Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

45 
 
Digər tərəfdən isə 1937-ci ildə İtaliya ABŞ, İngiltərə və Fransa kimi iqtisa- 
di  böhranla  qarşılaşdı.Yalnız,İkinci  Dünya  Müharibəsinin  başlanması  ərəfəsində 
iqti- sadiyyatda canlanma yarandı.Belə ki, 10 iri İtaliya trestinin kapitalı 1,9 mlrd. 
lirədən 4 mlrd. lirə-dək çatdı.“Montekatini” trestində isə işçilərin sayı 50 mindən 
70 minədək artımışdı. 
İri maqnatlardan olan “Fiat” trestinin kapitalı 24 mln.lirədən 43,5 mln. lirə 
səviyyəsinə  yüksəlmişdi.Müvafiq  olaraq  “  İtolpirelli  “də  26  mln.lirədən  53  mln. 
lirəyə,Montekatinidə  67  mln.lirədən  159,4  mln.lirə-dək  qalxmışdı.Bununla  belə 
İtaliyanın  dövlət  borcu  artmış  və  200  mln.  lirə  təşkil  edirdi.Belə  şəraitdə  ölkədə 
Mussolini rejiminə qarşı mübarizə güclənmiş və hərəkat iştirakçıları İtaliyada de- 
mokratik respublika qaydalarını tətbiq etmək istəyirdilər. 
 İspaniya 1918-1939-cu illərdə 
       İspaniya Birinci dünya müharibəsindən sonrakı ilk illərdə 
İspaniya  Birinci  dünya  müharibəsi  dövründə  neytrallığını  qoruyub  saxla- 
mışdı.Buna görə də ölkənin sənaye sahələri və kənd təsərrüfatı dağıntılara məruz 
qalmamış,əksinə,yüksəliş  başlanmışdı.Xarici  ticarət  4  dəfə  artmış,zəngin  qızıl 
ehtiyatı  yaranmışdı.Mövcud  çuqun  və  daş-kömür  ehtiyatı  yeni  zavodların  tikin- 
tisinə  şərait  yaratmaqla  yanaşı,burjuaziyanın  güclənməsinə  səbəb  olmuşdu.An- 
caq,iqtisadi yüksəlişdən əhalinin aşağı təbəqələri bəhrələnə bilməmişdi. 
 
Hələ  1916-cı  ildə  ölkədə  etiraz  hərəkatı  başlanmışdı.Birinci  olaraq  dəmir- 
yolçular  çıxış  edərək  əmək  haqlarının  artırılmasını  tələb  etdilər.Hökumət  fövqə- 
ladə  vəziyyət  elan  etdi  və  inqilabi  həyəcanlara  qarşı  mübarizəyə  başladı.Eyni 
zamanda  Kataloniyaya  muxtariyyət  verilməsi  uğrunda  hərəkat  gücləndi.Bu, 
hərəkatın  siyasi  xarakter  daşıdığını  göstərirdi.1917-ci  ilin  avqustunda  ispan  fəh- 
lələri  ümumi  siyasi  tətil  elan  etdilər.Asturiya  və  Biskayda  hərəkat  silahlı  üsyana 
çevrildi.Liberal  burjuaziya  tətilçiləri  müdafiə  etməkdən  imtina  etdi.İspaniya  so- 
sialist  partiyası  kifayət  qədər  güclü  olmadığından  hərəkata  rəhbərlik  edə  bilmə- 
di.Anarxosindikalistlər də hərakatı müdafiə etmədi.Buna görə də tətil hərəkatının 
iştirakçıları  mübarizəni  dayandırmağa  məcbur  oldu.Ancaq,1919-1920-ci  illərdə 


46 
 
ölkədə inqilabi şərait ya-randı.Bu dövrdə həmkarlar ittifaqlarında 1125 min nəfər 
sosialist  partiyasından  211min  nəfər  birləşmişdi.İSFP-nın  rəhbərliyi  ümid  edirdi 
ki,fəhlə  hərəkatının  nəticəsində  hakimiyyətə  keçəcəkdir.Onlar  zəif  olmaqla 
yanaşı, həm də inqilabi çıxışlardan qorxurdular.Yalnız,1921-ci ildə İspaniyada iki 
siyasi  partiya  formalaşdı  ki,həmin  partiyalar  fəhlə  hərəkatınarəhbərlik  edə 
bilərdi.1921-ci ilin noyabrında Vahid İspaniya Kommunist partiyası yaradıldı.Elə 
həmin  ildə  anarxosindikalistlər  Baş  Nazir  Datonu  öldürdülər.Bu,ölkədə  siyasi 
vəziyyəti gərginləşdirdi.Digər tərəfdən İspan imperalizmi Mərakeşdə ağır məğlu- 
biyyətə  uğradı.1921-ci  ilin  yayında  ispan  qoşunları  rif  tayfalarının  üzərinə  hü- 
cuma  başladı.Lakin,Anval  altında  baş  vermiş  döyüşdə  məğlub  oldular.Bu,ispan 
monarxiyasına qaşı mübarizəni daha da gücləndirdi.Həmin illərdə inqilabi müba- 
rizənin  müxtəlif  metodları  tətbiq  edilirdi.Belə  ki,siyasi  tətillər,nümayişlər  və 
milli-azadlıq hərəkatı, xüsusilə,geniş xarakter daşıyırdı. 
   Primo de Rivera diktaturası dövründə İspaniyanın  
               daxili və beynəlxalq vəziyyəti 
 
1923-cü il sentyabrın 20-də Anval altında məğlubiyyətin səbəbləri kortesdə 
müzakirə  olundu.Hələ  sentyabrın  13-də  Kataloniya  hərbi  dairələrin  komandanı 
general  Migel  Primo  de  Rivera  hərbi  dairələrə  və  Katalon  iri  burjuaziyasına 
arxalanaraq    Barselonada  hakimiyyəti  ələ  keçirdi.Tezliklə,İspaniya  hökuməti 
istefa verdi,XIII Alfons isə Madriddə hakimiyyəti Primo de Riveraya verdi.Primo 
de  Rivera  generallardan  və  admirallardan  ibarət  hərbi  direktoriya  yaratdı.Daxili 
İşlər  Naziri  vəzifəsinə  Katalon  fəhlələrinin  qənimi  Martines  Amido  təyin  edildi. 
Ölkədə  hərbi  vəziyyət  elan  olundu.Konstitusiya  dəyişdirildi,korteslər  buraxıldı, 
yerlərdə  isə  hakimiyyət  hərbi  qubernatorların  əlinə  keçdi.O,xalqa  müraciətdə 
bildirdi  ki,ölkə  dərin  böhran  qarşısındadır.Buna  görə  də  tətillər  qadağan  olunur, 
amansız  senzura  tətbiq  edilirdi.İspaniyada  faşist  İtaliyası  formasında  rejim  yara- 
dılması  qərara  alındı.Eyni  zamanda  muxtariyyat  hərəkatının  qarşısı  alındı,  kata- 
lonların,baskların və qalisiyalıların rəsmi sənədlərdə dilləri ləğv edildi. 


47 
 
 
Diktaturanın yaradılması bilavasitə kapitalizmin nisbi sabitləşməsi dövrünə 
təsadüf  edir.Ancaq,İspaniya  iqtisadiyyatında  hələ  də  yarımfeodal  xüsusiyyətlər 
qalmaqda  idi.1928-ci  ildə  XIII  Alfons  və  Primo  de  Rivera  Romada  görüşdülər. 
XIII  Alfons  İtaliya  kralına  bildirdi:”Bu,mənim  Mussolinimdir.”İtaliya  diktatoru 
Primo  de  Riveranı  İspaniya  faşizminin  lideri  kimi  tanıdı.Primo  de  Rivera  ilk 
günlərdən etibarən faşist diktatoru Mussolinini dəqiq anlaya bildi. 
 
Ancaq,İspaniya  diktatoru  Mərakeş  problemi  təkbaşına  həll  edə  bilmədi. 
Yalnız,İspaniya  və  Fransa  arasında  rif  qəbilələrinin  hərəkatına  qarşı  birgə  fəa- 
liyyət haqqında saziş bağlandı.1925-ci ildə Primo de Rivera hərbi hökuməti mül- 
ki hökumətlə əvəz etdi.Lakin,diktator qeyri-məhdud hökmranlığını saxlamaqda  
idi. 
 
Primo  de  Rivera  diktaturası  real  müqavimətlə  qarşılaşmadı.İspaniya  sosia- 
list  fəhlə  partiyası  diktatura  ilə  mübarizə  aparmaqdan  imtina  edir.Anarxo-sindi- 
kalistlər  isə  mübarizənin  mənasız  olduğunu  bildirir.Həmin  dövrdə  bütün  siyasi 
partiyaların  fəaliyyəti  qadağan  olunur.Bütün  bunlar  ona  gətirib  çıxarır  ki,dikta- 
turadan  narazılıq  güclənir.Diktaturaya  qarşı  ilkin  olaraq  ziyalılar  çıxış  edir.On- 
ların  başlıca  tələbi  demokratik  azadlıqların  verilməsi  idi.Onların  sırasında  Migel 
de Unamuno,Visente Blasko İbanes və Antonio Maçado və başqaları vardı. 
 
Tezliklə,ölkədə etraz hərəkatı gücləndi.Anarxo-sindikalistlər isə terroru ge- 
nişləndirdi.Kiçik  burjuaziya  hesab  edirdi  ki,Primo  de  Rivera  diktaturası  dövlət 
monopolist  kapitalizmini  möhkəmləndirəcək,bu  isə  burjuaziyanın  maraqlarının 
təmin edilməsi demək idi.Lakin,bununla razılaşmayan burjuaziya müxalifətə keç- 
di.Eyni  zamanda  Kataloniyada  muxtariyyət  uğrunda  mübarizə  genişləndi.Primo 
de  Rivera  diktaturasının  hakimiyyətdə  qalmaq  üçün  göstərdiyi  bütün  cəhdlər 
nəticəsiz  qaldı.Hərbi  dairələrin  komandanlığının  diktatoru  müdafiə  etmədiyi 
halda isə Primo de Rivera 1930-cu il yanvarın 28-də istefa verdi.Onun  istefasının 
başlıca  səbəbi  İspaniya  problemlərini  həll  edə  bilməməsi,sosial  bazanın  yaradıl- 
maması və nəhayət,fəhlə və miili hərəkatın güclənməsi idi. 
 
Diktaturanın  çökməsindən  sonra  hakimiyyət  mülkədarların  və  burjuaziya- 
nın  əlinə  keçdi.Kommunist  partiyası  monarxiya  idarə  üsulunun  tamamilə  ləğv 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə