Mövzu kompüterlərin proqram təminatı


Şəbəkə əməliyyat sistemləri



Yüklə 41,09 Kb.
səhifə4/5
tarix30.03.2022
ölçüsü41,09 Kb.
#84885
1   2   3   4   5
MÖVZU 1

Şəbəkə əməliyyat sistemləri: verilənlərin şəbəkədə emalını, ötürülməsini və saxlanılmasını təmin edən proqramlar toplusudur. Şəbəkədə işləmək üçün nəzərdə tutulub. Bu əməliyyat sistemləri aşağıdakılardır: Windows Server, Windows NT və ondan sonrakı bütün versiyalar: UNİX, Linux, Mac OS, IBM LAN , Solaris, Novel NetWare.


Servis proqramları

İstifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirirlər.



  • Diaqnostik proqramlar -- Kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Məs: Windows Defender

  • Antiviruslar -- Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin diaqnostikasını təmin edir.

  • Utilitlər Latın dilindən “Utilitas” sözündən götürülüb “faydalı” deməkdir. Utilitlər disklərin formatlaşdırılmasını,arxivlərin yaradılmasını,mətn və faylların  çapı və.s funksiyaları həyata  keçirir. Müasir əməliyyat sistemlərində məsələn, Windows ƏS-də bu cür utilitlər standart Accesories (Cтандартные/Aksessuarlar) və xidməti System tools (Служебные/Sistem Alətləri) proqramlar qovluğunda yerləşir. Bu haqda gələcək dərslərimizdə ətraflı məlumat veriləcək.

  • Driverlər: -- kompüterlə ona qoşulan qurğular arasında əlaqə yaradan proqramlardır.

Məsələn: Yeni printer kompüterə qoşsaq çap etmiyəcək. Bunun üçün qurğunun üzərində xüsusi diksdə yazılmış proqram – drayveri komyuterə yükləmək lazımdır. Bundan sonar printer işləməyə başlayacaq.
2. Tətbiqi Proqram Təminatı (Application software)

Konkret bir məsələnin həlli üçün yaradılmış proqram təminatıdır. İstifadəçini informasiyanın emalı prosedurlarını necə yerinə yetirməsini bilməkdən azad edir. Tətbiqi Proqram Təminatı aşağıdakı növləri vardır:



Ümümi təyinatlı proqram paketi:

  • Mətn redaktorları

  • Elektron cədvəl redaktoru

  • Qrafik redaktor

  • Nəşriyyat sistemləri

  • Təqdimat proqramları

  • Tərcümə proqramları

  • Lüğət proqramları

  • Mühasibat proqramları

  • Verilənlər Bazası İdarəetmə Sistemləri(VBİS)

  • Avtomatlaşdırılmış layihələndirmə sistemləri(CAD)

Üsulyönümlü Tətbiqi Proqram Təminatı : riyazi-iqtisadi məsələlərin həlli üçün istifadə edilir. Proqramlar: Matlab, Mathcad, Mathematica,

Maple, TK Solver, Simplex, Derive, Stats Network, Statistica



Problemyönümlü Tətbiqi Proqram Təminatı: burada konkret sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulmur. Ümümi problem həllinə yönəlir. Tətbiqi proqram paketinin ən geniş sinifi problemyönümlüdür. Əsasən sənaye və qeyri sənaye sahələri üçün nəzərdə tutulmuşdur.
3. İnstrumental Proqram Təminatı (Software tools)

Instrumental proqram təminatı yeni sistem və tətbiqi proqramları yaratmaq üçün istifadə olunur. İnstrumental proqram təminatı 3 hissəyə bölünür:





Yüklə 41,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə