MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

zina, qumar və daha bir çox günah bu dəftərdədir. İnkarçılar Allah’ı
haqqı ilə təqdir edə bilmədikləri üçün riyakar əxlaqla həm dünyada
istədikləri kimi yaşayacaqlarını, həm də istədikləri ibadətləri etməyi
bağışlama ünsürü olaraq önə sürə biləcəklərini zənn edirlər. Allah’a
ibadət etməyən və ya ibadət edən kimi görünən şəxsləri hesab gü-
nündə qorxu və narahatlıq gözləyir. Layiq olduğu qarşılığı alan in-
karçıların çarəsizlik və peşmançılığı onların söylədiklərindən də
aydın olur. Quranda bu şəxslərin o ankı dəhşətləri belə bildirilir:
“Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kita-
bım mənə verilməyəydi! Hesabımdan da xəbərim olma-
yaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim
məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub
getdi”” (“Haqqə” surəsi, 25-29)
Allah’a və axirətə yəqinliklə inanan, həyatı boyu hesab anı üçün
hazırlıq  görən  möminlər  ilə  axirəti  unudan,  Allah’dan  və  mö-
minlərdən üz çevirən sol tərəfin adamları arasındakı fərq yenə başqa
bir ayədə belə izah olunur:
“Kimin kitabı arxa tərəfindən veriləcəksə, o, özünə ölüm
diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada
ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki,
Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki,
Rəbbi onu görürdü”. (“İnşiqaq” surəsi, 10-15)
O gün insanlar qruplara ayrılacaqlar
Allah’dan qorxub çəkinən və dünyada Onun rizasına uyğun ya-
şayanların gözlədiyi an gələcək. İnananlar Rəbbimizin onlara vəd et-
diyi qovuşmanın həyəcanını yaşayacaqlar. Kafirlərin üzərində isə
həyatları boyu yaşamadıqları qədər böyük, təsvir oluna bilməyən bir
qorxu olacaq. İman gətirənlərdən başqa bu dəhşəti hər kəs yaşaya-
QİYAMƏT GÜNÜ
110


caq. Möminlərlə kafirlərin yolu ayrılacaq. Quranda bu günün ayırma
günü olduğu belə bildirilmişdir:
“Onlara deyiləcək: “Bu yalan saydığınız fərqləndirmə gü-
nüdür!”” (“Saffat” surəsi, 21)
Quranda o gün insanların qruplara ayrılacağı bildirilir. Əshabi-
Meymənə” adlandırılan möminlər bir qrupdur. “Əshabi-Məşəmə”
isə kafirlərdən ibarət, möminlərdən ayrılan qrupu təmsil edir. Bun-
larla yanaşı, möminlərin arasında da Allah’a yaxınlıq və Allah yo-
lunda aparılan mübarizədə ən önə keçənlər vardır ki, Quranda bu
insanlar yarışıb önə keçənlər adlandırılırlar:
“O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxa-
caqdır. O gün neçə-neçə üzlər də tutulub qaralacaq və
yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir”. (“Qi-
yamət” surəsi, 22-25)
“Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Sol
tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Xeyirxah
işlərdə öndə gedənlər cənnətdə də öndədirlər! Onlar Al-
lah’a yaxın olanlardır”. (“Vaqiə” surəsi, 8-11)
Cəhənnəmin göstərilməsi
O gün hər kəs Allah’a dünyada törətdiklərinin hesabını verəcək.
Cəhənnəmə girəcəyini anlayıb qorxu içində olan inkarçılar qısa bir
ömrü sonsuz bir həyatdan üstün tutmağın verdiyi sonsuz peşmançılıq
içində olacaqlar. Onlar özlərinə əzabın toxunmayacağını, qiyamət
gününün gerçəkləşməyəcəyini və Allah’ın onları cəzalandırmayaca-
ğını zənn edərək guya rahat bir həyat yaşayarkən Allah onları əhatəyə
alacaq və heç gözləmədikləri bir anda qəhr edəcək. Hər şey bitəcək
və hər kəsin gedəcəyi yer müəyyən olunacaq. Lakin insanlar dərhal
bir-birlərindən ayrılmayacaqlar. Möminlər cənnətə göndərilməzdən
Harun Yəhya (Adnan Oktar) 
111


əvvəl onlara da kafirlərlə birlikdə cəhənnəm göstəriləcək. O gün
mömin və ya kafir bütün insanlar cəhənnəmin ətrafında diz çökəcək.
Hər kəs cəhənnəmin qorxu salan uğultusunu eşidəcək və içindəki
tük ürpərdici görüntülərə şahid olacaq. Lakin sonra möminlər qur-
tarılacaq və kafirlər diz üstü çökmüş olaraq buraxılacaqlar. Ayələrdə
bu həqiqət belə xəbər verilir:
“İnsan  soruşar:  “Doğrudanmı,  mən  öldükdən  sonra
qəbirdən diri çıxardılacağam?” Məgər insan ilk əvvəl onu
heç bir deyil ikən yaratdığımızı xatırlamırmı? Rəbbinə
and olsun ki, Biz onları şeytanlarla bir yerə toplayacaq,
sonra da onları diz üstə çökmüş halda, cəhənnəmin ətra-
fına yerləşdirəcəyik. Sonra hər firqədən ər-Rəhmana ən
çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq
olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq. İçinizdən hər kəs
oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən et-
diyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas
edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk
edəcəyik”. (“Məryəm” surəsi, 66-72)
Əlbəttə,  möminlərə  cəhənnəmin  göstərilməsinin  bir  çox
hikməti vardır. Cəhənnəmin vəziyyətini yaxından görən möminlər
Allah’ın onlara verdiyi imanın nə  qədər  böyük  bir  gözəllik  və
fərqlilik olduğunu daha dərindən qavrayırlar. Çünki şahid olunan
cəhənnəm o qədər dəhşətlidir ki, o əzabdan xilas olmaq insan üçün
təsvir oluna bilməyən xoşbəxtliyə və şükürə vəsilə olacaq. Möminlər
cəhənnəmi  görməklə  müqayisə  etmək  imkanına  sahib  olurlar.
Beləliklə, insana veriləcək ən gözəl nemətləri olan və əbədi qalacaq-
ları cənnətin dəyərini daha yaxşı anlayırlar. Çünki nemətin dəyəri
ancaq müqayisə ilə anlaşılır. Gözəlliklərin, yəni cənnət nemətlərinin
dəyəri Allah’ın zülm edənlərə verəcəyi qarşılıq görüləndə daha yaxşı
anlaşılır.  İmtahan  olunmaq  üçün  gəldiyimiz  dünyanın  yaradılış
QİYAMƏT GÜNÜ
112


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə