Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi



Yüklə 325 Kb.
səhifə6/14
tarix19.12.2023
ölçüsü325 Kb.
#151336
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   14
M-vzu-81

Sifarişlərin sənədləşdirilməsi. İnzibati - amirlik sistemində əksər müəssisə və təşkilatlar tərəfindən xammal və materiallara sifarişlərin verilməsi üçün sifariş - naryadlardan istifadə olunurdu. Bazar subyektlərinə iqtisadi müstəqillik vəd verən müasir iqtisadi şəraitdə istehsal yerlərinin material resurslarına tələbini rəsmiləşdir-mək üçün sifarişlər paketindən istifadə olunsa da onun tərtib və təqdim edilmə proseduru direktiv planlaşdırma dövründən əsaslı surətdə fərqlənir. Firmalarda (şirkətlərdə) tədarükat işləri ilə bağlı sənədləşdirməni sadə şəkildə həyata keçirmək üçün standart blank və ya sənəd formalarının hazırlanması zəruriyyəti meydana çıxdı. Məsələn, dəniz konosamenti (Bill of Lading), beynəlxalq yükdaşımalarda tətbiq edilən nəqliyyat sənədləri (Non-Negotiable Sea Waybill), hesab-fakturalar (invoice) və s. Tətbiq edilən bu sənəd formalarında aşağıdakı mə'lumatlar əks etdirilir:
Sənədin adı. Sənədin adı onu işgüzar yazışmalarda mövcud olan sonsuz sayda sənəd növlərindən fərqləndirmək üçün tətbiq edilir. Tədarükat praktikasında istifadə olunan sənədləri bir-birindən fərqləndirmək üçün «tədarükat», «sifariş» və ya «məhsulgöndərmələr üzrə sifariş» sözləri kimi qruplaşdırılan sənəd növlərindən istifadə olunur.
Sıra nömrəsi. Sıra nömrəsi sifariş nüsxələrinə əlavə edilən sənədlərdə (əmtəə-nəqliyyat qaiməsi, yük gömrük deklarasiyası, hesab-faktura, məhsulların sertifika-siyası və s.) istifadə olunur. Xammal və materialların tədarükatı zamanı sənədlərin sıra nömrəsi ilə nömrələnməsi sənədlərin ardıcıl yığılmasına və lazımi sənədin tez axtarılıb tapılmasına köməklik göstərir.
Firmanın (şirkətin) adı hüquqi ünvanı. Sənədlərdə sifarişçi firmanın adının və hüquqi ünvanının olması ilkin olaraq tədarükat üzrə tərəfdaşın hüquqi şəxs statuslu təsərrüfat subyekti olmasını təsdiq və təsbit edir. Firmanın (şirkətin) adı onun gələcək bazar fəaliyyətində yüksək imic qazanmasına dolayı da olsa tə'sir göstərir. Bu baxımdan tədarükat üzrə tərəfdaşa çevrilən istehlakçı (gələcəkdə malalan) və istehsalçı firmalar (gələcəkdə məhsulgöndərən adlanmaqla) arasında müqavilələrinin bağlanması üçün belə səpkili informasiyanın olması onların biri - birini tanımasına əsas verir. Yük və bank göstəricilərini özündə əks etdirən bu mə'lumatın mövcudluğu məhsul partiyalarının və hesab fakturaların göndərilməsinə, eləcə də təsərrüfat və ya mülki iddialar üzrə yazışmaların vaxtında həyata keçirilməsinə şərait yaradır.

Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə