir. Allah’ın yaratdığı bu
görkəmli  sistem  yenə  onun  tək  bir  əmri  ilə  ağıllara  durğunluq
verəcək bir şəkildə sona çatacaq. Bax, belə bir günlə qətiyyən qarşı-
laşmayacaqları zənnində olanlar surun səsi ilə bu qəflətdən dərhal
oyanacaqlar. Ancaq bu oyanma faydasızdır, çünki Allah və axirət
adına bir şey etmək üçün artıq çox gecdir.
Gecikmişlər,  çünki  bəzi  insanlar  bu  imtahana  tabe  olduqları
dünya  həyatını  axirətin  varlığını  unudaraq  boşuna  xərcləyiblər.
Axirətə inanmayan insanların belə bir anlayışa sahib ola bilməsinin
arxasında çox şəxsi bir cəhd dayanır. Bu səyin də mahiyyəti və əvəzi
olduqca böyükdür. Bunun təməlindəki səbəb dünyadakı bu məhdud
həyatla qane olmaq, daha əvvəlini və ya sonrasını mümkün olduqca
düşünməməkdir. Bu anlayış dünya həyatının müvəqqəti ləzzətlərinə
dalaraq nə üçün yaradıldığını unutmağı da özü ilə gətirir. Buna görə
də insanların çoxu niyə yaşadıqlarını, nə üçün yaradıldıqlarını, Ya-
radanın onlardan nələr istədiyini və ölümün nədən var olduğunu dü-
şünmədən bir ömür sürür. Ölüm bildikləri bir şeydir, amma ölüm
həqiqətinin onlara üzərində düşünmələri lazım olan bu kimi sualları
da gətirəcəyinin fərqindədirlər. Bunun üçün bu fikirdən mümkün
qədər uzaqlaşmağa çalışırlar. Halbuki, insanın yaradılışının və onun
dünya  üzərindəki  qısa  həyatının  səbəbi  yalnız  Allah’a  qulluq
etməkdir. Ölümün yaxınlığının, dünya həyatının qısalığının, sahib
olduğu və olmadığı hər şeyin sadəcə imtahanın bir parçası olmasının
fərqində olan insanlar Quran vasitəsilə insanlara tərif edilmiş olan
QİYAMƏT GÜNÜ
20


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə