Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə269/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Добавить
(
Əlavə etmək) düyməsini sıxmaq lazımdır. Bu zaman açılan pəncərədə arxivə 
ad
15
, arxivin 
formatını (RAR və ya ZIP), sıxılma və yeniləşmə üsulunu, lüğətin 
ölçüsünü, çoxcildli 
arxivlər üçün cildin həcmini (1457500 və avtomatik təyin 
olma 
(автоопределение)), arxivləşmə parametrlərini, ehtiyat surəti üçün
parametrləri məyyən etmək lazımdır.
Proqramda 6 
ədəd: 
Быстро
(Tez), 
Скоростной
(
Sürətli), 
Хороший
(
Yaxşı), 
Максимальный
(Maksimal), 
Обычный
(Adi
), Без сжатия 
(
Sıxılmadan) sıxılma metodu nəzərdə tutulmuşdur. Maksimal sıxılma üsulu
yüksək dərəcəli sıxılmanı təmin edir. Lakin bu zaman sıxılma sürəti çox kiçik 
olur. 
Əksinə, sürətli üsul yüksək sürətlə sıxılmanı, lakin pis sıxılmanı təmin 
edir.
Lüğətin ölçüsü 64, 128, 256, 512, və 1024 Kb ola bilər. Lüğətin ölçüsü nə 
qədər böyük olsa sıxılma sürəti aşağı, keyfiyyət isə yüksək olur. 
Proqramda
aşağıdakı arxivləşmə parametrləri nəzərdə tutulmuşdur ki,
1.
Arxivləşmədən sonra faylı ləğv etmək (Удалить файлы после архи-
вации). Fayl arxivləşdikdən sonra avtomatik ləğv edilir. 
2.
SFX-arxivi yaratmaq 
(Создать SFX). Özüaçılan SFX arxiv faylı yaradılır. 
Belə ki, kursoru bu tip arxivin üzərinə qoyub siçanın sol düyməsini 
sıxmaqla fayl arxivdən azad olur. 
3.
Bütöv arxiv 
(Непрерывный архив). Yalnız RAR tipli arxiv bütöv 
arxivləşməyə məruz qalır. 
4.
Elektron imza 
(Электрон подпись). Bu zaman arxivə elektron imza – 
müəllif, axırıncı dəfə yenilənmə tarixi əlavə olunur. 
5.
Multimediya
sıxılma (Мультимедиа сжатие). Bu sıxılma parametri səs, 
24 
tərtibli BMP formatlı rəsmlərin sıxılması zamanı adi sıxılmadan 30% 
artıq yüksək tərtibli sıxılma əldə etməyə imkan verir. Bu parametr yalnız
RAR tipli 
arxivlər üçün nəzərdə tutulmuşdur. 
6.
Bərpa üçün informasiya (Информация для востановления). Arxivə bərpa 
üçün 
informasiyanı əlavə edir. 
Ehtiyat 
surəti üçün isə aşağıdakı parametrlər müəyyən edilmişdir: 
15
Artıq mövcud arxivə yeni fayllar əlavə etmək üçün pəncərədə mövcud arxivin adını, 
yeni arxiv yaratdıqda isə yeni ad daxil etmək lazımdır.


310 
Arxivləşmədən əvvəl diski təmizləmək (Очищать сменный диск перед 
архивацией на него).
Arxiv 
diskdə yaradılarkən 
disketdəki bütün qovluq
və fayllar ləğv olunur. 
Yalnız «Arxiv» atributluları
əlavə etmək (Добавлять 
только с установленным 
атрибутом «Архивный»). 
Bu zaman 
arxivə yalnız 
«arxiv» atributlu fayllar 
əlavə ediləcək 
Arxivləşmədən sonra Arxiv 
atributunun 
ləğv edilməsi 
(Снимать 
атрибут 
«Архивный» после архивации). Arxivləşmədən sonra fayllardan arxiv 
atributu 
ləğv olunur. 
Fayları və qovluqları arxivdən çıxarmaq üçün onu proqramın fayl 
pəncərəsinə çağırmaq, qeyd etmək və alətlər panelinin Arxivdən azad etmək 
(Извлечь в) düyməsini sıxmaq lazımdır. Bu zaman açılan pəncərədə arxivdən 
azad 
olunmuş fayl və qovluqların ünvanını və arxivdən azad etmə parametrləri 
müəyyən etmək və OK düyməsini sıxmaq lazımdır.
Bundan sonra
arxivdən azad olma əməliyyatı ekranda əks olunacaqdır. 
Əməliyyat bitdikdə isə fayl və qovluqlar arxivdən müəyyən edilmiş ünvanda 
azad 
olunacaqdır. Əgər arxiv parola malik olarsa, bu zaman parolun daxil 
edilməsi tələb olunacaq.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə