Mövzu. QenderiN Əsaslari və MÜnaqiŞƏ



Yüklə 152,82 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix03.05.2018
ölçüsü152,82 Kb.
#41188
1   2   3   4   5

 

 

fəaliyyət göstərir. Qender stereotiplərini öz mahiyyətinə görə iki formada öyrənmək olar: qender 



identikliyi (eyniliyi) və qender rolu. 

Qender identikliyi – hər bir kəs tərəfindən özünün kişi və yaxud qadın cinsinə aid etməsi 

deməkdir. Bu – identikliyinin xüsusi növüdür. İnsanın özündə  şüurunda belə identiklik, sosial status 

haqqındakı digər təsəvvürlərlə (peşə, ailə, etnik mənsubiyyət, təhlil və s.) yanaşı yaşayır.  İnsandakı 

«Mən»i bu komponentləri (tərkib hissələri) müəyyən bir qrupa mənsub olmağının dərki səviyyəsində 

mənimsəyir. Qender identikliyi adamda körpəlikdən, cəmiyyətdə mövcud olan bu identiklik və rolları 

haqqındakı təsəvvürlərin əsasında formalaşır. 



Qender rolları sosial rolların növlərindən biridir. O, sosial rolların öyrənilməsi  əsasında 

şəxsiyyətin davranış xüsusiyyətlərini, sosial mühitlə onun qarşılıqlı  əlaqəsinin özünəməxsusluğunu 

öyrənməyə imkan verir. Qender rolları – insanların cinsi əlamətinə görə müxtəlifliyi ilə müəyyən edilən 

rollardır; onlar müəyyən sosial gözləmələrini ifadə edir və davranışda özünü göstərir. Beləliklə, qender 

rolları – insanlara başqalarının (fərdlərin) kişi və yaxud qadın cinsinə aidiyatını müəyyən edən davranış 

modelləri və münasibətlərinin xarici təzahürləridir. 



Qender differensiyasıyası (fərqləndirilməsi) – cinslər arasındakı bioloji fərqlərdə sosial məkanın 

axtarışı prosesidir; bu fərqlər sosial təsnifatının vasitəsi rolunu oynayır. Sosiallaşma prosesində 

differensial güclənmə  və differensial təqlidetməni fərqləndirir. Birincidə – cəmiyyət özünə  məğbul olan 

davranışı alqışlayır, məğbul olmayanı isə sosial pisləmə, bə-yənməmək ilə cəzalandırır. İkinxi halda fərd, 

qrupda qəbul olunmuş normalar baxımından özü üçün rol modellərini seçir və onları  təsvir və yaxud 

təqlid edir. 



Cinsi əlamətə görə diskriminasiya (seksizm) (yəni hüquqların pozulması) o zaman baş verir ki, bir 

cins, digərinə nisbətən, üstün sayılır.  Əksər hallarda bunu diskriminasiya kimi qiymətləndirirlər 

(qadınların ziyanına kişilərin üstünlüyü). Patriarxal münasibətlər üzərində qurulan cəmiyyətlərdə 

qadınlar cəmiyyətin bütün fəaliyyət sahələrində (məşğulluq, siyasi və dini fəaliyyət, mənzil ilə  təmin 

olunması, mülkiyyət hüququ, vətəndaş  və cinayət hüququ), sistematik olaraq, təqiblərə  məruz qalır, 

onların hüquqları pozulur. (11) 

Cins və qender anlayışlarının fərqləndirilməsi sosial proseslərin öyrənilməsində yeni nəzəri 

müstəviyə  çıxması demək idi. Burada yeni yanaşmalar formalaşır; onlara görə, sosiallılıq və 

mədəniyyətin bütün aspektləri qender ölçülərinə malikdir.  

İctimai elmlərdə qender yanaşması kimi nəzəri cərəyan, cinslər arasındakı münasibətlərin ənənəvi 

şəkildə öyrənilməsində müxtəlif mövqe kimi formalaşdı. Ənənəçilik belə bir fikrə əsaslanır ki, qadın və 

kişilərin həyat fəaliyyətinin ictimai və fərdi sahələrdə rollarının, status və mövqelərinin fərqləndirilməsi 

prosesi məqsədəuyğundur. Qender yanaşması bütövlükdə onu nəzərdə tutur ki, kişi və qadınların 

obrazının qavranılması  və onların davranışındakı  fərqlər bir o qədər onların fizioloji xüsusiyyətləri ilə 

yox, daha çox bir sıra sosial amillərlə (tərbiyə, hər bir mədəniyyətə xas olan kişilik və qadınlığın 

mahiyyəti haqqında təsəvvürlər və s.) müəyyən olunur. Qender yanaşması, elmi nəzəriyyə səviyyəsində, 

qender münasibətlərinin psixoloji aspektlərinin təhlili deməkdir. Bu zaman burada, cinslərarası 

münasibətlərdə  ənənəvi qeyri-bərabər  əsassızlıq və lüzumsuzluq sübut olunur.(12) Cinslərarası 

münasibətlər probleminin bu cür təhlil olunması iyerarxiyalılıq, diskriminasiya, asimmetriya kimi 

stereotipləri dağıdır, ictimai və  fərdi problemlərin izahında yeni yanaşmaları formalaşdırır. Belə  işin 

aparılması çox vaxt ümumi mədəni inkişafın, müasir sivilizasiyaya müdaxilə etmənin real göstəricisidir. 

Dövlətlərin inkişafında yaranan ictimai-siyasi vəziyyət qender tədqiqatlarına daha çox diqqət tələb edir, 

onların geniş yayılması cəmiyyətin ümumi mədəniyyət səviyyəsini qaldıracaq. 

Azərbaycanda qender tədqiqatları – elmimizin inkişafında yeni bir mərhələdir. Nisbətən gənc 

olmasına baxmayaraq (10-12 il), bu tədqiqatlar insanların təfəkkür və  şüuruna böyük təsiretmə gücünə 

malikdir. Kişi və qadınların cəmiyyətdə yeri və roluna, onların qarşılıqlı münasibətlərinə yeni baxışlar 

formalaşır. 

Qender tədqiqatlarının belə fövqəl  əhəmiyyətini nəzərə alaraq, onları  təhsil və  tərbiyə sisteminin 

sosial və humanitar sahələrinə tətbiq etməyə başladılar. Lakin bu yolun əvvəlində, cəmiyyətdə baş verən 

bütün proses və hadisələrə qender yanaşmasının  əhəmiyyətinin qəbul olunması  və anlanması durmalı 

idi.  

Uzun müddət tarixdə qadınların rolu çox məhdud  şəkildə yozulurdu; bu məsələnin öyrənilməsi 



birinci növbədə hüquq bərabərsizliyi, onların yenilənməsi üğrunda mübarizəsi ilə  əlaqələndirilirdi. 


 

 

Qadın, yalnız qadın olduğuna görə, öz qüvvə və bacarıqlarını yalnız onun üçün yararlı yeganə bir sahə 



sayılan nigahda sınaya bilərdi; o, uşaqları dünyaya gətirməli və  tərbiyə etməli, ailə ocağını qoruyub 

saxlamalı idi. Bunu, yaşadığı cəmiyyətin hüquqi münasibətləri müəyyən edirdi. Qadın həyatının dəyəri 

istənilən mədəniyyətdə, cəmiyyətdə, istənilən tarixi dövrdə  çox  ucuz  tutulur,  elmi  tədqiqat növlərinin 

heç birində aparıcı  çıxış nöqtəsi kimi götürülmürdü. Lakin qender qeyri-bərabərliyinin bu modeli 

mövcud reallıqla qarşı-qarşıya gəldi.  

Tarixdə görkəmli, öz ölkəsinin inkişafında, onun azadlığı  və müstəqilliyi uğrunda mübarizədə 

müstəsna rol oynayan qadınlar olub. Məs., türkdilli «Dədə Qorqud» dastanında qeyd olunur ki, qadınlar 

kişilərlə  bərabər, vətənin  ən çətin anlarında öz zehnini, şücaət və  məsuliyyətini nümayiş etdirmişlər. 

Çətin bir şəraitdə onlar öz qabiliyyətlərini üzə  çıxarmış, cəmiyyətdə özünə layiq yer tutmuşdular. 

Qadınlar öz hüquqlarını müdafiə etmək üçün ayağa qalxmış  və  həqiqi bərabərliyi  əldə etməyə 

başlamışlar. 

Azərbaycan cəmiyyətində qender tədqiqatlarının aparılması qadınların kişi hökmranlığından 

qurtarmaq məqsədini güdmür; burada söhbət, cəmiyyətin bütün üzvlərinin müxtəlifliyi, hüquq və 

xüsusiyyətlərini nəzərə alan dünyagörüşünün formalaşmasından gedir. 

Qadınların vəziyyəti üzrə IV Ümumdünya konfransı (Pekin, 1995-ci il, sentyabr) «Bərabər 

hüquqlar, inkişaf və sülh naminə  fəaliyyət»  şüarı altında keçdi. Qeyd etmək lazımdır ki, qadınların 

vəziyyəti haqqında  əvvəlki üç konfransda da söhbət aparılıb; həmin konfranslarda dövlətlərə kişi və 

qadınlar arasında bərabərliyin təmin olunması yolları haqqında tövsiyələr verilmişdi. Amma yalnız 

Pekin konfransının Deklarasiya və  Fəaliyyət Platforması bu məsələni ön plana çəkmiş  və hökümətlərə 

tövsiyyə etmişdi ki, «qender aspekti bütün dövlət səviyyəsində qəbul olunan strategiya və proqramlarda 

öz əksini tapsın». 

Pekin konfransından sonra respublikamızda qadın probemlərinə  və qender tədqiqatlarına maraq 

xüsusilə artdı. Konfransın qərarları  əsasında qadınların vəziyyətinin yaxşılaşdırılmasında sosial 

institutlar səviyyəsində işlər aparıldı, qender bərabərliyinə nail olmaq yollarının axtarışı başlandı. 1997-ci 

ildən hökumətlə əldə edilən razılıq əsasında «Azərbaycanda qenderin inkişafı» layihəsi reallaşdırılmağa 

başlandı. Bu layihə «Qender inkişafdadır» adlı beynəlxalq regional proqramın tərkib hissəsidir. Nəticədə, 

qenderin yayılması işini elmi və ictimai təşkilatlar daha fəal şəkildə həyata keçirməyə başladılar. 1998-ci 

ilin fevralında «Qender: qadın probleminin yeni mərhələsi» mövzusunda ilk ümumrespublika konfransı 

keçirildi. Müxtəlif kitab və jurnallar, qender üzrə keçirilən konfransın materialları  nəşr olunmağa 

başlandı.  

Nəticədə respublikada qadınlarla iş üzrə  təşkilatların sayı artdı. Burada cinslərin bərabərliyi 

məsələsi üzrə maarifçilik işləri aparılır, problemlər izah edilir. 1994-cü ildə respublikada yalnız 5 QHT 

qeydə alınmışdısa (həm də bir neçə qeydiyyatdan keçməmiş qeyri-formal birləşmələr fəaliyyət 

göstərirdi), 2004-cü ilin yanvarında artıq 80 təşkilat bilavasitə qadın problemləri, qadın və qender 

tədqiqatları ilə məşğul olurdu.  

Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, ali təhsil ocaqları və 

beynəlxalq təşkilatların yerli idarələri də müəyyən işləri aparırlar. Bunların sırasında AMEA-nın Fəlsəfə 

və hüquq instiututun qender tədqiqatları  və  fəlsəfədə yeni cərəyanlar  şöbəsini, Qərb Universitetinin 

nəzdindəki Qender Tədqiqatları  Mərkəzini, «Qender və insan hüquqları» elmi-tədqiqat birləşməsini, 

Azərbaycan Qender İnformasiya mərkəzini, BMT-nin qadınların mənafeyi uğrunda inkişaf Fondunu 

(YUNİFEM) və s. göstərmək olar. Fəaliyyət müddətində qeyd edilən təşkilatların tədqiqatçıları bir neçə 

elmi-praktiki konfranslar, trenninqlər, qender seminarları keçirmiş, qender problemləri üzrə xeyli kitab 

vəsaitləri, mühazirə mətnləri və məqalələr məcmuələri nəşr etdirmişlər.  

Respublikamızın bəzi ali məktəblərində sosial və humanitar fənlərin tədrisinə qender 

problemlərinin tətbiqi üzrə faydalı  işlər görülür. Məs.,  1999-cu ildən başlayaraq, Azərbaycan 

Respublikası Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında «Qender siyasəti» kursu oxunur; 

bu kursun tədris proqramı  Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. 2000-ci ildən etibarən Qərb 

Universitetində qender üzrə xüsusi kurslar oxunur: Azərbaycan tarixi, politologiya, sosiologiya, 

psixologiya, fəlsəfə, iqtisadiyyat, mədəniyyətşünaslıq və hüquq. Qərb Universitetin nəzdindəki Qender 

Tədqiqatları Mərkəzi 14 fənn üzrə 14 tədris proqrammı hazırlayıb nəşr etdirdi (həmin proqramlar Təhsil 

Nazirliyi tərəfindən təsdiq olunub); bundan başqa mühazirələrin mətnləri hazırlanıb, «Qender: tarix, 

cəmiyyət, mədəniyyət» adlı  məcmüə  nəşr edilib. (13) Mərkəz böyük təbliğat-tədqiqat və metodoloji iş 




Yüklə 152,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə