Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

15 


formalaşdırılması ilə əlaqələndirən sosial bazar təsərrüfatı modelidir. İsveç modeli,onun klassik 

şəklində  –  gəlirlərin  geniş  şəkildə  yenidən  bölüşdürülməsinə  və  müxtəlif  «sərbəst 

assosiasiyaların»  yaradılmasına  əsaslanan  sosial  zəmanətlərin  yüksək  səviyyəsi  ilə  səjiyyələnən 

sosial  modelidir.  Yapon  modeli  –  kapital  yığımının  əlverişli  imkanlarının  iqtisadi  inkişafın 

proqramlaşdırılması,  struktur,  investisiya  və  xarici  iqtisadi  siyasət  sahəsində  dövlət 

tənzimlənməsinin  fəal  rolu  və  korporativ  (firmadaxili)  zəminin  xüsusi  sosial  əhəmiyyəti  ilə 

birləşdiyi tənzimlənən korporativ kapitalizm modelidir. 

                                                                                           

                                                                                                            

 

Mövzu 5. İqtisadi institutlar və mülkiyyət 

 

1.İnstitut -  iqtisadi nəzəriyyənin  institusional istiqamətinin əsas kateqoriyası kimi. 

2.İqtisadiyyatda institutların rolu. Transaksiya xərcləri. 

3.Mülkiyyət kateqoriyası və onun məzmunu 

4.Mülkiyyətin  tipləri və formaları, onların reallaşması 

5.Milliləşdirmə  və  özəlləşdirmə.  Azərbaycanda  özəlləşdirmə 

prosessi  və  onun 

xüsusiyyətləri. 

 

 

1.İnstitut -  iqtisadi nəzəriyyənin  institusional istiqamətinin əsas kateqoriyası kimi. 

 

İqtisad  elmində    institut  anlayışı  iqtisadi  nəzəriyyənin    sosial-  institusional    istiqamətinin 



yaranması ilə meydana gəlmişdir. İnstitut dedikdə iqtisadi subyektlərə  təsir  göstərən qayda və 

normaların məcmusu, habelə bu norma və  qaydalara əməl edilməsinə  məcbur etmə mexanizmi 

başa düşülür. 

 İnstitutlar  formal  xarakter  daşıya  bilər,  yaxud  qanunveriçilik  yolu  ilə  təsbit    oluna  bilər, 

həmçinin  məsələn ənənə, vərdişlər  ümumi qəbul edilmiş davranış normaları kimi, qeyri-formal 

da  ola bilər. 

İqtisadiyyata  təsir  göstərən  formal  norma  və  qaydalar  adətən  iqtisadiyyatın  dövlət 

tənzimlənməsinin müxtəlif formalarını təcəssüm etdirir. Ancaq iqtisadi subyektlərin davranışına 

çox  zaman  həmçinin  qeyri  -  formal  qayda  və  normalar  da  təsir  göstərir.  Buna  biznesmenlər 

arasında bağlanılan «centlmen sazişləri» dəyişən  tarazlaşmalar da misal ola bilər.  

İnstitutların  olması  təsərrüfat  fəaliyyətinin  qeyri-müəyyənliyini  azaltmağa  imkan  verir, 

iqtisadi subyektlərin  qərarlar qəbul etməsi prosesini  asanlaşdırır. Amma əgər institutlar iqtisadi 

vəziyyətin  dəyişməsinə  uyğunlaşmırlarsa,

 

onda  onlar  qeyri-  səmərəli  olur  və  iqtisadiyyatın 



inkişafına  maneəçilk törədə bilər.  

 

 



2. İqtisadiyyatda institutların rolu. Transaksiya xərcləri. 

 

 İqtisadiyyatda  institutların  rolu  nəinki  iqtisadi  subyektlərə  əməl  edilməsi  lazım  gələn  



iqtisadi  seçimin  asanlaşdırılmasından  ibarətdir.  İqtisadi  institutlar  həmçinin  iqtisadiyyatın 

səmərəliliyinin  yüksəldilməsinə  səbəb  olur,  belə  ki,  onlar  transaksiya  xərclərini  ixtisar  etməyə 

imkan  verir.  Transaksiya  xərcləri-  mülkiyyət  hüquqlarının  verilməsilə  əlaqədar  mübadilə 

sferasındakı  xərclərdir.  Onlar  informasiya    axtarışı  ilə  bağlı  xərcləri,  danışıqların  aparılmasına, 

müqavilələrin    baglanmasına,  bu  müqavilələrin  icrasına    nəzarətə  çəkilən  məsəəfləri  və  sairəni 

özünə daxil edir. 

Transaksiya xərcləri əgər iqtisadi institutlar kifayət qədər inkişaf etmiş olmursa, son dərəcə 

yüksək  olur,  çünki  iqtisadi  institutların  zəifliyi  fırıldaqçılıq,  informasiyanın    təhrif    olunması, 

bağlanmış  sazişlərin  pozulması  üçün  əlverişli    şərait  yaradır.  Transaksiya    xərcləri  o  yerdə 

xüsusən  böyük  olur  ki,  orada  mükliyyət    hüquqları  dəqiq    müəyyənləşdirilmiş  olmur.    Qeyd 




 

16 


etmək  lazımdır  ki,  bəzən  iqtisadi  subyektlərin  hüquqlarının  və  onların  müstəqilliyini  

məhdudlaşdıranı  müxtəlif  inzibati  baryerlər    yaradan,  bürokratiyanın  genişlənməsinə  şərait 

yaradan  güclü  institutlar    da  tansaksiya    xərclərinin  artmasına  səbəb  ola    bilər.  Bura  görə  də 

institutlar    iqtisadiyyatda  və  bütövlükdə    cəmiyyətdə  baş  verən  dəyişikliklərə  uyğun  olaraq  

inkişaf etməli və dəyişməlidir.  

 

3. Mülkiyyət kateqoriyası və onun məzmunu 



 

        Mülkiyyət yalnız  iqtisadi deyil, həmçinin hüquqi  kateqoriyanı ifadə  edir. Mülkiyyət  

iqtisadi  kateqoriya kimi,  mənimsəmə  və ya başqa sözlə  desək, istehsal vasitələri və onların  

köməyilə yaradılan nemətlərin  məxsusluğu münasibətlərini  əks etdirir. Yaxud mülkiyyət 

münasibətləri mülkiyyətçinin öz əmlakına  münasibətlərini  təmsil  edir.  

  Əgər  mülkiyyətə    hüquq  nöqtəyi  –nəzərindən  baxsaq,  onda  mülkiyyət  hüquqi  mülkiyyət 

üzrə  mülkiyyət  hüquqlarının  butöv  dəstini    göstərir.    Onların    içərisində  ən  mühümləri    kimi  

yuxarıda  xatırlanan  mənimsimə hüququ özgəninkiləşmə (mülkiyyət   hüququnun digər iqtisadi 

subyektə  verilməsi)  hüququ,  əmlaka    sahiblik,  istifadə    etmə  və    sərəncam  vermə  hüquqlarını 

ayırırlar.  İstifadə  etmə hüququ mülkiyyətçi   tərəfindən digər    şəxsə    verilə   bilər, məhz   icarə  

kimi, belə bir genişlənmiş iqtisadi hadisə buna  əsaslanmışdır. 

 Müasir iqtisadi nəzəriyyədə  mülkiyyət hüquqları nəzəriyyəsi getdikcə  daha geniş yayılır 

ki,    bunun  da  əsasında  resursların  məhdudluğu  kimi,  onların  belə  bir  xüsusiyyəti  durur.  Bu 

nəzəriyyəyə uyğun olaraq mülkiyyət münasibətləri resurslara çatmaqdan istisna olunma sistemin 

təmsil  edir                   (qaydaya görə  resurs nə qədər çox nadir olarsa ona çatmaq bir o qədər 

məhduddur).  Bu  nəzəriyyədə  mülkiyyət  hüquqlarının      spesifikləşdirilməsinə,  yaxud  onların 

dəqiq    müəyyinləşdirilməsinə    mühüm  əhəmiyyət  verilir,  çünki  mülkiyyət  hüquqlarının 

müəyyənləşdirilməsindəki    qeyri-  dəqiqlik    transaksiya    xərclərinin  artmasına  və  iqtisadi 

səmərəliliyin aşağı düşməsinə səbəb olur.   



 

 

4. Mülkiyyətin  tipləri və formaları, onların reallaşması 

 

 İqtisad elmində adətən mülkiyyətin iki əsas formasını  fərqləndirirlər: xüsusi və ictimai. 



Xüsusi  mülkiyyət  ev təsərrüfatlarının mülkiyyətini (şəxsi  əmlakı  və  əmanətləri) və ayrı- 

ayrı şəxslərin   mülkiyyətində olan müəssisələri təmsil edir.  İctimai mülkiyyət  birinci növbədə 

dövlət mülkiyyət  formasında mövcud  olur. Dövlət mülkiyyəti iqtisadi nöqteyi-nəzərdən xüsusi 

mülkiyyətə  nəzərən    daha  az  səmərəlidir,  ancaq    o  mərkəzləşdirilmiş  idarəetmənin    tələb 

olunduğu sfera və sahələrdə, strateji sahələrdə (həyati təminat sahələri – enerji, su, qaz təchizatı) 

aşağı  mənfəətli      sahələrdə  (məsələn,  bir  çox  ölkələrdə  kömür  hasilatı  sənayesi)  habelə  çox  iri 

kapital  qoyuluşlarını  tələb  edən  sahələr  də    münasibdir  və  hətta  zəruridir.  İctimai  mülkiyyətə  

həmçinin  bələdiyyə mülkiyyət forması da aiddir.  

 Mülkiyyət  formaları    müxtəlif  mülkiyyət  formalı:  xüsusi  və  dövlət  müəssisələrinin 

yaradılmasınada      reallaşır.  Müasir  iqtisadiyyatda    həm  xüsusi,  həm  içtimai  mülkiyyət 

formalarının  əlamətlərini    uzlaşdıran  kollektiv  mülkiyyət  müəssisələri  geniş  yayılmışdır.  Belə 

mülkiyyət  növlərinə  kooperativ  mülkiyyəti  şəriklik  formasında  müəssisələrin  mülkiyyəti, 

sahmdar çəmiyyətlərinin  mülkiyyəti aiddir.  

 Mülkiyyət  haqqında  Azərbaycan  Respublikası  qanununa  uyğun  olaraq  bizim  ölkədə 

mülkiyyət  dövlət,  kollektiv  və  xüsusi    mülkiyyət  formasında  çıxış  edir.    Həmçinin  qarışıq 

mülkiyyət formasının yaradılmasına da yol verilir.  

 

 

5.Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə prosessi və onun xüsusiyyətləri. 



 

       Müəssisələr özünün mülkiyyət formasını özəlləşdirmə və ya milliləşdirmə yolu ilə dəyişdirə 

bilər.  Müəssisələrin  xüsusi  mülkiyyət  formasından  dövlət  mülkiyyət  formasına  keçidi 



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə