Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə13/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   9   10   11   12   13   14   15   16   ...   106
iqtisadiyyat nmf

5. İstehsalın təşkili
İstehsalın təmərküzləşməsi. İstehsalın ixtisaslaşması. İstehsalın kooperasiyası. İstehsalın kombinələşməsi.
Təmərküzləşmə müəssisələrin iriləşməsi, ayrı-ayrı sənaye istehsalının ümumi həcmində iri müəssisələrin xüsusi çəkisinin daim artması deməkdir.
İxtisaslaşma ayrı-ayrı sexlərin, müəssisələrin və ya sənaye sahələrinin uzun müddət və sabit olaraq təkrarlanan çeşiddə məhsul istehsalını həyata keçirməsi deməkdir.
Kooperasiyalaşma müəyyən məhsulun birgə istehsalını həyata keçirmək üçün sənaye sahələri, müəssisələr və ya onların ayrı-ayrı strukturları arasında uzun müddətli əlaqələrin yaradılmasıdır.
Kombinələşmə ayrı-ayrı müəssisələrdə və ya sahələrdə istehsal edilən müxtəlif məhsulların istehsalının bir müəssisə çərçivəsində həyata keçirilməsi deməkdir.
İstehsal prosesinin mahiyyəti -İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və habelə təbii proseslərin məcmusu olub, onların qarşılıqlı təsiri və əlaqəlaləri vasitəsilə xammal və ya materialın hazır məhsula çevrilməsi texnologiyasıdır.
Başqa sözlə, müəssisənin istehsal prosesi ənıək cisimlərinin (xammal, material və s.-nin) hazır məhsula çevrilməsinə yönəldilmiş müxiəlif maşın və avadanlıqların vasitəsilə həyata keçirilən texnoloji əməliyyatları özündə birləşdirir, onların məcmusudur. İstehsal prosesi məhsulun istehsah ilə bağlı, insanların silahlandıqları texnika vasitəsi ilə əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşılıqlı təsir və əlaqələri olan işlərin vəhdətidir.
Müəssisədə istehsal prosesinin özü də müstəqil, lakin bir-birilə bağlı olan mərhələlərə bölünür. İstehsal prosesinin hər bir mərhələsi, məxsusi (yaxud xüsusi) proseslərdən ibarət olur. Xüsusi proseslər məhsul istehsalının müəyyən mərhələsinin bitkinliyi ilə xarakterizə olunur (məsələn, tökmə sexində - torpağın hazırlanması, formanın (qəlibin) qurulması, metalın əridilməsi, ərintinin qəliblərə tökülməsi və s.). Xüsusi proseslər özü də texnoloji (əsas) və köməkçi əməliyyatlara bölünürlər.
Əməliyyat - istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi olmaqla - bir iş yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material, yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir.
İstehsal prosesinin əməliyyatlara şaxələnməsi və hər bir əməliyyatın tərkibi istehsalın miqyası və ixtisaslaşdırma səviyyəsindən, tətbiq olunan texnika və texnologiyadan və habelə istehsalın təşkilindən asılıdır.
Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə