Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə15/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   12   13   14   15   16   17   18   19   20
UNEC 1697617103

«Qiymətləndirən». Bu rolun təmsilçiləri mühüm qərarların qəbul vaxtı gəlməyincə, komandada özlərini göstərmirlər. Bu zaman komandanın ideyalar təklif edən üzvləri («ideya verən» və «resurs tədqiqatçısı») çox nadir hallarda öz ideyalarından və onun nəticələrindən qazanc güdən adamlar olur. Burada ön plana «qiymətləndirən» keçir.
Testləşdirmənin nəticələrinə görə, bu rolun nümayəndələri komandada yüksək intellektual səviyyəyə, tənqidi düşüncəyə malikdir ki, bu da xüsusilə onların kontrarqumentlər irəli sürmə qabiliyyətlərinə aiddir. Onlara yürütdükləri mülahizələrin real və sağlam olması xasdır. Fərqləndirən cəhətlər ciddilik, fərasət və «anadangəlmə» entuziazma qarşı immunitetdir. Bu, komandada «ideya verən»dən sonra ikinci intellektualdır ki, sonuncu ilə bərabər (intellektual mənada) söhbət edə bilir. Həmçinin o, «ideya verən»i nöqteyi-nəzərini dəyişməyə inandıra bilər və bu zaman özünə qarşı hörmət hissini də saxlaya bilər.
«Qiymətləndirən»in başlıca məziyyəti – bütün amilləri nəzərə almaqla, müxtəlif qərar variantlarını şüurla qiymətləndirmək bacarığıdır. «Qiymətləndirənlər» praktiki olaraq heç vaxt səhv etmirlər, lakin fikir orijinallığı və təxəyyülləri ilə də öyünə bilməzlər. Onlara nailiyyət qazanmağın aşağı oriyentasiyası xasdır və nəyəsə həvəs, meyil yoxdur. Entuziazm və nəyəsə həvəsin olmaması komanda üçün «qiymətləndirən»in mühüm cəhətinə çevrilir, belə ki, qərəzsizlik yalnız nəyəsə bağlılığın olmaması həraitində mümkündür. İdealda isə «sədr» deyil, məhz «qiymətləndirən» komandada qərarlar qəbul edilən zaman hakim rolunu oynayır. Bu zaman komandada təkliflərin çox və qərarların qəbul edilməsi mürəkkəb olduqca, «qiymətdəndirən»in rolu konsensus yaratmağa qadir olan insan kimi daha önəmli olur.
«Qiymətləndirən»lər öz mülahizələrində kifayət qədər ləngdirlər və həmişə hər şeyi dəqiq düşünməyə üstünlük verirlər. Ətrafdakılar tərəfindən quru, bir qədər uzunçu, bəzən də son dərəcə tənqidçi kimi qarşılanırlar. Çoxları da təəccüblənirlər ki, bu kateqoriya nümayəndələri necə menecer olurlar. Bununla belə, «qiymətləndirən»lər çox vaxt təşkilatlarda, xüsusilə də iri şirkətlərin qərargahlarında yüksək strateji vəzifələr tutur.
Ayrı-ayrı fəaliyyət növlərində uğur və ya uğursuzluq nisbətən çox olmayan iri və məsul qərarlardan asılıdır, bu isə bütün «lehinə» və «əleyhinə» olanları nəzərə alan «qiymətləndirən» insan üçün ideal ərazidir. «Qiymətləndirən»lər bir zaman vahidi ərzində çoxsaylı qərarlar qəbul etməyə meyilli deyillər, lakin onların qəbul etdikləri qərarlar demək olar ki, risk və nəticə nöqteyi-nəzərindən həmişə optimaldır. Komandanın son qərarlara doğru irəliləməsinin zəifliyi onlara öz güclü tərəflərini göstərməyə imkan verir. «Qiymətləndirən»lərin şəxsi xarakteristikalarının tipik «komanda adamı» obrazına tam uyğun gəlməməsinə baxmayaraq, onlar bununla belə, komandaya uyuşur və özlərini rahat hiss edirlər, komandanın işində, xüsusilə də onların rolu özlərinə və ətrafdakılara tam aydın olanda fəal iştirak edirlər.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə